Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Ölü Vaqnerin laxlatdığı taxt: Fransa böyük dövlət statusunu itirəcək

Ölü Vaqnerin laxlatdığı taxt: Fransa böyük dövlət statusunu itirəcək

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fransanın Afrika siyasəti böhran içindədir".

Bunu Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, siyasi elmlər doktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, ilk növbədə, bu böhranın səbəb və nəticəsini analiz etmək lazımdır:

"Fransa məhz işğal etdiyi Afrika ərazilərinin hesabına nəhəng bir müstəmləkə imperiyası yaradıb və onu fəal şəkildə istismar edir. Əbəs deyil ki, bu imperiya Fransaya çox şey verdi. Fransa bunun sayəsində iqtisadi cəhətdən inkişaf etdi, müstəmləkələrdən gələn resurslar, ərzaq, təbii sərvətlər və əsgərlər hesabına gücünə güc qatdı.

Parisi Birinci Dünya müharibəsindən qalib çıxaran əsas faktorlardan biri də bu idi. Lakin İkinci Dünya müharibəsindən sonra Fransanın gücü sarsıdıldı və müstəmləkəsi Əlcəzairdə ilk məğlubiyyətini aldı. 1945-ci ildə BMT Nizamnaməsinin imzalanmasından sonra özünüidarənin beynəlxalq standartlarının BMT Baş Assambleyasının öz müqəddəratını təyinetmə və bundan irəli gələn dekolonizasiya üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladı.

1946-60-cı illərdə isə BMT Baş Assambleyası tərəfindən müvafiq qətnamələr qəbul edildi və bu beynəlxalq prinsiplər üzrə qlobal konsensus yaranmağa başladı. Bundan sonra Böyük Britaniya kimi, Fransa da sözdə geri çəkildi, müstəmləkəyə qarşı fəal mübarizə aparan xalqlara müstəqilliklərini qaytarmağa məcbur olsa da, bu vəziyyətdən məharətlə istifadə etdi və Afrikanın nəzarətli dekolonizasiyasını (müstəmləkədən azad olma) həyata keçirdi. Lakin 1960-cı illərdə qurulan bu sistem indi böhran içindədir. Bu isə Fransa üçün böyük əhəmiyyət kəsb edir".

"Fransa bir neçə prinsipə əsaslanan böyük dövlətdir. Bu ölkənin böyük tarixi var və bu tarixi heç kim onun əlindən almayacaq. Fransa qanuni olaraq nüvə silahına malik olan ölkələrdən biridir. Bunu da kimsə müsadirə etməyəcək. Rəsmi Paris Avropanın bir hissəsi kimi qitənin liderlərdən biridir. İndi isə bütün bunlar yox olur. Hətta əksər Asiya ölkələrində iqtisadi artım tempi Fransadan xeyli yüksək olmağa başlayıb. Yaponiya və Cənubi Koreya kimi ölkələrdə texnoloji inkişaf da Fransadan yüksəkdir. Halbuki, Fransanın bir neçə onilliklər ərzində lider olması faktı, rəsmi dövlət dillərinin olduğu qondarma zona - Frankofoniya, Qərbi Afrika ölkələrinin valyutası, qızıl ehtiyatları, elitaların hamısının Fransa universitetlərində təhsil alması, iqtisadiyyat, texnologiyanın inkişafı və əhalinin fransızlaşması baxımından artması Fransanı liderə çevirmişdi, indi isə bu belə deyil.

Belə statusu Fransaya Avropa İttifaqının xarici siyasət strategiyasının lideri olmağa imkan verirdi. Fransa bu statusunu itirsə, Avropa İttifaqındakı rolunu da itirəcək. Bu isə onun geosiyasi statusuna növbəti güclü zərbə olacaq. Çünki Fransanın Afrikadakı mövqeyinə zərbə təkcə bununla bitməyəcək, bu, Fransanın böyük dövlət statusuna zərbədir ki, bu da çox böyük mənfi strateji nəticələr verə bilər", - deyə politoloq vurğulayıb.

Rusiyalı alim Fransanın Afrikadakı statusunu itirməsinin səbəblərindaən danışıb. Onun sözlərinə görə, hakimiyyət sözügedən qitədə öz funksiyasını artıq yerinə yetirmirdi:

"Bu funksiya, xüsusən də təhlükəsizliyin təminatı ilə bağlıdır. Fransa qoşunları əvvəllər müxtəlif növ üsyanları yatırtmaq və Afrika ölkələrinin mərkəzi hökumətlərinin səlahiyyətlərini bərpa etmək üçün çoxsaylı hərbi əməliyyatlar həyata keçirib. Amma indi bunun üçün pulları yoxdur və Makron Fransa ordusuna, o cümlədən Afrika ölkələrindəki ekspedisiya korpuslarına ayrılan maliyyəni kəskin şəkildə azaldıb. Bu isə üsyanların artmasına və yoxsulluq içində olan fransız koloniyaları xalqlarının üsyanları dəstəkləmələrinə səbəb olurdu. Hər şeyi əlindən alınan xalqı narazı salan və fransızları tərk-silah etməyə vadar edən də məhz bu idi".

"Yeri gəlmişkən, bu prosesdə Rusiya-Ukrayna münaqişəsinin də rolu olub. Çünki Fransa Ukrayna ordusuna kömək üçün öz büdcəsindən vəsait köçürməyə başladığından Afrikadakı ekspedisiya qüvvələrinin maliyyələşdirilməsi azalıb. Münaqişədə xüsusi fəallıq göstərən "Vaqner" qruplaşması isə Fransanın Afrikada təhlükəsizlik sahəsində buraxdığı boşluğu doldurmağa başlayıb. Nəticədə Fransanın güc balansı pozulub. Mərkəzi Afrika Respublikasında başlayan proses digər Afrika ölkələrində də davam edib və hələ də davam edir.

Rusiyada "Vaqner"in faktiki ləğvindən sonra isə bu boşluğu doldurmaq üçün Afrika Korpusu yaradılıb. Bu, fransızların Afrikanı tərk etməsindən irəli gəlir. Yəni o deməkdir ki, Fransanın böyük dövlət statusunun ən mühüm təməllərindən biri sarsılacaq və bu statusu itirəcək. Bununla da Avropa İttifaqının xarici siyasətindəki aparıcı rolunu da itirəcək ki, bu da özlüyündə digər mənfi nəticələrə yol açacaq. Ən azından, müxtəlif xalqların müstəmləkəçilik əleyhinə mübarizəsi artacaq və dəstəklənəcək. Bu isə kifayət qədər ədalətli prosesdir, çünki bu xalqların əksəriyyəti məhz Fransanın məlum siyasətinə görə yoxsulluq içindədir", - müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri