Icma.az
close
up
RU
Ölüb dirilən qadından maraqlı AÇIQLAMA İşıq tuneli, ruhani varlıqlar...

Ölüb dirilən qadından maraqlı AÇIQLAMA İşıq tuneli, ruhani varlıqlar...

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


2024-cü ilin fevral ayında ABŞ-nin Virciniya ştatında evində qəfil yıxılan Lauren Canaday klinik olaraq 24 dəqiqəlik ölüm vəziyyətində olub.

Bakupost.az unikal-a istinadla xəbər verir ki, həyat yoldaşının ilk müdaxiləsi və təcili tibbi heyətin dörd dəfə elektrik şoku tətbiq etməsi sayəsində ürəyi yenidən işə düşən Canaday, bu inanılmaz təcrübədən sonra heç bir zərər görmədən həyata qayıdıb.

Xəstəxanaya yerləşdirildikdə COVID testi müsbət çıxan Laurenin ürəyinin dayanmasına səbəb miyokardit (ürək əzələsinin iltihabı) olduğu müəyyən edilib. Beyninin 24 dəqiqə oksigensiz qalmasına baxmayaraq, yalnız doqquz gün sonra heç bir koqnitiv zərər olmadan xəstəxanadan çıxması həkimləri və elmi ictimaiyyəti heyrətləndirib.

Ölümdən dönmə təcrübəsi yaşayanların çoxunun əksinə Lauren Canaday heç bir “işıq tuneli” və ya ruhani varlıqlar görmədiyini bildirib. Qadın sosial mediada paylaşdığı təcrübəsini belə təsvir edir:

“Bir tunel və ya işıq görmədim, amma xoş bir rahatlama hissi ilə dolmuşdum və özümü yaxşı hiss edirdim. Bu, sakit bir an idi. Artıq ölümdən qorxmuram".

Bu təcrübədən sonra həyatını “ikinci həyat” kimi qəbul edən Lauren işini tərk edib “Independence Ave” adlı kitab nəşr etdirib. O, vaxtını təbiət gəzintilərinə, meditasiya və yaxınlarına ayırmağa başlayıb. Uğur və status kimi anlayışların onun üçün önəmsizləşdiyini bildirir.

Həkimlərin sözlərinə görə, qadın elmdə “Lazarus effekti” və ya “otoresüsitasyon” (öz-özünə canlanma) adlanan nadir ölüm halı keçirib. Bu, klinik olaraq ölü elan edilmiş şəxsin bir neçə dəqiqə sonra təbii olaraq həyatı bərpa etməsidir. 1982-2018 arasında belə 65 hal sənədləşdirilsə də, yalnız 18 nəfər Lauren kimi heç bir daimi zərər görmədən sağ qala bilib.

Ürəyin dayanması ilə bədəndə oksigensiz qalmış beyin, böyrək və sinir sistemi ciddi zədələnə bilər. Lauren-in heç bir koqnitiv zərər olmadan sağ qalması tibbi mütəxəssislər tərəfindən “tibbi möcüzə” kimi qiymətləndirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri