Icma.az
close
up
RU
“Ölülərimizin” gücü özümüzə çatır AYIB

“Ölülərimizin” gücü özümüzə çatır AYIB

Icma.az, Ayna saytına istinadən bildirir.

Bunlar Azərbaycan-Rusiya münasibətlərinin qurulmasında hansı uğurlara imza atıblar ki, danışmağa haqları da olsun?

24 il əvvəl Azərbaycan əsilli kriminal avtoritet Yunis Paşayevin qətli ilə bağlı Rusiya təhlükəsizlik qüvvələri əməliyyatlar keçiriblər. Nəticədə Yekaterinburqda 5 azərbaycanlı amansız şəkildə öldürülüb, neçə-neçə soydaşımız yaralanıb və həbs olunub.

Bu hadisə səbəbindən Bakıda ehtiraslar alovlansa da, Rusiyadakı Azərbaycan diasporu Kremlə qarşı itaətkarlıq hissləri nümayiş etdirir. O Kremlə ki, vaxtilə Dağlıq Qarabağ münaqişəsini alovlandırıb, Xocalı soyqırımında şərikliyi olub, erməni şovinistlərinə azərbaycanlıları öz doğma torpaqlarından qovmağa yardım edib, torpaqlarımızın işğalında iştirak edib. Hələ 1990-cı ilin 20 Yanvar faciəsinə görə birbaşa Kremlin məsuliyyət daşıdığını demirik.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə hərbi dəstək 44 günlük müharibə zamanı da davam etdirilib. Bundan başqa, Azərbaycan dövlətinə qarşı uzun müddətdir ki, əsasən erməni əsilli Kreml təbliğatçıları tərəfindən açıq informasiya müharibəsi aparılır.

Bu informasiya müharibəsi Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra da davam edir. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin "Russia Today" telekanalında bu yaxınlarda verdiyi bir açıqlama nəyə desəniz dəyər. Rusiya rəsmisinin dediklərindən belə məlum olur ki, Kreml Qarabağı Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” hesab edir.

Medinskinin sözləri, istər-istəməz, Rusiyanın öz imperiya maraqlarını rəhbər tutaraq, postsovet məkanında qızışdırdığı münaqişələrlə bağlı Kremlin əsl motivlərini ortaya qoydu. Və sonra sülh göyərçinləri adı altında yaratdığı münaqişələri həll etmyə cəhd edirlər.

İndi belə çıxır ki, Azərbaycanın öz milli maraqlarının müdafiəsində ədalətli mövqeyi “siyasətbazlıqdır”. Rusiya azərbaycanlılarının yaratdığı “ADR - Rusiyanın Azərbaycan diasporu” teleqram kanalı Yekaterinburq hadisəsi ilə bağlı Azərbaycan hakimiyyətinin davranışını belə xarakterizə edir.

Bu barədə yuxarıda adı çəkilən kanalda deyilir: “Rusiyanın azərbaycanlı icması hüquq-mühafizə orqanlarının reydi nəticəsində soydaşlarının ölümü ilə bağlı növbəti sarsıntıdan qurtulmağa çalışsa da, Bakıda məmurlar siyasi oyunlarını davam etdirirlər. Hər dəfə diaspor böhranı zamanı onlar bütün media maşınından yalnız Rusiya Federasiyası ilə münasibətləri pozmaq üçün istifadə edirlər”.

Azərbaycan diasporunun Azərbaycan hakimiyyətinə qarşı “küskünlüyünün” səbəbi daha sonra göstərilir. Belə ki: “AZƏRTAC-ın Rusiya Federasiyasına qarşı yönəlmiş böyük məqaləsinin Uraldakı azərbaycanlılara kömək etmək niyyəti ilə heç bir əlaqəsi yoxdur. Çox təəssüf ki, Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyev və onun məmurları Rusiyanı təhqir etməklə, həm də diasporu təhqir etdiklərini və bütün Rusiya azərbaycanlılarını bir daha yeni zərbələrə və artan təzyiqlərə məruz qoyduqlarını heç başa düşmürlər”.

Biz düşünmürük ki, Azərbaycan tərəfinin son illər Kremlə qarşı yığdığı iddialardan danışarkən, yerli xəbər saytları Rusiyanı təhqir edir. Tam əksi - oxşar tendensiya Rusiya mediasında və teleqram kanallarında da müşahidə olunur. Bundan başqa, Rusiyada etnik ermənilərin informasiya müharibəsi aparmaq məqsədilə yaratdığı, gecə-gündüz Azərbaycanı təhqir edən çoxlu media zibillikləri var.

Azərbaycan diasporu baş verənlərdən yaxşı xəbərdardır, amma susmağa üstünlük verir. Tarixi vətənlərinin maraqlarını müdafiə etmək Rusiya azərbaycanlılarının əksəriyyəti tərəfindən yüksək qiymətləndirilmir.

Alverçilərin, hiyləgərlərin, pirojki-tərəvəz satanların, təhlükəsizlik orqanlarının könüllü xəbərçilərinin bir araya gəldiyi bir məkanda bir-biri haqqında donos vermək, rus məmurlarının qarşısında yaltaqlanmaq, hətta Rusiya erməniləri ilə qardaşlaşmaq Azərbaycanın ədalətli mövqeyini müdafiə etməkdən qat-qat xoş və sərfəlidir. Onlar erməni əsilli rus təbliğatçılarından şikayət etmək istəmirlər, lakin Bakıya gələn kimi azərbaycanlı jurnalistlərindən şikayət etməyi çox sevirlər.

İndiki Azərbaycan-Rusiya münasibətlərinin bütün incəliklərini bilən qeyd olunan teleqram kanalı hələ də özünü Supermen kimi qələmə verir və bəyan edir ki: “Azərbaycan hakimiyyəti Rusiyadakı azərbaycanlı icmasının reputasiyasına xələl gətirən siyasi oyunlarla məşğul olduğu halda, yenə də Azərbaycan diasporu bütün bunların yükünü təkbaşına çəkməlidir”.

Hətta bizə maraqlı gəldi ki, Azərbaycan diasporunun simasında Sizif davamçıları öz çiyinlərində hansı yükü daşıyırlar? Bu yükdaşıyanlar Azərbaycan-Rusiya münasibətlərinin qurulmasında hansı uğurlara imza atıblar? Bəlkə, bu suala cavab verib, bizi də, cəmiyyəti də maarifləndirsinlər?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri