Ölüm hökmünü ümidə çevirdi: Britaniyalı azarkeşin qaçış mübarizəsi FOTO/VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Xərçənglə mübarizə aparan britaniyalı azarkeş Hindistanı qaçaraq keçir.
İdman.biz xəbər verir ki, 2019-cu ildə “Liverpul” azarkeşi olan Cek Faintin beynində şiş aşkarlanıb.
Həkimlər onun əməliyyat oluna bilməyəcəyini və 10-15 il ömrü qaldığını bildiriblər.
Bu diaqnozdan sonra o, həyatını mənalı keçirməyə qərar verib və Hindistanı başdan-başa - Ladakhdan Kanyakumarayadək (təxminən 3876 km) qaçmaq üçün yola çıxıb. Onun bu addımı xərçəng xəstələri üçün maarifləndirmə və ianə toplamaq məqsədi daşıyır.
Yolboyu yerli sakinlər Cekə dəstək göstərirlər. Onların arasında “Liverpul” klubunun sabiq məşqçisi Jordan Fairclough də var. Məhz onun vasitəsilə klub Cekin hekayəsindən xəbər tutub və ona sponsor dəstəyi verib.
“Mənim üçün məsafə və ağrı önəmli deyil. Əgər kiminsə bu hekayə sayəsində həyat eşqi artacaqsa, deməli, məqsədimə çatmışam”, - deyə Cek qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















