Icma.az
close
up
RU
Ölümcül gözəllik: Heyrətamiz göl heyvanları daş a çevirir

Ölümcül gözəllik: Heyrətamiz göl heyvanları daş a çevirir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Natron gölü dünyanın ən gözəl göllərindən biri hesab edilir. Onun unikal çəhrayı-qırmızı rəngi xüsusi bir cazibə yaradır. Lakin burada çimmək turistlər üçün qadağandır - suyun tərkibi o qədər fərqlidir ki, heyvanları "daşlaşmış" hala sala bilər.

Qaynarinfo xəbər verir ki, Natron gölü əsasən Tanzaniyada yerləşir, lakin bir hissəsi Keniya ərazisinə də uzanır. O, hələ də aktiv olan Ol Doinyo Lenga vulkanının ("Tanrının Dağı") kölgəsində yerləşir.

"The Sun" nəşrinin yazdığına görə, gölün çəhrayı rəngi suyun tərkibindəki xüsusi yosunlar - sianobakteriyalarla bağlıdır. Bu bakteriyalar mineral tərkibli suyu cəlbedici hesab edirlər. Lakin bu minerallar həyat üçün ciddi təhlükə yaradır.

"Sianobakteriyalar özləri birbaşa öldürücü deyil, lakin onlar çoxlu heyvanların hüceyrələrini, sinir sistemini və qaraciyərini zədələyən kimyəvi maddələr ifraz edir. Bu səbəbdən Natron gölünün suyunu içən bir çox quş və heyvan ölür", deyə nəşr qeyd edir.

Gölə tökülən su isti mineral bulaqlardan gəlir və əsasən natrium karbonatdan ibarətdir. Bu maddə qədim Misirdə mumiyalama prosesində istifadə edilib.

Lakin Böyük Duz Gölü və ya Ölü dənizdən fərqli olaraq, Natron gölünün suyu son dərəcə qələvilidir - pH səviyyəsi 10,5-ə çatır. Bu göstərici ammiakın pH səviyyəsinə bərabərdir və bir çox canlı üçün ölümcül ola bilər.

"Gölün öldürücü təsirinə məruz qalan və suda ölən canlılar zamanla kalsiumlaşır. Onlar daşlaşmış mumiyalara çevrilir və suyun tərkibindəki kimyəvi maddələr onların cəsədlərini qoruyur", deyə nəşr yazır.

Maraqlıdır ki, Natron gölünün suyu flaminqolar üçün təhlükəli deyil. Əksinə, göl kiçik flaminqoların çoxalması üçün əsas bölgələrdən birinə çevrilib.

Bu quşlar gölün kimyəvi tərkibinə uyğunlaşaraq burada rahat şəkildə yaşayırlar. Gölün toksik suyu yırtıcıları uzaq tutduğu üçün flaminqolar üçün təhlükəsiz bir sığınacaq rolunu oynayır.

Qeyd edək ki, Yer kürəsində 100 milyondan çox göl var. Bəzi göllər elə məşhurdur ki, minlərlə turisti cəlb edir.

Ən məşhur göllərdən bəziləri:

* ABŞ-da Tahoe gölü - Kaliforniya və Nevada ştatlarının sərhədində yerləşir və dünyanın ən gözəl gölü hesab olunur.

* Almaniya, İsveçrə və Avstriyanın sərhədində yerləşən Boden gölü - ən mənzərəli göllər siyahısında ikinci yeri tutur.

* İtaliyadakı Komo gölü - turizm axınına görə buraya giriş üçün ödəniş tətbiq edilməsi planlaşdırılır və üçüncü yerdə qərarlaşıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri