Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ölümə aparan gözəllik: Süni dolğuların fəsadları

Ölümə aparan gözəllik: Süni dolğuların fəsadları

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər gün daha çox qadın cavanlaşmaq qərarına gəlir. Bu istək qadınları ağılagəlməz üsullar və riskli əməliyyatlar həyata keçirməyə sövq edir. Cavanlaşdırmanın xüsusilə inyeksiya üsulları getdikcə daha çox populyarlıq qazanıb. Dolğuların istifadəsi estetik kosmetologiyada ən çox yayılmış minimal invaziv müdaxilədir. Lakin aparılan saysız-hesabsız prosedurlar həmişə istənilən nəticəni vermir. Zaman-zaman internetdə istər ölkəmizdə, istərsə də digər ölkələrdə estetik prosedurların müəyyən fəsadlar yaratması barədə xəbərlərə rast gəlirik. Bəs bir gözəllik və ya trend uğrunda hansı təhlükələrlə qarşılaşmaq mümkündür? Mütəxəssislər və pasiyentlər bu vəziyyətdən hansı nəticəni çıxartmalıdır? 

Milli.Az qurbana çevrilməməyiniz üçün dolğular barədə ətraflı araşdırma aparıb.

İnsanların daha gözəl görünmək və qırışlardan xilas olmaq üçün üz tutduğu prosedurlardan biri də dolğu etdirməkdir. Adətən, dolğu etdirən insanlar bu prosesi sonradan davamlı şəkildə təkrarlayırlar.

Mütəxəssislər bildirir ki, hətta siz nə vaxtsa dolğu etdirməyi dayandırsanız belə heç vaxt əvvəlki vəziyyətinizə tam şəkildə qayıda bilməyəcəksiniz.

Nyu-Yorkda sertifikatlaşdırılmış plastik cərrah Dr. Lara Devqan deyir ki, çox sayda dolğu etdirmək üzün formasını dəyişə bilər.

Problem dərinin dərinliyindən daha çox ola bilər, həm üzün görünüşünə, həm də onun funksionallığına təsir göstərir. Həkimlər bunu, adətən, "dolğu yorğunluğu" adlandırır.

Prosesin gedişi...

Preparatlar həkim kosmetoloq tərəfindən nazik iynə və ya ucu küt kanyula ilə qırış xəttinə, forma veriləcək nahiyəyə inyeksiya edilir. Prosedur 20-30 dəqiqə davam edir. Nəticə dərhal bilinir.

Bədəninizə nə yeridirlər?

Bədənə yeridilən yad maddə silikon - silisium qum tərkibli üzvi maddədir. Bu maddə həm gel, həm maye, həm də sərt formada olur. Müasir tibbdə bu maddə estetik məqsədlər üçün çənəyə, süd vəzilərinə, yanaqlara və bədənin müxtəlif yerlərində olan çuxur yerləri doldurmaq üçün istifadə edilir. Dodaqlara vurulan maddə isə dolğu vasitəsidir. Dolğu təbii və süni ola bilir, sovrulan və sovrulmayan.

İnkişaf etmiş ölkələrdə 90 faiz sovrula bilən dolğu maddələrindən istifadə edilir. Dolğu maddələri daha çox üz gəncləşdirmədə, üzdə olan estetik çatışmazlıqları, simmetrik qüsurları örtmək, dodaqları böyütmək, qırışlar olan nahiyənin altını doldurmaq məqsədilə də istifadə olunur. Əməliyyat yüngül prosedurdur, lakin ciddidir. Dolğu maddələrindən ən çox geoleron, laktik və kalsium hidroxlorid apasid turşusundan istifadə edilir. Bunlar sovrulan maddədir və 6-10 ay arasında toxumalardan əriyir.

Tez-tez dolğudan istifadə edən insanlar bir müddət sonra bunu əritmək üçün müalicə axtarır. Həddindən artıq və ya pis yerləşdirilmiş dolğu üzün mexanikasını poza bilər. Beləliklə, üz əzələləriniz düzgün hərəkət etməyə bilər. Bu üzünüzün görünüşünün dəyişməsinə gətirib çıxarar.

Dolğu kiçik miqdarda tətbiq olunduqda zamanla toxumalarımızla inteqrasiya edə, onun təsiri azaldıqca qırışlar və kölgələr üzə çıxa bilir. Üstəlik, bu, yaşa bağlı dəyişikliklərlə müşayiət olunur.

İnsanlar bilməlidir ki, dolğunu əritdikdən sonrakı görünüş əvvəlki halından daha pis və xoşagəlməz ola bilər. Çünki gel toxumaları zədələyir və müəyyən mənada yaşlandırır.

Dolğuların səbəb olduğu ciddi problemlər

Bunlardan biri dərmanın vurulduğu nahiyədə iltihabın meydana gəlməsidir. İltihab uyğun olmayan mühitdə baş verə bilər - havanın dezinfeksiya edilməməsi, həkim tövsiyələrinə əməl olunmaması, xəstədə tez-tez streptokok infeksiyası (angina), xroniki infeksiya ocaqları - dişlərdə karies, tonzillit, sinüzit.  İltihab həkim müalicəsi və dolğunun əridilməsini tələb edir.

Qranulomalar dərinin səthində görünən kiçik düyünlərdir. Bədənin dərmanı rədd etməsinin nəticəsi ola bilər.

Dolğunun qeyri-bərabər paylanması nəticəsində yerdəyişməsi və ya ineksiyanın dərinin səthinə çox yaxın vurulması onun relyefinin dəyişməsinə səbəb olur.

Emboliya damarının dolğu ilə tıxanması ilə əlaqəli daha ciddi bir komplikasiyadır və müalicə edilmədikdə toxuma ölümünə səbəb olur.

İşemiya toxumalarda qan tədarükünün pozulmasıdır. Böyük miqdarda dərman qəbulu və ya damarın dolğu ilə tıxanması səbəbindən inkişaf edir. Müalicə olunmazsa, işemiya toxuma nevrozuna səbəb ola bilər.

İneksiya sahəsində dərinin həssaslığının pozulması da dolğuların siniri sıxmasının nəticəsidir.

Təəssüf ki, hətta təcrübəli həkim belə bu cür hallardan sığortalana bilməz. Əsas ixtisaslı mütəxəssis problemi vaxtında aşkarlaya, yardım göstərə və belə vəziyyətlərdə düzgün müalicəni təyin edə bilsin. 

Dolğu qurbanları

Bəs bu dolğulardan qurtula bilməyənlər? Təbii ki, yuxarıda sadaladığımız fəsadlarla üzləşənlər, "gözəl olacam" deyib, daha pis vəziyyətə düşənlər də az deyil. 

Türkiyənin Adana şəhərində internetdə estetik mütəxəssis kimi özünü təqdim edən Soner G. tərəfindən silikon etdirən 22 yaşlı tibb bacısı Mervenin dodaqları məhv olub. Belə ki, prosedurdan dərhal sonra dodaqları şişməyə başlayan və orqanını itirmək təhlükəsi ilə üzləşən Merve Keleş xəstəxanaya müraciət edib. Keleş xəstəxanada qalaraq müalicə alıb. Silikon qurbanı həkiminin tətbiq etdiyi müalicə üsulu ilə çətin və riskli bərpa edilən dodağı əvvəlki vəziyyətinə qaytarmağı bacarıb.

Amerikada bir qadının dodaq dolğusu etdirməsi ona az qala canı bahasına başa gəlirdi. Belə ki, daha əvvəl iki dəfə dolğu etdirən Basia üçüncünü də etmək qərarına gəlsə də, bu dəfə gözlənilməz nəticə ilə qarşılaşıb. Doldurma prosedurundan dərhal sonra gənc qadının dodaqları şişməyə başlayıb və ağzını belə aça bilməyəcək həddə çatıb.

Əvvəlki dolğu prosedurlarında heç bir problem yaşamadığını bildirən Basia, dodaqlarının belə qalmasından çox qorxduğunu bildirib. Bu dəhşətli təcrübədən sonra gənc qadın bir daha belə bir prosedur etdirməyəcəyini açıqlayıb.

Türkiyədə Çekmeköydə göz altı işıq dolgusundan sonra gözləri şişən, üzü tanınmaz hala düşən qadın həkimi haqqında cinayət işi qaldırıb. Dolğu prosedurundan sonra sifətinin iflic olduğunu deyən Yöndenli, "Mən gözümü itirə bilərdim. Estetik qurbanıyam. Hər kəsə deyirəm, hər güvəndiyiniz insanı həkim bilib plastik əməliyyat etdirməyin. Mən indi-indi görürəm, gözlərim tamam bağlanmışdı. Estetik mərkəzlər və ya gözəllik salonlarında belə prosedurlar etdirməyin. Hər özünə həkim və mütəxəssis deyənə aldanmayın. Çox ama çox diqqətli olun".

İstanbulda özəl klinikalardan birində üzünə dolğu vurduran Gülseren Ö. tanınmaz hala gəlib. Proseduru edən və həkim olmadığı anlaşılan Aysel A. və klinika sahibinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Dolğu əməliyyatından sonra evə gedən Gülseren Ö.-nün üzündə, dodaqlarında və boynunda şişlik yaranıb. Bədənində yaşadığı dəyişikliyi klinikada insanlara danışan qadın şişkinliyin müvəqqəti olduğu cavabını alıb.

Şişkinlik səngiməyəndə zərərçəkən xəstəxanaya müraciət edib və müalicə olunub. Qadın üzünə "Beautical5" adlı maddə vurulduğunu və bu maddənin sintetik olduğunu biləndə həyatının şokunu yaşayıb.

Dolğu qurbanlarından biri də bir müddət əvvəl görüntüləri yayılan Azərbaycanlı model və bloger Leyla Mirzəliyevadır. Belə ki, uzun zamandır bədəninə etdirdiyi dolğuların fəsadlarından əziyyət çəkən model sosial şəbəkə hesabında izləyiciləri ilə qorxulu bir xəbər paylaşaraq, vidalaşıb. O, bədəninə etdirdiyi estetik əməliyyatlar, süni dolğular səbəbilə orqanizmində çürümə getdiyini bildirərək ağlayıb. "Süni gelləri bədənimdən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına yatdım. Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım 10%-dir. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin",- deyə o bildirib.

Həyatınızı məhv edə biləcək bu dolğuların qiymətlərindən xəbəriniz var? Sizə sadəcə kiçik bir miqdarının dəyərini qeyd edəcəm, geri qalanını özünüz düşünün. 

Üz dolğusu prosedurunun qiyməti preparatdan asılıdır. Ümumilikdə 1 qram preparatın yeridilməsi 200-350 AZN arasında dəyişir.

Dodaq dolğusunun qiyməti  100- 300 AZN arasında dəyişir. Təbii ki, bu ödəniş məbləği həkimin peşəkarlığı və istifadə olunan məhsulun keyfiyyətindən asılıdır.

Yanaq dolğusunun 0,5 qramı 80, 1 qramı isə 120 AZN-dir.

Çənə və gicgah dolğusunun da məbləği təqribi bu civarlardadır. 

Heç bir əməliyyat olmadan geldən qurtulmağın qiyməti isə 800-1000 AZN arasındadır.

Zavod istehsalı olan müxtəlif çeşidli dərman preparatları, dolğu və botokslar var ki, onların da tərkibi qiymətə görə dəyişir. Məsələn, bazarda eyni tərkibdə həm 1,5 manata həm də 10 manata seftriaksion satılır. Bəs bunlar bir-birindən nə ilə fərqlənir? Əlbəttə ki, tərkibinin təmizlənmiş və yaxud təmizlənməmiş xüsusiyyətlərinə görə. Eləcə də bu, dolğu və botokslara da aiddir. Yəni dünya brendi olan, tanınmış zavodların istehsal etdiyi dolğu və botokslar daha üstün, keyfiyyətli sayılır. Onların tərkibində məhz zərərli maddələr olmur və orqanizmə yad, kənar təsir göstərmir.

Onu da qeyd edək ki, bu rəqəmlər ölkəmizdə keçərlidir. Digər ölkələrdə isə üz dolğusu əməliyyatlarının qiyməti əl yandırır. Sadəcə üz prosedurlarının ödənişi 2,754 - 8584 dollar arasında dəyişir.

Çalışın, gözəllik uğruna canınızı qurban verməyin. Siz ən təbii halınızla çox daha gözəlsiniz. /Lent.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri