Icma.az
close
up
RU
Ölümə aparan gözəllik: Süni dolğuların fəsadları Xəbər saytı Son xəbərlər və Hadisələr

Ölümə aparan gözəllik: Süni dolğuların fəsadları Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər gün daha çox qadın cavanlaşmaq qərarına gəlir.

Bu istək qadınları ağılagəlməz üsullar və riskli əməliyyatlar həyata keçirməyə sövq edir. Cavanlaşdırmanın xüsusilə inyeksiya üsulları getdikcə daha çox populyarlıq qazanıb.

Dolğuların istifadəsi estetik kosmetologiyada ən çox yayılmış minimal invaziv müdaxilədir. Lakin aparılan saysız-hesabsız prosedurlar həmişə istənilən nəticəni vermir.

Zaman-zaman internetdə istər ölkəmizdə, istərsə də digər ölkələrdə estetik prosedurların müəyyən fəsadlar yaratması barədə xəbərlərə rast gəlirik.

Bəs bir gözəllik və ya trend uğrunda hansı təhlükələrlə qarşılaşmaq mümkündür? Mütəxəssislər və pasiyentlər bu vəziyyətdən hansı nəticəni çıxartmalıdır?

Lent.az qurbana çevrilməməyiniz üçün dolğular barədə ətraflı araşdırma aparıb.

İnsanların daha gözəl görünmək və qırışlardan xilas olmaq üçün üz tutduğu prosedurlardan biri də dolğu etdirməkdir. Adətən, dolğu etdirən insanlar bu prosesi sonradan davamlı şəkildə təkrarlayırlar.

Mütəxəssislər bildirir ki, hətta siz nə vaxtsa dolğu etdirməyi dayandırsanız belə heç vaxt əvvəlki vəziyyətinizə tam şəkildə qayıda bilməyəcəksiniz.

Nyu-Yorkda sertifikatlaşdırılmış plastik cərrah Dr. Lara Devqan deyir ki, çox sayda dolğu etdirmək üzün formasını dəyişə bilər.

Problem dərinin dərinliyindən daha çox ola bilər, həm üzün görünüşünə, həm də onun funksionallığına təsir göstərir. Həkimlər bunu, adətən, "dolğu yorğunluğu" adlandırır.

Prosesin gedişi...

Preparatlar həkim kosmetoloq tərəfindən nazik iynə və ya ucu küt kanyula ilə qırış xəttinə, forma veriləcək nahiyəyə inyeksiya edilir. Prosedur 20-30 dəqiqə davam edir. Nəticə dərhal bilinir.

Bədəninizə nə yeridirlər?

Bədənə yeridilən yad maddə silikon - silisium qum tərkibli üzvi maddədir. Bu maddə həm gel, həm maye, həm də sərt formada olur.

Müasir tibbdə bu maddə estetik məqsədlər üçün çənəyə, süd vəzilərinə, yanaqlara və bədənin müxtəlif yerlərində olan çuxur yerləri doldurmaq üçün istifadə edilir.

Dodaqlara vurulan maddə isə dolğu vasitəsidir. Dolğu təbii və süni ola bilir, sovrulan və sovrulmayan.

İnkişaf etmiş ölkələrdə 90 faiz sovrula bilən dolğu maddələrindən istifadə edilir.

Dolğu maddələri daha çox üz gəncləşdirmədə, üzdə olan estetik çatışmazlıqları, simmetrik qüsurları örtmək, dodaqları böyütmək, qırışlar olan nahiyənin altını doldurmaq məqsədilə də istifadə olunur.

Əməliyyat yüngül prosedurdur, lakin ciddidir. Dolğu maddələrindən ən çox geoleron, laktik və kalsium hidroxlorid apasid turşusundan istifadə edilir. Bunlar sovrulan maddədir və 6-10 ay arasında toxumalardan əriyir.

Tez-tez dolğudan istifadə edən insanlar bir müddət sonra bunu əritmək üçün müalicə axtarır.

Həddindən artıq və ya pis yerləşdirilmiş dolğu üzün mexanikasını poza bilər. Beləliklə, üz əzələləriniz düzgün hərəkət etməyə bilər. Bu üzünüzün görünüşünün dəyişməsinə gətirib çıxarar.

Dolğu kiçik miqdarda tətbiq olunduqda zamanla toxumalarımızla inteqrasiya edə, onun təsiri azaldıqca qırışlar və kölgələr üzə çıxa bilir. Üstəlik, bu, yaşa bağlı dəyişikliklərlə müşayiət olunur.

İnsanlar bilməlidir ki, dolğunu əritdikdən sonrakı görünüş əvvəlki halından daha pis və xoşagəlməz ola bilər. Çünki gel toxumaları zədələyir və müəyyən mənada yaşlandırır.

Dolğuların səbəb olduğu ciddi problemlər

Bunlardan biri dərmanın vurulduğu nahiyədə iltihabın meydana gəlməsidir. İltihab uyğun olmayan mühitdə baş verə bilər - havanın dezinfeksiya edilməməsi, həkim tövsiyələrinə əməl olunmaması, xəstədə tez-tez streptokok infeksiyası (angina), xroniki infeksiya ocaqları - dişlərdə karies, tonzillit, sinüzit. İltihab həkim müalicəsi və dolğunun əridilməsini tələb edir.

Qranulomalar dərinin səthində görünən kiçik düyünlərdir. Bədənin dərmanı rədd etməsinin nəticəsi ola bilər.

Dolğunun qeyri-bərabər paylanması nəticəsində yerdəyişməsi və ya ineksiyanın dərinin səthinə çox yaxın vurulması onun relyefinin dəyişməsinə səbəb olur.

Emboliya damarının dolğu ilə tıxanması ilə əlaqəli daha ciddi bir komplikasiyadır və müalicə edilmədikdə toxuma ölümünə səbəb olur.

İşemiya toxumalarda qan tədarükünün pozulmasıdır. Böyük miqdarda dərman qəbulu və ya damarın dolğu ilə tıxanması səbəbindən inkişaf edir. Müalicə olunmazsa, işemiya toxuma nevrozuna səbəb ola bilər.

İneksiya sahəsində dərinin həssaslığının pozulması da dolğuların siniri sıxmasının nəticəsidir.

Təəssüf ki, hətta təcrübəli həkim belə bu cür hallardan sığortalana bilməz. Əsas ixtisaslı mütəxəssis problemi vaxtında aşkarlaya, yardım göstərə və belə vəziyyətlərdə düzgün müalicəni təyin edə bilsin.

Dolğu qurbanları

Bəs bu dolğulardan qurtula bilməyənlər? Təbii ki, yuxarıda sadaladığımız fəsadlarla üzləşənlər, "gözəl olacam" deyib, daha pis vəziyyətə düşənlər də az deyil.

Türkiyənin Adana şəhərində internetdə estetik mütəxəssis kimi özünü təqdim edən Soner G. tərəfindən silikon etdirən 22 yaşlı tibb bacısı Mervenin dodaqları məhv olub.

Belə ki, prosedurdan dərhal sonra dodaqları şişməyə başlayan və orqanını itirmək təhlükəsi ilə üzləşən Merve Keleş xəstəxanaya müraciət edib.

Keleş xəstəxanada qalaraq müalicə alıb. Silikon qurbanı həkiminin tətbiq etdiyi müalicə üsulu ilə çətin və riskli bərpa edilən dodağı əvvəlki vəziyyətinə qaytarmağı bacarıb.

Amerikada bir qadının dodaq dolğusu etdirməsi ona az qala canı bahasına başa gəlirdi. Belə ki, daha əvvəl iki dəfə dolğu etdirən Basia üçüncünü də etmək qərarına gəlsə də, bu dəfə gözlənilməz nəticə ilə qarşılaşıb.

Doldurma prosedurundan dərhal sonra gənc qadının dodaqları şişməyə başlayıb və ağzını belə aça bilməyəcək həddə çatıb.

Əvvəlki dolğu prosedurlarında heç bir problem yaşamadığını bildirən Basia, dodaqlarının belə qalmasından çox qorxduğunu bildirib. Bu dəhşətli təcrübədən sonra gənc qadın bir daha belə bir prosedur etdirməyəcəyini açıqlayıb.

Türkiyədə Çekmeköydə göz altı işıq dolgusundan sonra gözləri şişən, üzü tanınmaz hala düşən qadın həkimi haqqında cinayət işi qaldırıb.

Dolğu prosedurundan sonra sifətinin iflic olduğunu deyən Yöndenli, "Mən gözümü itirə bilərdim. Estetik qurbanıyam.

Hər kəsə deyirəm, hər güvəndiyiniz insanı həkim bilib plastik əməliyyat etdirməyin. Mən indi-indi görürəm, gözlərim tamam bağlanmışdı. Estetik mərkəzlər və ya gözəllik salonlarında belə prosedurlar etdirməyin. Hər özünə həkim və mütəxəssis deyənə aldanmayın. Çox ama çox diqqətli olun".

İstanbulda özəl klinikalardan birində üzünə dolğu vurduran Gülseren Ö. tanınmaz hala gəlib. Proseduru edən və həkim olmadığı anlaşılan Aysel A. və klinika sahibinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Dolğu əməliyyatından sonra evə gedən Gülseren Ö.-nün üzündə, dodaqlarında və boynunda şişlik yaranıb. Bədənində yaşadığı dəyişikliyi klinikada insanlara danışan qadın şişkinliyin müvəqqəti olduğu cavabını alıb.

Şişkinlik səngiməyəndə zərərçəkən xəstəxanaya müraciət edib və müalicə olunub. Qadın üzünə "Beautical5" adlı maddə vurulduğunu və bu maddənin sintetik olduğunu biləndə həyatının şokunu yaşayıb.

Dolğu qurbanlarından biri də bir müddət əvvəl görüntüləri yayılan Azərbaycanlı model və bloger Leyla Mirzəliyevadır.

Belə ki, uzun zamandır bədəninə etdirdiyi dolğuların fəsadlarından əziyyət çəkən model sosial şəbəkə hesabında izləyiciləri ilə qorxulu bir xəbər paylaşaraq, vidalaşıb.

O, bədəninə etdirdiyi estetik əməliyyatlar, süni dolğular səbəbilə orqanizmində çürümə getdiyini bildirərək ağlayıb.

"Süni gelləri bədənimdən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına yatdım. Ağrılarım var, artıq dözə bilmirəm.

Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım 10%-dir. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin",- deyə o bildirib.

Həyatınızı məhv edə biləcək bu dolğuların qiymətlərindən xəbəriniz var? Sizə sadəcə kiçik bir miqdarının dəyərini qeyd edəcəm, geri qalanını özünüz düşünün.

Üz dolğusu prosedurunun qiyməti preparatdan asılıdır. Ümumilikdə 1 qram preparatın yeridilməsi 200-350 AZN arasında dəyişir.

Dodaq dolğusunun qiyməti 100- 300 AZN arasında dəyişir. Təbii ki, bu ödəniş məbləği həkimin peşəkarlığı və istifadə olunan məhsulun keyfiyyətindən asılıdır.

Yanaq dolğusunun 0,5 qramı 80, 1 qramı isə 120 AZN-dir.

Çənə və gicgah dolğusunun da məbləği təqribi bu civarlardadır.

Heç bir əməliyyat olmadan geldən qurtulmağın qiyməti isə 800-1000 AZN arasındadır.

Zavod istehsalı olan müxtəlif çeşidli dərman preparatları, dolğu və botokslar var ki, onların da tərkibi qiymətə görə dəyişir. Məsələn, bazarda eyni tərkibdə həm 1,5 manata həm də 10 manata seftriaksion satılır.

Bəs bunlar bir-birindən nə ilə fərqlənir? Əlbəttə ki, tərkibinin təmizlənmiş və yaxud təmizlənməmiş xüsusiyyətlərinə görə.

Eləcə də bu, dolğu və botokslara da aiddir. Yəni dünya brendi olan, tanınmış zavodların istehsal etdiyi dolğu və botokslar daha üstün, keyfiyyətli sayılır. Onların tərkibində məhz zərərli maddələr olmur və orqanizmə yad, kənar təsir göstərmir.

Onu da qeyd edək ki, bu rəqəmlər ölkəmizdə keçərlidir. Digər ölkələrdə isə üz dolğusu əməliyyatlarının qiyməti əl yandırır. Sadəcə üz prosedurlarının ödənişi 2,754 - 8584 dollar arasında dəyişir.

Çalışın, gözəllik uğruna canınızı qurban verməyin. Siz ən təbii halınızla çox daha gözəlsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Dekabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see197

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri