Icma.az
close
up
RU
Ölümlə bitən əyləncə: Uşaqlarınızı göndərməzdən əvvəl yoxlayın

Ölümlə bitən əyləncə: Uşaqlarınızı göndərməzdən əvvəl yoxlayın

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda əyləncə mərkəzində ağır qəza baş verib. 

Hadisə zamanı paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

Hadisə nəticəsində K.Səfərli aldığı ağır kəllə-beyin travmasından yerində ölüb. 

Qəza avtomobillərdən birində yaranmış qəfil nasazlıq səbəbindən baş verib. Uşaqlar üçün nəzərdə tutulan bir əyləncə məkanının faciə yerinə çevrilməsi təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması sualını gündəmə gətirir. 

Əyləncə mərkəzlərində qəzaların baş verməməsi üçün hansı tədbirlər görülməlidir? 

Mərkəzdəki vasitələrə baxış hansı vaxt aralığında keçirilməlidir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, kartinq çox vaxt əyləncə kimi təqdim edilir:

“İnsanlar kartinqi sadə oyun hesab edirlər. Amma reallıqda kartinq mühərriki və sürəti olan, ciddi risk daşıyan texniki vasitədir. Ona görə də burada təhlükəsizlik məsələsi heç vaxt ikinci planda ola bilməz. Baş verən faciə də onu göstərdi ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik sistemi ya ümumiyyətlə qurulmayıb, ya da bu məsələyə formal yanaşılır. 

Kartinqdə təhlükəsizlik məsələləri texniki vəziyyətinin sazlığından başlayır. Hər bir kartinq trasaya çıxmazdan əvvəl mütləq yoxlanılmalıdır. Əyləclər işlək vəziyyətdə olmalıdır, sükan boşluq verməməlidir, qaz pedalı ilişməməlidir. 

Xüsusilə yeniyetmələr üçün kartinqin sürəti mütləq məhdudlaşdırılmalıdır, uşaqlar üçün nəzərdə tutulmuş sürət həddi müəyyən olunmalıdır. Təxmini risklər hər zaman real təhlükə yaradır”. 

Onun sözlərinə görə , kartinqdən istifadə etməzdən əvvəl məcburi təlimlər keçirilməlidir: 

“İştirakçılar kartinqdən istifadədən öncə təhlükələrlə bağlı izahlar almalıdır. Bu izahlar aydın və başa düşülən şəkildə təşkil olunmalı, təhlükə zamanı davranış qaydaları izah edilməlidir. 

Xüsusilə uşaqlara başa salınmalıdır ki, panika zamanı qazı sıxmaq olmaz, əksinə, əyləci basmaq lazımdır. Kartinq meydançasının təşkili də təhlükəsizlik standartlarına uyğun olmalıdır. Meydançanın beton və ya metal baryerlərlə əhatə olunması yolverilməzdir, çünki toqquşma zamanı zərbəni udan xüsusi qoruyucu baryerlər olmalıdır. 

Təhlükəli döngələrdə də xüsusi qoruma mexanizmləri qurulmalıdır. Əgər toqquşma ölümlə nəticələnibsə, bu, onu göstərir ki, kartinq meydançası təhlükəsizlik tələblərinə uyğun qurulmayıb və risklər real şəkildə qiymətləndirilməyib”. 

Ekspert qeyd edib ki, kartinq mərkəzlərində nəzarət öz axarına buraxılmamalıdır: 

“Orada prosesə nəzarət edən, təlim keçmiş personal olmalıdır. Qəza baş verən kimi hərəkət dərhal dayandırılmalıdır. Əgər meydançada iştirakçı yıxılıb qalıbsa, digərlərinin hərəkətini davam etdirməsinə icazə vermək son dərəcə təhlükəlidir. Bu, dünyada qəbul olunmuş elementar qaydadır: hər hansı bədbəxt hadisə baş verən kimi proses dərhal dayandırılmalıdır. 

Qoruyucu vasitələr formal deyil, real şəkildə tətbiq olunmalıdır. Dəbilqələr uşaqların boyuna uyğun olmalı, boyun qoruyucuları düzgün taxılmalı, təhlükəsizlik kəmərləri bağlanmalıdır. Təəssüf ki, bəzi mərkəzlərdə bu vasitələr görüntü xatirinə verilir. 

Amma təhlükəsizlik görüntü deyil, nəticədir. Yeniyetmələr böyüklərlə eyni şəkildə meydançaya buraxılmamalı, yaşa uyğun kartinqlərdən istifadə etməlidirlər. Valideynlər də diqqətli olmalıdır. Uşaqları kartinq meydançasına buraxmazdan əvvəl suallar verərək hazırlıqlı olub-olmadıqlarını yoxlamalıdırlar”.
Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Ölüm əyləncə Orxan Musayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri