Oman sahillərindəki neft ləkəsi ölkənin materik hissəsinə yayılıb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oman sahilindəki neft ləkəsi, tankerin Ərəbistan dənizində saya oturduğu yerdən təxminən 200 kilometr aralıda ölkənin materik hissəsinə çatıb.
Moderator.az CNN-ə istinadən xəbər verir ki, bu barədə "Greenpeace" ekoloji təşkilatı məlumat yayıb.
Qeyd olunub ki, çirklənmə sahəsi hazırda təxminən 500 kvadrat mil (1,3 min kv. km) təşkil edir. Təşkilatın nümayəndəsi Hanen Keskes bildirib ki, peyk görüntüləri bölünmüş neft ləkələrini aşkar edib, bu isə vahid və bütöv bir ləkənin formalaşmasına deyil, sızıntının bir neçə yerdə baş verdiyinə işarə edir.
Daha əvvəl bildirilib ki, Oman sahilindəki neft ləkəsi Rusiya neftini daşıyan və sanksiya altında olan "Caroline Bezengi" tankerinin zədələnməsindən sonra yaranıb. Gəmi iyunun sonlarında saya oturub, bununla belə onun zədələnmə səbəbi naməlum olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Avqust 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















