Oman Şura Məclisinin sədri: Xalqlarımızın yaxınlığı Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 yanvar, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Şura Məclisinin sədri bildirib ki, xalqlarımızın yaxınlığı da ölkələrarası münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir.
Sahibə Qafarova 2023-cü ilin yanvarında Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsində həmsöhbəti ilə ilk dəfə görüşünü və o vaxtdan etibarən həmişə beynəlxalq təşkilatlar çərçivəsində görüşüb müzakirələr apardıqlarını məmnunluqla xatırlayıb. Həmsöhbətinin 2024-cü ilin fevralında və 2025-ci ilin fevralında APA-nın 14-cü və 15-ci plenar sessiyalarında iştirak etmək üçün Azərbaycana iki səfərinin ardınca bu gün Omanda rəsmi səfərdə olmasından məmnunluqla danışan Milli Məclisin sədri bu səfərin əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, bütün sahələr üzrə münasibətləri inkişaf etdirmək üçün böyük potensial mövcuddur. Vurğulanıb ki, Azərbaycanın Omanda səfirlik açması ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldırıb. Söhbət zamanı Azərbaycanın və Omanın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman biri-birini dəstəkləməsindən məmnunluq ifadə olunub.
Söhbətdə bildirilib ki, iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı potensial var.
Görüşdə təhsil və mədəniyyət sahələrində münasibətlərin əhəmiyyəti xüsusi vurğulanıb. Milli Məclisin sədri bildirib ki, bu mənada Leyla Əliyevanın bu ilin yanvar ayının əvvəlində Omana səfəri və bu səfər çərçivəsində aparılan müzakirələr mədəniyyət sahəsində əməkdaşlığımızı intensivləşdirəcək.
Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.
Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.
Görüşdə digər mövzularda da fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















