Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Ombudsman: 3682 azərbaycanlının taleyi hələ də naməlumdur

Ombudsman: 3682 azərbaycanlının taleyi hələ də naməlumdur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb.

Teleqraf xəbər verir ki,bəyanatda deyilir:

"Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, minlərlə itkin düşmüş, müharibə şəraiti və hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə qətlə yetirilmiş şəxslərin xatirəsini yad etmək məqsədilə 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü təsis edib.

Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokolları və BMT-nin Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi üzrə Beynəlxalq Konvensiyası dövlətlərin itkin düşmüş şəxslərin taleyinin araşdırılması, ailələrin məlumat əldə etməsi və həqiqətin üzə çıxarılması istiqamətində səmərəli tədbirlər görmək öhdəliyini təsbit edir. Həlak olmuş şəxslərin qalıqlarının aşkar edilərək ləyaqətlə dəfn olunması, ailələrin həqiqəti öyrənmək hüququnun təmin edilməsi və cəmiyyətin baş vermiş hadisələr barədə məlumatlandırılması beynəlxalq humanitar hüququn ayrılmaz tərkib hissəsidir.

Uzun illər silahlı münaqişələrin ağır fəsadları ilə üzləşmiş Azərbaycan üçün itkin düşmüş şəxslər məsələsi bu gün də öz aktuallığını qoruyur. Ölkəmizə qarşı 30 ildən çox davam edən təcavüz siyasəti, həmçinin Birinci və İkinci Qarabağ müharibələri nəticəsində minlərlə ailə itkin düşmüş əzizlərinin taleyi barədə məlumat almaq hüququndan məhrum qalmış, bu qeyri-müəyyənlik onların uzun illərdir davam edən mənəvi, psixoloji və sosial iztirablarına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonrakı dövrdə azad olunmuş ərazilərimizdə aşkar edilmiş 32 kütləvi məzarlıqda dövlətin tərəfindən həyata keçirilmiş sistemli axtarış, ekshumasiya, məhkəmə-tibbi ekspertiza və identifikasiya tədbirləri nəticəsində tapılan insan qalıqlarından 328 nəfərin şəxsiyyəti DNT və məhkəmə tibbi ekspertizası vasitəsi ilə müəyyən edilib, 250 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub və bu istiqamətdə işlər hazırda davam etdirilir.

Qeyd olunan silahlı münaqişələrin başa çatmasına və iki dövlət arasında sülhün bərqərar olması istiqamətində atılan tədbirlərə baxmayaraq, hələ də 3682 nəfərin (Azərbaycan vətəndaşının) taleyinin naməlum qalması faktı bir daha sübut edir ki, bu istiqamətdə beynəlxalq humanitar əməkdaşlıq daha praktik, operativ və nəticəyönümlü tədbirlərlə gücləndirilməlidir. Zaman keçdikcə maddi sübutların itməsi və yaxud yararsız hala düşməsi, şahidlərin sayının azalması və məlumatların məhdud sayda olması itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesini çətinləşdirir.

Regionda davam edən sülh gündəliyini nəzərə alaraq, bu humanitar problemin həlli üçün beynəlxalq humanitar təsisatlar öz mandatları, münaqişə tərəfi olmuş dövlətlər isə beynəlxalq hüquqla üzərilərinə götürdükləri öhdəliklər çərçivəsində kütləvi məzarlıqlar barədə məlumatların paylaşılması, DNT və məhkəmə-tibbi ekspertizası sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səylərini gücləndirməlidir.

İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını beynəlxalq humanitar hüquqa əsasən dövlətlərin humanitar öhdəliyi olan bu məsələyə xüsusi həssaslıqla yanaşmağa, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səyləri gücləndirməyə və praktik nəticələrin əldə olunmasına yönəlik birgə əməkdaşlığa dəvət edirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri