Icma.az
close
up
RU
Ombudsman görülmüş işlərə dair məlumat yaydı

Ombudsman görülmüş işlərə dair məlumat yaydı

Icma.az bildirir, Sia Az portalına istinadən.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli fəaliyyət plan”ı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. SİA xəbər verir ki, bununla yanaşı, “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Göründüyü kimi, cari ildə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21-ci ili, “İnsan Alverinə qarşı mübarizə haqqında” Qanunun qəbulunun isə 20-ci ili tamam olur.

Ümumiyyətlə, 2009-cu ildən başlayaraq, hər il may ayının birinci həftəsi ölkəmizdə “İnsan alverinə qarşı mübarizə həftəsi”, həmin ayın 6-sı “İnsan alverinə qarşı mübarizə günü” və 30 iyul “Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən, “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır. Baş İdarə insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Bundan başqa, İdarənin nəzdində insan alveri qurbanları üçün sığınacaq da fəaliyyət göstərir.
Azərbaycan bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, insan alverinin hər cür növünün qarşısının alınması, insan alveri qurbanlarına yardımın göstərilməsi, onların müdafiə edilməsi, cinayətkarların təqibi, habelə beynəlxalq əməkdaşlıq sahəsində müvafiq tədbirlər həyata keçirir. Bu sahədə görülmüş işlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu sahədə bir çox işlər həyata keçirilmişdir. Belə ki, Ombudsman Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyanın müddəalarına və ölkə Prezidentinin 2020-ci il 22 iyul tarixli, 2173 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nından irəli gələn məsələlərlə bağlı fəaliyyətini davam etdirmişdir.

İctimaiyyət nümayəndələrinin, xüsusilə yeniyetmə və gənclərin iştirakı ilə insan hüquqları, o cümlədən uşaq hüquqları, gender bərabərliyi, ayrı-seçkilik hallarına, zərərli vərdişlərə və insan alverinə qarşı mübarizə, erkən evliliyin fəsadları, sağlam həyat tərzinin təbliği, məişət zorakılığı və bu kimi mövzular üzrə ailələrə, məktəblilərə və icmalara ünvanlanan silsilə maarifləndirici tədbirlər həyata keçirmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) və İdarənin nəzarətində olan İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir.

İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa başçəkmə zamanı sığınacaq sakinləri qəbul olunmuş, onlarla konfidensial qaydada söhbət aparılmış, müraciətləri dinlənilmişdir. Qəbul edilmiş şəxslərə Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilmişdir. Həmçinin insan alveri ilə bağlı daxil olmuş ərizələr üzrə Ombudsman Aparatı tərəfindən araşdırmalar aparılmış və nəticəsi barədə müvafiq cavablar verilmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri