Icma.az
close
up
RU
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində birgə fəaliyyət davam etdirilir.

Bu barədə AZƏRTAC-a Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Preventiv Mexanizm fəaliyyəti sahəsində formalaşmış ölkə təcrübələrinin mübadiləsi, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə TİHEK-in sədri Muharrem Kılıçın dəvəti əsasında ombudsman Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Qaziantep şəhərində təcrübə mübadiləsində olub.

Səfər müddətində Qaziantep Şehitkamil açıq tipli cəzaçəkmə müəssisəsinə və Qaziantep Şehitkamil Ərazi Polis İdarəsinin müvəqqəti saxlanma yerlərinə başçəkmələr təşkil olunub. Nümayəndə heyəti müəssisələrdəki qanunvericilik əsaslı yeniliklərlə, saxlanılan şəxslər üçün yaradılan imkanlarla, ümumi şəraitlə, eləcə də həmin şəxslərin hüquqlarının təmini vəziyyəti, burada formalaşmış təcrübə ilə yaxından tanış olub.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun yeni açılmış Qaziantep bürosu da ziyarət olunub. TİHEK-in ilk bürosu barədə ətraflı təqdimatlar verilib. Azərbaycan Ombudsmanın regional mərkəzlərinin illərdir formalaşmış təcrübəsi barədə Səbinə Əliyevanın təqdimatı maraqla qarşılanıb. Hər iki qurumun fəaliyyət istiqamətləri barədə fikir və təcrübə mübadiləsi aparılıb, qarşılıqlı şəkildə suallar cavablandırılıb.

Səfər çərçivəsində, həmçinin Qaziantep Böyükşəhər bələdiyyə sədri Fatma Şahin, Şahinbey rayon bələdiyyə sədri Mehmet Tahmazoğlu, şəhər valisi Kemal Çeber, Qaziantep Baş prokuroru İsmail Karataş ilə görüşlər də keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri