Icma.az
close
up
RU
Ömrə yaraşıq güllər FOTOREPORTAJ

Ömrə yaraşıq güllər FOTOREPORTAJ

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Həyatımıza təravət, ömrümüzə gözəllik gətirən rəngbərəng güllər... Onlar öz rəngi, ətri və gözəlliyi ilə dünyamıza rəng qatır.

Azərbaycan poeziyasında ən gözəl nümunələrini yaradanlardan biri Məmməd Araz sevgi həsrətini belə ifadə edirdi:

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu...

Güllər həm də ovqatın ifadəsidir. Sevgidə yanıb-yaxılan, həsrətə tuş gələn şairin ovqatı necə olmalı idi?

Əməkdar mədəniyyət işçisi, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun obyektivinə düşən bu kadrlar da al-əlvan rəngli güllərin hər yerdə yol yoldaşımız olduğunu təsdiq edir. Onlar həmişə bizi müşayiət edib və onun vasitəsilə öz hisslərimizi büruzə vermişik. Gül-çiçəksiz ötüşən toy, nişan, ad günü məclisi, ziyafət varmı? Əksər hallarda kiməsə olan münasibəti bir dəstə güllə, hətta bir çiçəklə ifadə etmişik. Bəzən həmin o bir dəstə gül, bir çiçək illərlə deyilə bilməyən sözü ünvanına çatdırıb. Nəinki xoş günlərdə, hətta ayrılıq və vida məqamında güllər ən yaxşı həmdəm olub. Onu ən doğma, ən əziz adamlarımızın son məzarına da düzmüşük...

Bənövşənin, qızılgülün, yasəmənin... ətrini acgözcəsinə ciyərlərinə çəkəndə özünü cənnətdə hiss etməyən varmı? Bəs, gül-çiçəksiz ötüşən məclis, xeyir-şər varmı? İlk dərs günü məktəbə qədəm qoyan da, son zəng gününə gedən də, ad gününə dəvət edilən də, sevgilisi ilə görüşə tələsən də əlində gül-çiçək dəstəsi aparır. Gül-çiçək bəlkə də elə həmin tədbirlər üçün ən yaxşı hədiyyədir.

Güllər həyatımızda vacib rol oynayır. Amma çox vaxt onların hansı məna ifadə etdiyi barədə heç düşünmürük də. Əslində isə hər bir gül müəyyən məna ifadə edir. Qızılgül - ən incə hisslər, süsən - təmizlik, səhləb - ailə xoşbəxtliyi, astra - bağışlanma istəyi, xrizantema - dostluq, zanbaq - məhəbbəti büruzə vermək, yasəmən - ilk məhəbbət rəmzi hesab olunur.

Güllər həm də hiss və duyğuların ifadəçisidir. Əbəs yerə deyil ki, ən xoş və səmimi duyğuları çatdırmaq üçün doğma adamlara, xüsusilə xanımlara və uşaqlara “gülüm, çiçəyim” deyə müraciət edirik. Kaş elə həmişə onların özləri də ətirli, gözəl və təravətli olsunlar: gül kimi, çiçək kimi...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri