Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Ömrün 75 illik zirvəsi

Ömrün 75 illik zirvəsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Şağanda Xalq yazıçısı Kamal Abdullanın yubileyi qeyd olunub

27 iyun 2026-cı il tarixində Şağan Mədəniyyət Mərkəzində Azərbaycan elmi, ədəbiyyatı və ictimai fikri üçün xüsusi əhəmiyyət daşıyan möhtəşəm bir elmi-ədəbi məclis keçirildi. Azərbaycanın Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik, görkəmli ictimai və dövlət xadimi Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş “Ömrün 75 illik zirvəsi” adlı tədbir zəngin məzmunu, yüksək intellektual ab-havası və səmimi emosional çalarları ilə yadda qaldı.

Həmin gün Bakıda hava sanki mədəniyyətə imtahan verirdi. Güclü yağışa, əlverişsiz hava şəraitinə baxmayaraq, Şağan Mədəniyyət Mərkəzinin zalı Kamal Abdulla yaradıcılığını sevən oxucular, ziyalılar, elm və sənət adamları, tələbələr və ədəbiyyat həvəskarları ilə dolu idi. Bu mənzərə özü ayrıca bir məna daşıyırdı: Kamal Abdulla imzası zamanın, məkanın, hətta havanın sərtliyindən də güclü bir mənəvi cazibəyə malikdir. Zalda hiss olunan maraq, diqqət və ehtiram bir daha göstərdi ki, onun yaradıcılığı bu gün də oxucunu düşündürür, mübahisəyə çağırır, yaddaşın dərin qatlarına aparır və Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində canlı mövqeyini qoruyur.

Tədbir akademik Kamal Abdullanın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Yazıçının elmi fəaliyyəti, bədii yaradıcılığı, dilçilik, mifologiya, ədəbiyyat və ictimai fikir sahəsindəki xidmətlərini əks etdirən görüntülər zalda xüsusi bir ovqat yaratdı. Videoçarxdan sonra alqış sədaları altında tədbirin əsas hissəsinə keçid edildi və yubiley məclisi sözün əsl mənasında elmi-ədəbi düşüncə meydanına çevrildi.

Məclisin təşkilatçısı Azərbaycan Dillər Universitetinin magistr tələbəsi, “Xəzər” Muzey Mərkəzinin direktor müavini, Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Bonistlər Birliyinin üzvü Rüfət Əliyev idi. Onun təşəbbüsü ilə reallaşan bu tədbir həm təşkilati baxımdan, həm də məzmun etibarilə yüksək səviyyəsi ilə seçildi. Rüfət Əliyevin çıxışında Kamal Abdulla yaradıcılığına şəxsi oxucu sevgisi, mənəvi bağlılıq və intellektual ehtiram açıq şəkildə duyulurdu. O bildirdi ki, Kamal Abdulla onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, hələ uşaqlıq illərindən onu mifologiya ilə gerçəkliyin qovuşduğu sirli ədəbi aləmə aparmışdır. Bu səmimi etiraf tədbirin ruhunu müəyyənləşdirdi.

Elmi-ədəbi məclisin aparıcısı “Xəzər” Muzey Mərkəzinin təsisçisi və rəhbəri Səyavuş Əlizadə tədbiri yüksək mədəniyyət, ehtiram və peşəkarlıqla idarə etdi. Onun təqdimatında Kamal Abdulla yaradıcılığı Azərbaycan ədəbi və elmi düşüncəsinin mühüm zirvələrindən biri kimi təqdim olundu. Aparıcının vurğuladığı kimi, Kamal Abdulla imzası bədii sözün estetik gücünü, fəlsəfi təfəkkürün dərinliyini, tarixi yaddaşın gizli qatlarını və milli mifologiyanın mənəvi kodlarını özündə birləşdirən bütöv bir məktəbdir.

Tədbirdə ölkənin tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak etdilər. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, etnoqraf və folklorşünas, professor Təvəkkül Səlimov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, dosent Aqil Məlikov, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, şair Rüstəm Behrudi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, dramaturq Cavid Zeynallı, görkəmli teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova və digər qonaqlar yubiley məclisinə qatıldılar.

Çıxışlarda Kamal Abdullanın çoxşaxəli yaradıcılıq dünyasına müxtəlif rakurslardan nəzər salındı. Akademik Vaqif Abbasov Kamal Abdulla yaradıcılığının elmi dəyərini yüksək qiymətləndirərək onun intellektual miqyasını xüsusi vurğuladı.

Professor Rafiq Əliyevin çıxışı məclisin ən maraqlı intellektual məqamlarından biri kimi yadda qaldı. O, Kamal Abdulla yaradıcılığında qeyri-səlis məntiqin izlərindən, bədii düşüncə ilə elmi idrakın kəsişmə nöqtələrindən danışdı, dünya şöhrətli alim Lütfi Zadənin Kamal Abdulla yaradıcılığına münasibətini xatırlatdı. Bu yanaşma yazıçının əsərlərinin həm də müasir elmi-fəlsəfi təfəkkür kontekstində dəyərləndirilməsinin vacibliyini göstərdi.

Professor Təvəkkül Səlimov çıxışında tədbirin Şağan qəsəbəsinin mədəni həyatında xüsusi hadisə olduğunu bildirdi. Onun sözlərinə görə, bu miqyasda, bu səviyyədə və bu tərkibdə elmi-ədəbi məclisin Şağanda keçirilməsi əlamətdar bir hadisədir. Doğrudan da, həmin gün Şağan Mədəniyyət Mərkəzi Azərbaycan elminin, ədəbiyyatının və sənətinin tanınmış simalarını bir araya gətirən canlı fikir məkanına çevrilmişdi.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Kamal Abdulla ilə yaradıcılıq əlaqələrindən danışaraq onun sözlərinə musiqi yazan ilk sənətkarlardan biri olduğunu qeyd etdi. Bu məqam Kamal Abdulla yaradıcılığının bədii söz sərhədlərini aşaraq musiqi duyumu ilə də səsləşdiyini göstərirdi. Əməkdar incəsənət xadimi Aqil Məlikov isə yazıçının əsərlərinin mənəvi dəyərindən, insanın daxili aləminə təsir gücündən söz açdı.

Şair Rüstəm Behrudi çıxışında Kamal Abdulla ilə uzun illərə söykənən dostluğundan, onun insan və yaradıcı şəxsiyyət kimi incəliklərindən danışdı. O, Kamal Abdullanın mətnlərindəki zərif fəlsəfi qatlara, sözün görünməyən mənasını duymaq bacarığına diqqət çəkdi. Professor Fuad Məmmədov isə yazıçının ədəbi və elmi yaradıcılığına yüksək qiymət verərək maraqlı bir etiraf etdi: Kamal Abdullanı uzun illərdir tanımasına baxmayaraq, məhz bu tədbirdə onun şəxsiyyətinin və yaradıcılığının yeni tərəflərini özü üçün kəşf etdiyini bildirdi. Professor Fuad Məmmədov qeyd etdi ki, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin qərarı ilə Kamal Abdulla “Mədəniyyət səfiri” Fəxri diplomu ilə təltif olunub.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova Kamal Abdullanın yubiley məclisinin rayon ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi, tədbirə Xəzər ictimaiyyəti adından yüksək qiymət verdi. Onun çıxışı bu məclisin yalnız ədəbi dairələrin tədbiri kimi deyil, geniş ictimai-mədəni hadisə kimi qəbul olunduğunu təsdiqlədi.

Tədbirin əsas hissəsində Kamal Abdulla ilə panel müzakirə keçirildi. Moderator Rüfət Əliyevin sualları yazıçının yaradıcılığının mühüm istiqamətlərini əhatə edirdi: romanlarda tarixi yaddaş və şəxsiyyət obrazı, rəsmi tarixin görünməyən insan taleləri, xatirə və unutmaq fəlsəfəsi, daxili monoloqların tənhalığı, “Kitabi-Dədə Qorqud”a yeni baxış, mifoloji düşüncə, “Sehrbazlar dərəsi”nin mistik aləmi, reallıqla xəyal arasındakı tarazlıq, povest və hekayələrdə insan psixologiyası, ədəbi tənqidlə oxucu münasibəti, dilçi alimlə yazıçı azadlığının vəhdəti, ədəbi dilin anlaşıqlığı və estetik dərinliyi.

Bu panel məclisin ən canlı və düşüncə yüklü mərhələlərindən biri oldu. Kamal Abdulla cavablarında öz yaradıcılıq laboratoriyasının qapılarını açdı, yazıçı tənhalığından, yaddaşın bədii mətndəki rolundan, mifologiyanın müasir insan üçün daşıdığı mənadan, dilin intellektual və estetik imkanlarından danışdı. Onun çıxışında sakitliklə dərinlik, təvazökarlıqla düşüncə miqyası, yazıçı həssaslığı ilə alim dəqiqliyi bir arada hiss olunurdu.

Açıq mikrofon formatında davam edən görüşdə zalda əyləşən qonaqlar, oxucular, ziyalılar və tələbələr Kamal Abdullaya suallar ünvanladılar, ürək sözlərini bölüşdülər. Bu hissə tədbirə xüsusi səmimiyyət gətirdi. Burada rəsmi nitqlərin ardınca canlı oxucu nəfəsi duyuldu. Kamal Abdulla hər suala diqqətlə yanaşdı, cavablarında həm müdriklik, həm də insanlara qarşı həssas münasibət nümayiş etdirdi.

Məclisin ən təsirli məqamlarından biri isə 123 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Fidan Əliyevanın çıxışı oldu. Onun səhnədə Kamal müəllimin yazdığı bir şeiri səsləndirməsi tədbirə fərqli bir rəng qatdı. Fidanın çıxışı, səmimiyyəti və həyəcanı zalda kövrək anlar yaşatdı. Göz yaşları ilə müşayiət olunan bu epizod Kamal Abdulla sözünün yeni nəsillərin qəlbinə də yol tapdığını göstərən ən parlaq səhnələrdən biri idi. Böyük ədəbiyyatın əsas gücü də buradadır: o, akademik auditoriyada da, məktəbli qəlbində də öz yerini tapır. Tədbirin sonunda yubilyar oxucuları ilə səmimi görüşərək kitablarını imzaladı və onlarla xatirə şəkilləri çəkdirdi.

Yubiley tədbiri başa çatdıqdan sonra akademik Kamal Abdulla və rəsmi qonaqlar “Xəzər” Muzey Mərkəzini ziyarət etdilər. Qonaqlar muzeylə yaxından tanış oldular, burada qorunan eksponatlar, mədəni irs nümunələri və mərkəzin fəaliyyəti barədə məlumat aldılar. Beləliklə, bu ziyarət günün ümumi məzmununu tamamlayıb, söz, elm, yaddaş və mədəni irs eyni mənəvi xətt üzərində birləşdirdi.

Əlamətdar haldır ki, “Ömrün 75 illik zirvəsi” adlı elmi-ədəbi məclis Kamal Abdullanın yubileyinə həsr olunmuş uğurlu və yaddaqalan tədbir kimi tarixə düşdü. Şağanda baş tutan bu görüş Azərbaycan ədəbi mühitinin böyük bir imzaya göstərdiyi ehtiramın, oxucu sevgisinin, ziyalı həmrəyliyinin və mədəni yaddaşa sədaqətin ifadəsinə çevrildi.

Kamal Abdulla yaradıcılığı bu gün Azərbaycan sözünün düşünən, soruşan, sirrə toxunan, mifin içindən müasir insanı axtaran istiqamətlərindən biridir. Beləliklə, Şağan Mədəniyyət Mərkəzində keçirilən yubiley məclisi Kamal Abdullanın 75 illik ömür yolunun canlı, səmimi və işıqlı səhifələrindən birinə çevrildi.

Əbülfəz Babazadə

kulturoloq-yaponşünas, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Simurq” AMA vitse-prezidenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri