Ömür boyu subay qalan aktrisa 96 yaşında vəfat etdi FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyalı aktrisa Dame Patricia Routledge vəfat edib.
Bizim.Media xəbər verir ki, məşhur britaniyalı aktrisa və müğənni Dame Patricia Routledge bu gün səhər, 96 yaşında dünyasını dəyişib.
Dame Patricia Routledge ən çox BBC-nin məşhur "Keeping Up Appearances" serialında Hyacinth Bucket rolunu canlandırması ilə tanınır.
Bu rolu ona Britaniya Komediya Mükafatı qazandırmış və onu Britaniya televiziya mədəniyyətində əvəzsiz simaya çevirmişdir.
Routledge karyerasına 1952-ci ildə başlayıb. O, Broadway-də "How's the World Treating You" (1966) ilə debüt etmiş, həmçinin Tony Mükafatı (1968) və Laurence Olivier Mükafatı (1988) daxil olmaqla bir çox prestijli mükafatlar qazanmışdır. Onun digər tanınmış işləri arasında "To Sir, with Love" (1967) və "Hetty Wainthropp Investigates" (1990-1998) serialı yer alır.
2017-ci ildə, əyləncə və xeyriyyə sahələrinə verdiyi töhfələrinə görə, o, Britaniya Kraliçası tərəfindən "Dame" tituluna layiq görülüb.
Aktrisa heç vaxt ərə getməyib və uşağı olmayıb, bütün həyatını sənətinə həsr edib. (Milli.Az)

Bizim.Media


