Icma.az
close
up
RU
On üç yaşlı qız üç uşaq atasıyla qaçdı: Pəncərəsiz otaqda dəhşət yaşadım... Şok təfərrüat

On üç yaşlı qız üç uşaq atasıyla qaçdı: Pəncərəsiz otaqda dəhşət yaşadım... Şok təfərrüat

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xudat şəhərində 1979-cu il təvəllüdlü Kənan evlənmək məqsədilə yetkinlik yaşına çatmayan Kəmaləni (adlar şərti verilib – red.) oğurlayaraq ona təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Kənan sosial şəbəkə hesab olunan “Snapchat" mobil tətbiqi vasitəsilə tanış olduğu 2010-cu ildə anadan olmuş Kəmaləyə ailə quracağıyla bağlı yalan vədlər verib. 18 may 2023-cü ildə Kəmaləni aldadaraq yaşadığı Tovuz rayonunun kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığından oğurlayıb və Xudat şəhərindəki evinə gətirib.

Kənan qızı dörd gün həmin ünvanda saxlayıb. Mayın 19-da saat 02:30-da, mayın 21-də saat 23:00-da zorakılıq göstərib, təbii yolla onunla cinsi əlaqədə olub.

Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 144.3 (bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 149.3.3-cü (zorlama - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Toxunmadım, cinsi əlaqədə olmadım”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, evlidir, himayəsində 3 uşağı var:

“Son zamanlar ailəmdən ayrılmaq qərarına gəldim, ancaq məhkəməyə müraciət etmədim. 11 may 2023-cü ildə “Snapchat” mobil tətbiqindən istifadə zamanı təsadüfən Kəmalə adlı qızla tanış oldum. Tətbiqdəki profil adı telefonun köhnə sahibi Sənanın adınaydı. Kəmalə ilə söhbət zamanı 22 yaşım olduğunu, Xaçmaz rayonunda yaşadığımı bildirdim. O isə 18 yaşı tamam olduğunu, Tovuz rayonunun kəndində yaşadığını, ailəsi icazə vermədiyi üçün mobil telefon nömrəsinin olmadığını dedi.

Kəmalə ilə bir-iki gün sosial şəbəkədə söhbət etdikdən sonra bir-birimizə şəkillərimizi göndərdik, bir-birimizdən xoşumuz gəldi.

Kəmalə atasının onu tez-tez döydüyünü, evdən və ailəsindən bezdiyini dedi və mənimlə getmək istədiyini bildirdi. Mayın 18-də o, Bakı şəhərinə gəldi. Biz “Şamaxinka” deyilən yerdə görüşdükdən sonra birlikdə Xudata mənim evimə getdik. Yolboyu Kəmalənin üzündə maska olduğundan onun yaşını bilmədim. Xudatdakı evə çatdıqdan sonra onun yaşının az olduğunu bildim. Buna görə də Kəmaləyə toxunmadım, onunla cinsi əlaqədə olmadım”.

“Şəkilini mənə göndərdi”

Təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olub. Onun ibtidai istintaqa ifadəsi elan edilib.

Kənan ibtidai istintaqa bildirib ki, mayın 11-də istifadəsində olan “Samsung” markalı mobil telefondakı “Snapchat” mobil tətbiqindən istifadə edən zaman təsadüfən Kəmalə adlı profili istifadəçisi ilə tanış olub: “Kəmalə ilə söhbət zamanı 22 yaşım olduğunu, Xaçmaz rayonunda yaşadığımı bildirdim. O isə 18 yaşı tamam olduğunu, Tovuz rayonunun kəndində yaşadığını söylədi.

Bir-iki gün söhbətdən sonra ondan şəklini istədim. Sözümü yerə salmadı. O, şəklini göndərdikdən sonra məndən də foto istədi. Şəkillərimizi gördükdən sonra o mənim, mən onun xoşuna gəldim”.

“Təklif etdim ki, birlikdə yaşayaq”

Kənanın sözlərinə görə, mayın 15-də söhbət zamanı Kəmalədən xoşu gəldiyini, subay olduğunu və onunla evlənmək istədiyini bildirib: “Kəmalə mənimlə razılaşdı, artıq yaşadığı evdən çıxaraq getmək istədiyini dedi. Beləliklə, evlənmək barəsində razılaşdıq.

Kəmalə ilə səmimi münasibətim yarandıqdan sonra “Snapchat" ani mesajlaşma tətbiqində bir-birimizə mesajlar yazışdıq. Mayın 17-də ona təklif etdim ki, yanıma gəlsin, evlənərək birlikdə yaşayaq. O, razılıq verərək mənimlə evlənmək istədiyini təkrar bildirdi.

Mayın 18-də Tovuz rayonuna gəlib, onu yaşadığım evə aparacağımı dedim. Kəmalə Tovuz rayonunun hansı kəndində, kəndin hansı məhəlləsində yaşadığını dedi”.

“Mənə xəbər etməsini dedim”

Kənan qeyd edib ki, mayın 18-də səhər yaşadığı evdən çıxıb, taksilərin birinə əyləşərək paytaxta yola düşüb:

“Həmin gün saat 09:30-da radələrində Bakı şəhərində, avtovağzalda avtomobildən endim. Tovuz rayonuna gedən taksilərin dayandığı yeri soraqlaşıb tapdım və 20 manata Tovuza yola düşdüm. Saat 15:00-da rayona çatdım. Tovuza yaxınlaşanda sürücüdən kəndə gedən yolun yaxınlığında mənə xəbər etməsini xahiş elədim.

Yolun başında avtomobildən endikdən sonra bir qədər piyada yeridim, daha sonra maşınların birinə əl edib saxlatdım. Sürücüyə kənddə Çöpçülər məhəlləsi adlanan küçədə düşəcəyimi dedim. Sürücü məni qeyd olunan küçəyə apardı, ona 3 manat ödəniş etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin küçədə dayanıb və “Snapchat” tətbiqi vasitəsi ilə Kəmaləyə mesaj yazıb, yaşadığı evin harada yerləşdiyini dəqiqləşdirib: “Kəmalə evlərinin çöpçü yaşayan evin yaxınlığında olduğunu dedi. Tanımadığım bir oğlandan çöpçünün evini soruşdum, o da istiqaməti mənə göstərdi.

Kəmaləyə mesaj yazıb həmin istiqamətdə piyada gəldiyimi dedim. Bu zaman onun qarşı tərəfdən iti addımlarla mənə tərəf gəldiyini gördüm. Şübhə doğurmamaq üçün istiqamətimi dəyişdim, yol tərəfə getməyə başladım ki, Kəmalə mənə çatanadək maşın saxladım.

Kəmalə yanıma çatanadək “VAZ 2106” markalı avtomobili dayandırdım, maşına əyləşdik. Sürücü bizi Tovuz rayonundan Bakı şəhərinə gedən avtomobillərin dayandığı yerə apardı. “Ford Tranzit” markalı sərnişin avtobusu ilə Bakıya yola düşdük”.

“Birlikdə yemək yedik”

Kənanın sözlərinə görə, Bakı şəhərinə çatdıqdan sonra "Şamaxinka" adlanan ərazidə avtomobildən enib və Xudat şəhərinə gedən “Mercedes C-class" markalı avtomobilə əyləşiblər:

“Mayın 19-da gecə saat 01:00-da Xudata çatdıq. Gecə avtomobil dairəsinin yanında düşdük və piyada özümə məxsus evə gəldik. Evdə bir qədər söhbət etdik. Kəmaləyə adımın Sənan yox, Kənan olduğunu, habelə 22 yaşım olduğunu bildirdim.

Arvadımla münasibətimin yaxşı olmadığına görə Kəmalə ilə evlənərək birlikdə yaşayacağımızı, onun əri olacağımı düşündüm. Daimi yaşayış olmadığına görə evdə ərzaq yox idi. Ac olduğumuz üçün mağazaya gedib sosiska və yumurta aldım. Kəmalə yemək hazırladı, birlikdə yemək yedik”.

“Cinsi əlaqədə olmuşam”

Kənan qeyd edib ki, gecə saat 02:30-da evdə yataq olmadığına görə Kəmalə yerə ədyal salaraq yatmaq üçün yer hazırlayıb: “Həmin yerdə Kəmalə ilə könüllü razılığı əsasında cinsi əlaqədə olduq. Ona ər-arvad olacağımızı dedim. Kəmalənin bakirəliyinin pozulduğunu başa düşdüm.

Cinsi əlaqədən sonra gecəni yatdıq və səhər duraraq işə getdik. Mayın 21-dək ona toxunmadım. Kəmaləni yaşadığım evə gətirdikdən sonra evin yerləşdiyi yataqxananın giriş qapısını arxadan bağlayaraq çölə çıxdımm. Yataqxananın giriş qapısından istifadə edirdim. Arxa tərəfdən də giriş var və əsas həmin qapıdan istifadə edirəm. Arxa qapı da daim açıq olur.

Yataqxananın əsas giriş qapısını kənar şəxs tərəfindən oğurluq edilməməsinə görə bağlamışam. Evdə Kəmalə ilə könüllü razılığı ilə təbii yolla bir dəfə cinsi əlaqədə olmuşam. Ona heç bir zor tətbiq etməmişəm, onu vurmamışam”.

Kənanın ifadəsinə görə, Kəmalə ilə “Snapchat" ani mesajlaşma tətbiqində tanış olarkən ona 13 yaşlı olması barədə məlumat verməyib: “O, artıq 18 yaşının tamam olub, 19-a keçdiyini dedi.

Mayın 22-də günorta saatlarında Kəmalə gizli şəkildə telefonu götürərək xalası ilə danışanda onun 13 yaşı olduğunu öyrəndim. Artıq gec idi. Kəmaləni arvadım kimi saxlamağı və həddi-buluğa çatdıqdan sonra onunla evlənməyi düşündüm.

Şəklini gördükdən sonra Kəmalənin yaşı ilə bağlı mənə yalan məlumat verməsi, azyaşlı olması ilə bağlı məndə heç bir təsəvvür yaranmadı. Elə bildim ki, özünün dediyi yaşdadır. Hazırda əməlimdən peşmanam”.

“Subay olduğunu və evlənmək istədiyini dedi”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, valideynləri ilə Tovuz rayonunun yaşayır, orta məktəbin 7-ci sinif şagirdidir: “Əvvəllər mobil telefondan istifadə etməmişəm. Ancaq yaşadığımız evdə internet olduğuna görə aradabir anamın mobil telefonundan istifadə etməklə müxtəlif sosial şəbəkələr vasitəsi ilə mesajlar yazmışam. Sonradan anam mənə telefon alıb bağışladı.

Anamın bağışladığı mobil telefon vasitəsi ilə “Snapchat”da tanışlarıma mesaj yazarkən təsadüfən Sənanın profili diqqətimi cəlb etdi və ona mesaj yazdım. O da mənə cavab yazdı və bu bizim aramızda tanışlığın yaranmasına səbəb oldu. Sonrakı günlərdə də bir-birimizə mesajlar yazdıq.

Qeyd etdiyim profildən istifadə edən şəxs adının Sənan olduğunu, 17 yaşında və subay olduğunu dedi. Mən də özüm haqqında məlumat yazdım, 14 yaşında olduğumu və mobil telefon nömrəmin olmadığını bildirdi.

Bir müddət sonra Sənan yaşının 22 olması barədə mesaj yazdı. Mən də cavabda yaşımı 18 göstərdim. Mesajlaşdığım şəxsin adının Sənan olduğuna inandım. Məndən fotoşəklini istəyəndə mobil telefonla şəklimi çəkib göndərdim. Sənan da öz fotoşəklini çəkərək mənə göndərdi. Beləliklə, bir-birimizdən xoşumuz gəldi.

Söhbət əsnasında o mənə subay olduğunu və evlənmək istədiyini dedi. Aramızda səmimi münasibət yarandıqdan sonra “Snapchat”da mesajlaçdıq, səsli zənglər edərək danışdıq”.

Kəmalə qeyd edib ki, mayın 17-də Sənan yanına gəlməyi və evlənməyi ona təklif edib: “Mən onun yanına gələ bilməyəcəyimi dedim. Sənan özü gəlib məni aparacağını bildirdi.

Yaşadığım yer haqqında ona məlumat verdim. Amma onun yaşadığım kəndə gələcəyinə inanmadım. Mən özüm də həmin şəxsin harada yaşadığını bilmirdim. Sənana yaşadığım yer haqqında məlumat verdikdən sonra mayın 18-də gələrək məni aparacağını dedi. Ancaq yenə də inanmadım”.

“Peşman oldum”

Kəmalənin sözlərinə görə, mayın 18-də saat 15 radələrində Sənan ona mesaj yazaraq yaşadığı evin küçəsinə gəldiyini deyib, ona özü ilə getməyi təklif edib: “Mən ailə qura biləcək yaşda olmadığım üçün Sənanla gedə bilməcəyimi bildirdim.

Bir neçə dəqiqə sonra Sənan yaşadığım evin həyət qapsınını qarşısına gəlib qapını döydü və getməli olduğumuzu dedi. Anamın gəlib bizi görəcəyindən qorxduğum üçün tez əynimə qalın bir şey geyindim və Sənanla birlikdə evdən küçəyə çıxdıq. Bir qədər piyada getdikdən sonra bir avtomobilə əyləşdik, Bakı yoluna getdik. Sərnişin avtobusuyla Bakıya yola düşdük.

Həmin vaxtadək adını Sənan kimi bildiyim şəxsdən məni haraya apardığını soruşdum. O, Xudat şəhərində yaşadığını, məni ora, yaşadığı evə apardığını dedi. Heç bir yeri tanımadığıma və qaranlıq olduğuna görə getməkdən başqa yolum olmadı.

Xudatda olan mənzil təmirsiz idi. Adını Sənan bildiyim şəxsin yaşadığı şəraiti gördükdə aldadıldığımı başa düşdüm, gəldiyimə peşman oldum. Ancaq Sənanla bir yerdə qalmağa məcbur oldum. Çünki gedəcək başqa bir yerim yox idi, mobil telefonum da nömrəsizi idi.

Sənandan valideynlərimə zəng vurmaq üçün mobil telefonunu istəyəndə onu mənə vermədi, bir yerdə qalmalı olduğumuzu dedi. Bu sözlərdən sonra məndə narahatçılıq daha da artdı.

O, ciddi-cəhdlə çalışdı ki, Xudat şəhərinə gəlməyimi heç kimə bildirməyim və məcbur olaraq onun yanında qalım. Bir neçə dəqiqə evdə oturduqdan o, əsl adının Kənan olduğunu bildirdi”.

“Qapını arxadan bağlayırdı”

Zərərçəkmiş şəxs qeyd edib ki, Kənana 13 yaşında olduğunu, evlənəcək yaşa çatmadığını söyləyib, onu valideynlərinin yanına göndərməyi xahiş edib: “Kənan mənə onun yanında qalmalı olduğumu bildirdi. Ac olduğumu bildirəndə məni evdə qoyaraq qapını arxadan bağladı, küçəyə getdi.

Bir müddət sonra gələndə gördüm ki, mağazadan sosiska, yumurta və çörək alıb. Yemək hazırldım, birlikdə yemək yedik. Gedərkən qapını arxadan bağlamasının səbəbini soruşdum. Mənə çox etibar etmədiyini, bayıra çıxaraq gedə biləcəyimi və ya qonşuların məni görərək polisə məlumat verəcəklərini, azyaşlı olduğum üçün problem yaranacağınıi dedi”.

Kəmalə qeyd edib ki, mayın 19-da gecə saat 02:30-da yorğun olduğu üçün ədyalı döşəməyə sərib və üstünə uzanıb: “Kənan yanıma uzanaraq məni qucaqlayanda bir daha heç kimlə cinsi əlaqədə olmadığımı və evlənəcək yaşa çatmadğımı bildirdim. Kənan cinsi əlaqədə olmalı olduğumuzu dedi. Razılaşmadım, ayağa durmaq istədim. O məni qucaqlayaraq tərpənməyə qoymadı, üzərimə uzanaraq məni öpdü, əynimdə olan paltarları soyundurmağa başladı.

Fiziki cəhətdən çox güclü olduğu üçün ona müqavimət göstərə bilmədim. Qışqırmaq istədim, otağın pəncərələri olmadığına görə fikriləşdim ki, səsimi eşidən olmayacaq, əsəbləşən Kənan mənimlə hansısa başqa xoşagəlməz, qəddar hərəkətlər edəcək. Çünki o məni dinləmək istəmir, paltarlarımı kobud formada çəkməklə soyundurmağa çalışırdı.

Kənan soyundu, üstümə uzandı və nə qədər cəhd etsəm də, onu üzərimdən qaldıra bilmədim. Xahiş etdim ki, ayağa dursun, məni evimizə yola salsın. Amma məni dinləməyərək cinsi əlaqədə oldu. Cinsi əlaqədən sonra yorğun olduğumuz üçün həmin vəziyyətdə yatdıq.

Səhəri gün yuxudan oyananda Kənanın hazırlaşaraq getmək istədiyini gördüm. Ondan hara gedəcəyini soruşdum. Özünün işə gedəcəyini, mənimsə evdə qalmalı olduğumu dedi. Ondan qapını bağlamamağı, evdə tək qalaraq darıxdığımı bildirdim. Amma Kənan mənə mənə etibar etmədiyini, evdən küçəyə çıxa biləcəyimi söylədi. Bundan sonra qapını arxadan bağlayaraq getdi.

Qaldığım otağın pəncərələri yox idi, qapısı isə arxadan bağlıydı deyə küçəyə çıxmağım mümkün olmadım. Axşamadək evdə tək qaldım. Axşam Kənandan xahiş etdim ki, evdə tək olduğum vaxtlarda darıxdığım üçün gedəndə qapını arxadan bağlamasın, özü evdə olanda isə məni küçəyə çıxararaq gəzdirsin. Kənan bildirdi ki, mənə etibar etmədiyi üçün evdən çıxanda qapını arxadan bağlayacaq.

Kənanın istəklərinə qarşı çıxa bilmədim. Onunla gəlməyimdən heç kimin xəbəri olmadığı üçün düşündüm ki, mənə qarşı istənilən pis hərəkəti edə bilər. Kənanla mehriban davranmağa çalışdım ki, mənə qarşı başqa hansısa bir pis hərəktləri etməsin.

Arada Kənanın mobil telefonunu götürərək valdeyinlərimə zəng etmək istəsəm də, o, telefonunu əlimdən aldı”.

“Mənim üçün çox çətin və dözülməz idi”

Kəmalənin ifadəsinə görə, evdə ərzaq olmadığına görə lazımı səviyyədə qidalana bilməyib, çox əziyyət çəkib: “Çox çalışırdım ki, hansısa bir yol tapıb valdeyinlərimin yanına qayıdım. Pəncərəsiz otaqda, bağlı qapı arxasında günr keçirmək mənim üçün çox çətin idi.

Valdeyinlərimin yanına qayıtmaq istədiyimi Kənana təkrar-təkrar desəm də, məni dinləmək istəmədi. Qorxduğum üçün Kənanın qarşısında ciddi bir tələb qoya bilmədim.

Axşam saat 18-19 radələrində Kənan evə gəldi. Ona evdə tək qalıb çox darıxdığımı, yarım saatlıq olsa da, məni küçəyə çıxararaq gəzdirməsini xahiş etsəm də, təklifimə məhəl qoymadı. Qaldığımız evin arxa tərəfi daş hasarla əhatə olunmuşdu, evin sanitar qovşağı da daş hasar arasındaydı.

Evdən qaçıb getməyimdən ehtiyatlandığı üçün Kənan məni ayaqyoluna da öz nəzarətiylə buraxırdı. Gəlməyimə çox peşman olmuşdum və evimizə qayıtmaq üçün yollar axtarırdım”.

“Evli və üç uşağı olduğunu öyrəndim”

Kəmalə qeyd edib ki, mayın 19-da və 21-də gecə iki dəfə Kənanla cinsi əlaqədə olub: “Mayın 22-də səhər Kənan yuxadan oyananda dedi ki, mənim itkin düşməyimlə bağlı bir çox xəbər saytlarında məlumatlar yayılıb və polis məni axtarır. Ona dedim ki, azyaşlıyam, məni nə qədər ətrafdan təcrid edib bağlı qapı arxasında saxlasa da, daha çox insanların diqqətini cəlb edəcək, nə vaxtsa bu Kənan üçün daha ciddi problem yaradacaq.

Bundan sonra o, valdeyinlərimə zəng vurdu, ailə qurmaq məqsədi ilə onunla özümün gəldiyimi, xoşbəxt olduğumu, şikayətlərini geri götürmələrini bildirdi. Kənana söz verdim ki, mobil telefonunu versin, xalam Naziləyə zəng vurub onun dediklərini xalama da bildirim. Kənan telefonunu verdi, Naziləyə zəng vurub, Kənanın dediyi sözləri təkrarladım. Dedim ki, “mən xoşbəxətəm, ailə qurmaq məqsədi ilə öz razılığımla evdən getmişəm, mənim itkin düşməyimlə bağlı polisə etdiyiniz şikayəti geri götürün”.

Danışdıqdan sonra Kənan mobil telefonunu əlimdən aldı və yenə də qapını arxadan bağlayaraq məni evdə tək qoyaraq getdi.

Evdə tək qalıb bir müddət ağladım. Sonra isə Kənanın gəlməsini gözlədim. Təxminən günorta saatlarında evin qapısı açılanda gördüm ki, Kənanla tanımadığım bir nəfər də gəlib. O, polis əməkdaşı olduğunu dedi, bizi avtomobilə əyləşdirərək özü ilə apardı. Avtomobildə Kənanla birlikdə arxa oturacaqda əyləşdik.

Kənan mənə tərəf əyilərək pıçıltı ilə qulağıma dedi ki, polislər Xaçmaz rayonuna necə gəldiyimi soruşsalar, bura tək gəldiyimi bildirim. Mən onunla razılaşmadım. Polis şöbəsində Kənanın kəndimizə gəldiyini, 22 yaşlı olduğunu deməklə məni aldadıb özü ilə gətirdiyini bildirdim. Şöbədə öyrəndim ki, Kənan 44 yaşındadır, evlidir, üç uşağı var”.

“İstəmədiyim halda mənimlə cinsi əlaqədə oldu”

Kəmalənin ifadəsinə görə, Xaçmaz Rayon Polis Şöbəsinə valideynləri də gəlib və onların iştirakı ilə baş verənləri olduğu kimi danışıb: “Evdən çıxıb Kənanla gələrkən düşündüm ki, məni özü ilə aparıb bir qədər gəzdirdikdən sonra yaşadığım evə qaytaracaq. Onun niyyətini, yəni cinsi əlaqədə olmaq üçün məni Xudat şəhərinə gətirəcəyini əvvəlcədən bilsəydim, razılaşmazıdım.

Hər şeyi Xudat şəhərindəki evdə başa düşdüm. Lakin heç cür Kənanın mənimlə cinsi əlaqədə olmasının qarşısını ala bilmədim. Kənan mənimlə istəmədiyim halda cinsi əlaqədə oldu”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 16 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Kənan apellyasiya şikayəti verib. O, əməlini 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə insi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilməsini, ona həmin maddə üzrə cəza təyin olunmasını xahiş edib.

Kənanın şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, şikayət təmin edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see149

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see141

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see137

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see131

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see126

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see116

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see114

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see111

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see109

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri