Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Ona 900 min dolların qarşılığında 2 3 milyon dollar vermişəm”

“Ona 900 min dolların qarşılığında 2 3 milyon dollar vermişəm”

Icma.az bildirir, Tribuna portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Tribunainfo.az xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyətilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Prosesdə zərərçəkmiş Yadigar İsrafilov ifadə verib. O bildirib ki, Nizami Alişanı əvvəlcə sosial şəbəkələrdən, sonra isə ortaq dostlarının vasitəsi ilə tanıyıb. 2022-ci ilin yanında ona 100 min, 2023-cü ildə 200 min dollar verib: “Hər şey yaxşı idi. Pul qoyub, gəlir götürürdük. Sonra Nizamini tapa bilmədim. Ona iki dəfəyə pul vermişəm. Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50 faizinin mənə çatacağı barədə söhbətimiz oldu. Nizamini Zeynal Usubovla eyni vaxtda tanımışam. Verdiyim 100 min dollardan 2500 dolları mənə qaytardı. Sonra hər ay 2 min dollar verirdi. Cəmi 40 min dollar verib. Mənə dəymiş 160 min dollar zərərin ödənilməsini istəyirəm”.

Zərərçəkmiş qeyd edib ki, Zeynal Usubovla biznes münasibətləri olub. Onun sözlərinə görə, Zeynal Usubovun obyektlərində işləyib:

“Mən Zeynal Usubovun avto salonlarında satıcı işləyirdim. Aylıq qazancım 3-4 min manat arasında olub”.

Zərərçəkmiş qeyd edib ki, Nizami Alışana verdiyi pulları dostlarından borc alıb: “2022-ci ilin mayında Nizamiyə verdiyim 100 min manatın 30 faizi mənim öz kapitalım olub, qalan pulu isə dostlarından borc almışam. 2023-cü ilin yanvarında verdiyim 100 min dolları isə hamısını borc almışam. Sonra borcumu qaytarmaq üçün 2024-cü ildə evimi satdım”

Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Onun ifadəsinə görə, Nizami Alişanı feysbuk sosial şəbəkəsində tanıyıb. O bildirib ki, Nizami Alişanla Zeynal Usubovla birlikdə görüşüblər: “Mən ona qazanc götürmək məqsədilə pul verirəm. Əvvəlcə mənə 2500, sonra isə hər ay 500 dollar verdi. Amma sonradan qazanc gəlmədiyi üçün pul verməkdən imtina etdi”.

Zərərçəkmiş qeyd edib ki, bu işləri görməyi, gəlir götürmək barədə Nizami Alışan təklif edib: “Dedi ki, bütün valyutaları alıb-satacaq. Deyirdi ki, yaxşı gəlir olacaq. Mən özüm isə kənardan nəzarət edirdim, işlərlə isə Nizami məşğul olurdu. İşlərlə bağlı bizə də məlumat verirdi”.

Nizami Alişan sərbəst ifadəndə bildirib ki,  xarici valyuta bazarlarında işləyib: “İstənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən invest.az fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı bloggerlik edirəm. Analitik yazılar, xarici birjalarla bağlı sosial şəbəkələrdə paylaşımlar etmişəm. 10 mindən artıq izləyəcim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərə Türkiyədə xeyli pul qazandır. Biz orda qızıl və türk lirası ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz puludur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar pul verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar pul verdim. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar pul verdim. Sonradan Babək 400 min dollar pul göndərmək istədiyini, Zeynal adlı dostunu da qoşmaq istədi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar pul verirdim. Lakin Babək deyirdi ki, pul azdır. Babək artıq üstümə gəlirdi. Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O 900 min dollarını istədi mən isə ona dedim ki, o pulu çoxdan qaytarılıb. 2020-ci ildən 2023-cü il ərzində 2 -3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta dedi ki, 900 min dolları və üstündə 3-4 aylıq faizini tələb etdi. Sonradan məndən şikayət etdi, tutuldum. Mənə fiziki və psixoloji təzyiqlər etdilər. Məni həbs etdirdilər”.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər. Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi. Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğənninin qızı Günellə evlənib.

Növbəti proses iyunun 23-də davam edəcək.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri