“Ona zəng etdim, qan tökülməsi dayandı” Netanyahu
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Suriya Prezidenti Əhməd Əl Şaraa ilə “sərt telefon danışığı” apardığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, İsrail hökumət başçısının sözlərini “Times of Israel” nəşri yayıb.
Siyasətçinin sözlərinə görə, bu danışıqdan və Dəməşqdəki prezident sarayı ilə Baş Qərargah binasına endirilən zərbələrdən sonra Suriya hakimiyyəti ölkədə yaşayan druzlara qarşı hücumları dayandırıb:
“Dəstəyi götürüb Əl Şaraaya zəng etdim. Bu, çox qısa və sərt bir söhbət oldu və qan tökülməsi dayandı. Druz qardaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyəm. Hələ görüləsi çox iş var, hər şeyi danışa bilmərəm”.
Qeyd edək ki, bundan əvvəl Netanyahu və ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni əməliyyatın keçirilə biləcəyini istisna etməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Oktyabr 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















