One Saint Martin Assosiasiyasının prezidenti: Müstəmləkə şəraitində yaşamağımız bilavasitə BMTnin məsuliyyətidir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"2010-ci ilin oktyabrında Sen Martin ərazisi sözdə muxtar əyalət elan edilsə də, əslində bu qərarla müstəmləkəçilik de-yure təsdiq olunurdu".
APA xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans zamanı təqdimatla çıxış edən "One Saint Martin" Assosiasiyasının prezidenti Rhoda Arrindell deyib.
O, adanın 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalına məruz qalması nəticəsində ada xalqına və onun ictimai-siyasi həyatına külli miqdarda ziyan vurulduğunu bildirilib:
"1994-cü ildə Fransa ilə Niderland arasında Sen Martin sərhəddə birgə nəzarətin həyata keçirilməsi barədə razılaşma imzalandı. Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb. 2010-ci ilin oktyabrında Sen Martin ərazisi sözdə muxtar əyalət elan edilsə də, əslində bu, müstəmləkəçiliyin de-yure təsdiqi idi. Bizim indiyədək müstəmləkə şəraitində yaşamağımız bilavasitə Birləşmiş Millətlər Təşkilatının məsuliyyətidir. Həm Niderland hökuməti, bu hökumətin baş naziri və Parlamenti beynəlxalq ictimaiyyətin adaya müstəqilik verilməsi ilə bağlı bütün çağırışlarını rədd edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















