Icma.az
close
up
RU
Onkoloji xəstəliyə düçar olan qazidən Prezidentə açıq məktub

Onkoloji xəstəliyə düçar olan qazidən Prezidentə açıq məktub

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Qarabağ qazisi və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov Prezident İlham Əliyevə müraciət edərək, sağlamlıq durumu ilə bağlı yardım göstərilməsini xahiş edib.
Məktubda qeyd olunur ki, Arif Məhərrəmova boğaz xərçəngi (onkoloji xəstəlik) diaqnozu qoyulub və xəstəliyin irəliləməsinin qarşısını almaq üçün onun müasir tibbi avadanlıqlarla təchiz olunmuş xarici klinikada müalicə alması tövsiyə olunub. Lakin yüksək müalicə xərcləri səbəbilə bu prosesi şəxsi vəsaiti hesabına qarşılamaq mümkün deyil. O, Prezident İlham Əliyevdən xaricdə müalicəsinin təşkil olunması və müvafiq xərclərin qarşılanmasında dəstək göstərilməsini rica edib. Məktubu təqdim edirik:
“Möhtərəm cənab Prezident, İlk növbədə, Azərbaycan xalqının rifahı, dövlətimizin güclənməsi və torpaqlarımızın azadlığı uğrunda gördüyünüz əvəzsiz xidmətlərinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizin rəhbərliyiniz altında Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrəti gündən-günə artır, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı bütün xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Mən, Qarabağ müharibəsi qazisi, eyni zamanda Çeçenistan Respublikasının Milli Qəhrəmanı Arif Məhərrəmov, bu gün Sizə müraciət edərək sağlamlıq durumumla bağlı mənə yardım göstərməyinizi xahiş edirəm. Bir müddət əvvəl mənə boğaz xərçəngi (onkoloji xəstəlik) diaqnozu qoyulmuşdur. Müalicə prosesinin davam etdirilməsi və xəstəliyin daha da irəliləməsinin qarşısının alınması üçün təcili şəkildə müasir tibbi avadanlıqlarla təchiz olunmuş ixtisaslaşmış xarici klinikalarda müalicə almağım tövsiyə olunmuşdur. Təəssüf ki, müalicə xərcləri yüksək olduğundan bu imkanları öz şəxsi vəsaitim hesabına qarşılamam mümkünsüzdür. Bu səbəbdən, Sizdən – xalqın Ali Baş Komandanı və himayədarı kimi – xaricdə müalicəmin təşkil olunmasında və müvafiq xərclərin qarşılanmasında mənə dəstək göstərməyinizi xahiş edirəm. Qarabağda və müxtəlif hərbi əməliyyatlarda vətənim uğrunda canımı əsirgəmədiyim kimi, bu gün də dövlətimizə, xalqımıza və Sizə sonsuz inamla yaşayıram. Möhtərəm cənab Prezident, bu müraciətimi nəzərə alacağınızı və sağlamlığıma qovuşmaq üçün mənə yardım göstərəcəyinizi böyük ümidlə rica edirəm. Əvvəlcədən dərin təşəkkürümü bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri