Icma.az
close
up
RU
Onlar çalışır ki, belə informasiyalar yayılmasın

Onlar çalışır ki, belə informasiyalar yayılmasın

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son illər xüsusilə Bakı kəndlərində qəbiristanlıqlarda bahalı baş daşları, mərmər örtüklər və xüsusi dizaynlı məzarların sayı sürətlə artır. Bəzi hallarda bir qəbirin hazırlanmasına minlərlə, hətta on minlərlə manat xərcləndiyi bildirilir. Digər tərəfdən isə qəbir yerlərinin qeyri-rəsmi şəkildə satılması, qiymətlərin süni artırılması və vasitəçilərin bu sahədən qazanc əldə etməsi ilə bağlı iddialar tez-tez gündəmə gəlir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə “yasın da dəbdəbəsi yaranıb” fikri daha çox səslənməyə başlayıb. Bütün bunlar həm mənəvi, həm də sosial baxımdan ciddi suallar doğurur.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, istehlakçı hüquqlarının qorunması məsələsi ölkədə yaxşı vəziyyətdə deyil:
“Azad İstehlakçılar Birliyinin 30 il ərzində zəif fəaliyyət göstərməsinin nəticəsidir ki, bu gün hətta vəfat etmiş insan üçün də pul tələb olunur. Bu, tamamilə anormal vəziyyətdir. Hazırda cəmiyyətin təxminən 90 faizi yas düşdüyü zaman hara müraciət etməli olduğunu bilmir. İnsanlar birbaşa qəbiristanlığa gedirlər və orada onları alverçilər qarşılayır. Mənim başıma gələn hadisə olub. Təxminən 6 il əvvəl ailə üzvlərimizdən biri vəfat etmişdi. Həmin vaxt mənə bir qəbir yerini 7000 manata təklif etdilər. Elə insanlar var ki, onların artıq qəbir yerləri olur və sonradan onları satırlar. O zaman mənə çox təmənnasız şəkildə, tanımadığım bir şəxs Sabail Rayon İcra Hakimiyyətinin müavini Xalidə xanım böyük insanpərvərlik göstərərək kömək etdi. Həmin hadisədən sonra gördüm ki, qəbiristanlıq məsələsi həqiqətən çox müşkül məsələdir. Əsas problem insanların informasiyasız olmasıdır. İnsanlar bilmirlər ki, belə vəziyyətdə necə hərəkət etməlidirlər, kimə müraciət etməlidirlər. Çünki bu məlumatlar ictimaiyyətə çatdırılmır. Qəbiristanlıq alverçiləri bu informasiyanın yayılmasını istəmirlər ki, insanlar hansı qaydada müraciət etməli olduqlarını bilməsinlər. Əlbəttə, insanların qohumlarının eyni qəbiristanlıqda dəfn olunmasını istəməsi normaldır. Bu, başqa ölkələrdə də mövcud olan ənənədir. Amma düşünürəm ki, bu məsələdə əsas məsuliyyət bələdiyyələrin üzərinə düşür. Bələdiyyələr açıq məlumat verməli, seçicilərlə görüş keçirməli və insanlara izah etməlidirlər ki, belə hallarda hansı addımlar atılmalıdır”.
O deyib ki, qəbir daşları ilə bağlı ölkədə müəyyən standartlar qəbul olunsa da, buna əməl edən yoxdur. Məncə, vahid standart tətbiq olunsa, daha yaxşı olar:
“Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərmiş məşhur və xeyirxah iş adamlarından birinin qəbrini sosial şəbəkədə gördüm. Çox sadə qəbir idi. Bu qədər imkanlı bir insanın sadə qəbir seçməsi çox normal və nümunəvi yanaşmadır. Hesab edirəm ki, bu istiqamətdə təbliğat aparılmalıdır. Xüsusilə din xadimləri, müəllimlər və ictimai şəxslər insanları təmtəraqlı qəbir daşlarından uzaq durmağa çağırmalıdırlar. Azərbaycandakı qəbiristanlıqların əsas problemlərindən biri də səliqəsizlikdir. Hətta yeni salınan qəbiristanlıqlarda belə qayda-qanun gözlənilmir. Məsələn, yaxın günlərdə Sabirabad rayonunun Nəsimi kəndində qəbiristanlıqda oldum. Böyük və gözəl bir ərazi ayrılıb, amma ortada heç bir səliqə-sahman yoxdur. Hər kəs istədiyi yerdə dəfn həyata keçirir. Düşünürəm ki, bələdiyyələr bu sahəyə ciddi nəzarət etməli və qayda yaratmalıdır. Mən hesab edirəm ki, Azərbaycan qəbiristanlıqları dünyanın ən səliqəsiz qəbiristanlıqları sırasındadır. Əlbəttə, çox bahalı və dəbdəbəli qəbirüstü abidələrin olduğu qəbiristanlıqlar da görmüşəm. Məsələn, İspaniyada çox təmtəraqlı bir qəbiristanlıq görmüşdüm. Düzdür, artıq həmin qəbiristanlıq tarixə çevrilib. Hazırda bəzi Avropa ölkələrində ailə qutuları tətbiq olunur, insanın nəşi yandırılır və külü həmin qutularda saxlanılır. Mən istəmərəm ki, Azərbaycanda belə ənənə formalaşsın. Azərbaycanın öz milli və dini adətləri var. Bir sözlə, hökumət və bələdiyyələr qəbiristanlıqlarda olan rüşvətxorluğa və qəbir yeri alverinə son qoymalıdır. Mən bu yaşa çatmış bir insan, üstəlik ictimai şəxs olduğum halda belə, bu gün dəqiq bilmirəm ki, yas düşəndə insan hara müraciət etməlidir və hansı prosedurla hərəkət etməlidir. Bu informasiyasızlığa son qoyulmalıdır ki, qəbiristanlıq alverçilərinin və bəzi müdirlərin qanunsuz fəaliyyətinə də son verilsin”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri