Icma.az
close
up
RU
Onlar çox çalışsalar da, az pensiya alacaqlar İqtisadçıdan AÇIQLAMA

Onlar çox çalışsalar da, az pensiya alacaqlar İqtisadçıdan AÇIQLAMA

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Pensiya almaq məsələsi həmişə müzakirələrə səbəb olur. Xüsusən rəsmi iş yeri olmadan çalışanlar, əmək haqlarını yarı-yarı prinsipi ilə alanlar yekunda pensiya məbləğlərindən narazı qalırlar. Eləcə də, pensiyaların valideyndən övlada ötürülməməsi də insanları gileyləndirən məsələlərə daxildir.

İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, maaşların tam rəsmiləşdirilməməsi pensiya məbləğinə ciddi təsir edir:

"Pensiya sistemi əsasən sığorta prinsiplərinə söykənir. Yəni vətəndaşın ödəyəcəyi sosial sığota haqları ilə alacağı pensiya arasında birbaşa əlaqə var. Pensiya vətəndaşın fərdi hesabında toplanır və kapitala çevrilir. Pensiya məbləği fərdi hesabda toplanan kapitala, sığorta stajına və mövcud qanunvericiliyə uyğun hesablanır. Prinsip etibarı ilə bu, düzgün model hesab olunur və müasir yanaşmalara uyğundur.

Problem pensiyanın hesablama mexanizmində yox, əmək bazarının strukturunda - kölgə məşğulluğu, maaşların tam rəsmiləşdirilməməsindədir. Bu isə öz növbəsində insanların pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir. Beləcə, vətəndaşlar nəticədə daha aşağı məbləğdə pensiya alırlar.

Bəs görəsən, pensiyaların indeksləşdirilməsi mexanizmi maaşlara da tətbiq oluna bilər? Bu realdır?

Pensiyaların indeksləşdirilməsi məsələsi hər il qaldırılır, çünki bu, sosial müdafiə baxımından vacibdir. Bu il pensiyalar 9,3 % indeksləşdirildi. 2025-ci ildə orta aylıq əmək haqqının artım dinamikası 9,3 %-ə bərabər olduğu üçün indeksləşdirmənin faiz göstəricisi də ona bərabər hesablandı. Bu, insanların iqtisadi baxımdan rifahları üçün çox önəmli addım idi.

9,3 faizlik artım dinamikasının maaşlara tətbiq olunması isə real mexanizm deyil. Ona görə ki, pensiyaların indeksiya faizi orta aylıq əmək haqlarının artımına görə müəyyənləşib. Yəni, orta aylıq əmək haqqı nə qədər artırsa, pensiyalara da o faiz əlavə olunur. Əmək haqlarının artırılması isə tamamilə fərqli mexanizmdir. Dövlət və özəl sektorlarda hesablanma qaydası fərqlidir. Maaşlara minimum əmək haqqının artırılması təsir edə bilər. Bu da 2027-ci ildən etibarən bir ildən az olmayan müddətdə artırılacaq".

Pensiyaya çıxmasına 1 ay qalmış dünyasını dəyişən adamın da kapitalını istifadə etmək olmur.

E.Əmirov vurğulayıb ki, ən çox müzakirələrə səbəb olan pensiya kapitalının valideyndən övlada ötürülməməsi məsələsidir:

“Bu mövzuda əsas müzakirələrdən biri insan hətta pensiyaya çıxmağa 1 ay qalmış belə, dünyasını dəyişdikdə kapitaldan onun varislərinin birbaşa istifadə edə bilməməsidir. Düzdür, həyat yoldaşı öz pensiyasından imtina edərək, vəfat etmiş ərin pensiyasından istifadə edə bilir. Amma hər iki şəxs həyatda yoxdursa, onların övladları bu kapitaldan istifadə edə bilmir. Eləcə də, həyat yoldaşının pensiyası dünyasını dəyişəninkindən çoxdursa, o zaman da həmin kapitaldan istifadə etmək olmur. Düşünürəm ki, ən müzakirəyə açıq olan məsələ heç olmasa toplanan kapitaldan istifadə etməklə bağlıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri