Icma.az
close
up
RU
Onlar da YAP dan çıxarılacaq

Onlar da YAP dan çıxarılacaq

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Bu günlər hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi.

21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.

Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı. 

“Yeni Sabah” bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə YAP-ın qurulmasının 33 illiyinə həsr olunacaq toplantı keçiriləcək. Toplantıda son vaxtlar YAP ətrafında cərəyan edən bir sıra qalmaqallı məsələlərə də toxunulacağı bildirilir.

Söhbət korrupsiya hüquqpozmaları və vəzifə cinayətlərinə görə saxlanılan icra başçıları və dövlətə xəyanət kimi ağır cinayətdə təqsirləndirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələlərdən gedir. Həm saxlanılan icra başçıları, həm də akademik Ramiz Mehdiyev YAP üzvü olaraq qalırlar ki, bu da partiya daxilində mühüm ziddiyyət kimi qiymətləndirilir, eyni zamanda onun siyasi reputasiyasına zərbə vurur.

Partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, Ramiz Mehdiyev partiyadan, o cümlədən Veteranlar Şurasından çıxarılacaq. Bu isə məhkəmə qərarı veriləndən sonra gerçəkləşəcək.

İttihamlar ciddidir: Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətinin ələ keçirilməsi), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolla əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Ramiz Mehdiyevin partiyadan və Veteranlar Şurasından uzaqlaşdırılması tələbi YAP daxilində “təmizləmə” siqnalı ola bilər. Bu, partiyanın imicini qorumaq üçün atılan addım kimi anlaşılır: ittiham olunan şəxslərin hələ mövcud strukturlarda qalmasının partiyaya mənfi təsir edə biləcəyi düşünülür.

Bu səbəbdən də Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından kənarlaşdırılacaq yeganə üzv olmaya bilər.

Məlumatda son vaxtlar adı akademiklə yaxın olmaqda hallandırılan daha bir neçə veteran YAP-çının da “qara siyahı”ya salındığı iddia olunur.

Bu sırada ilk növbədə “Dövlətqaçqınkom”un sabiq sədi Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun adı çəkilir.

Bundan başqa, Bakı Slavyan Universitetinin sabiq rektoru, son vaxtlar şahid qismində qalmaqallı məhkəmə işlərinə çağırılan Nurlana Əliyevanın da YAP-ın Veteranlar Şurasında saxlanılmayacağı söylənilir.

Məlumatlara görə, bu addımları atmaqla YAP həm hüquqi, həm etik prinsiplərə ciddi yanaşdığını nümayiş etdirəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri