Icma.az
close
up
RU
“Onlar kifləniblər...” Volodin Makronla Mertsi hədəf aldı, amma Trampın isə...

“Onlar kifləniblər...” Volodin Makronla Mertsi hədəf aldı, amma Trampın isə...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib ki, Rusiya iqtisadiyyatının çökəcəyini gözləyən xarici liderlər “kifləniblər” və onlara “cavab verilməlidir”.

“AzPolitika” xəbər verir ki, Duma sədri Rusiya iqtisadiyyatının canlandırılmalı olduğunu bildirərək, bunun Qərbə ən yaxşı cavab olacağlnı söyləyib: "Bizim cavabımız iqtisadi artım və sosial standartların qorunub saxlanılması və təkmilləşdirilməsi olmalıdır… Dünyada Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts kimilər daha az olacaq, çünki onlar “kifləniblər” və bizim ölkənin işığının şüaları onlara çatanda öləcəklər".

O vurğulayıb ki, “prezident tərəfindən yaradılmış” hazırkı iqtisadi model Ukraynaya qarşı müharibə və 30 mindən çox sanksiyalar fonunda “effektiv” olduğunu sübut edir. Volodin deputatları “işləməyə” çağırıb ki, Rusiyanın iqtisadi inkişafı Moskvanı tənqid edən xarici liderlərin “daha tez ölümünə, qaçmasına və siyasətdən uzaqlaşmasına səbəb olsun”.

Lakin Volodin bir gün əvvəl Rusiya iqtisadiyyatının çöküş astanasında olduğunu bəyan edən ABŞ Prezidenti Donald Trampın adını çəkməyib. Buna sübut kimi Ağ Ev rəhbəri yanacaqdoldurma məntəqələrindəki növbələri göstərib: "Bunun olacağını kim təsəvvür edə bilərdi?".

Sentyabrın ortalarında Vladimir Putin hökumətə Rusiya iqtisadiyyatındakı kəskin yavaşlamaya görə şikayətlənib. Onun sözlərinə görə, 2025-ci ilin ilk 7 ayı ərzində ÜDM cəmi 1,1% artıb: "Sual olunur: bu kifayətdirmi? Bu, istədiyimiz idi? Qarşımıza qoyduğumuz məqsədə nail olmaqda uğur qazanırıqmı? Yoxsa başqa tədbirlərə və daha sürətli tempə ehtiyacımız var?"

Eyni zamanda, Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə büdcə kəsiri kəskin şəkildə artaraq 2025-ci ildə 5,73 trilyon rubla çatıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Oktyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri