Icma.az
close
up
RU
“Onlar kimdir ki...” Pezeşkiandan sərt açıqlamalar

“Onlar kimdir ki...” Pezeşkiandan sərt açıqlamalar

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqları və Tehrana qarşı edilən hücum təhdidləri ilə bağlı sərt açıqlamalar verib. 

İlam əyalətinə səfəri zamanı çıxış edən Pezeşkian bildirib ki, İran təzyiqə boyun əyməyəcək və elmi araşdırmalardan geri çəkilməyəcək.

“Danışıqlar aparacağıq, amma zorakılığa əsla boyun əyməyəcəyik. Heç kim bizə deyə bilməz ki, ‘nüvə sahəsində araşdırma aparmağa haqqınız yoxdur’. Hüquqlarımız tanındığı müddətcə inkişaf mümkündür”, – deyə o bildirib.

Prezident vurğulayıb ki, nüvə ilə bağlı danışıqlar ölkənin ali lideri Ayətullah Əli Xameneinin müəyyən etdiyi çərçivədə aparılır və bu, İranın təzyiq qarşısında geri çəkiləcəyi anlamına gəlmir.

“Biz onların razılığını gözləyərək tibb, kənd təsərrüfatı və digər sahələrdə lazım olan maddələri ala bilmərik. Elmi araşdırma aparmaq üçün icazə almalıyıqmı? Onlar kimdir ki, bizə bütün nüvə sənayesini sökməyi əmr edirlər?” – deyə Pezeşkian sərt şəkildə bildirib.

Pezeşkian əlavə edib ki, elmi inkişafı durdurmaq mümkün deyil və ölkənin müdafiə imkanları bu sahədəki tərəqqi sayəsində artıb:“Bizə bu biliyə sahib olmamağımızı deyirlər. Qarşı çıxsaq, bizi İsraillə hədələyirlər. Amma bizim alimlərimiz raket hazırlayanda, Səddam şəhərlərimizi vura bilmədi. Raketimiz olmayanda isə hər gün hücuma məruz qalırdıq".

İran Prezidenti qeyd edib ki, ölkəsinin nüvə silahına sahib olmaq kimi niyyəti yoxdur və bu, dəyişməz dövlət siyasətidir:“Biz danışıqları başımız dik şəkildə, şərəflə aparırıq. Tək tələbimiz beynəlxalq və elmi hüquqlarımızın tanınmasıdır. Bəli, ölkəmizdə problemlər var. Amma bu məsələlər nə amerikalıları, nə ingilisləri, nə də başqalarını maraqlandırır. Biz onların daxili işlərinə qarışırıqmı?”.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyun 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri