Icma.az
close
up
RU
“Onlar məsuliyyətə cəlb olunmalı, ən sərt cəza tədbiri görülməlidir”

“Onlar məsuliyyətə cəlb olunmalı, ən sərt cəza tədbiri görülməlidir”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son zamanlar qardaş Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı qərəzli və aqressiv hücumların şahidi oluruq”​.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.

“Amma təbii ki, bu çirkin kampaniyalar nə Türkiyə dövlətinin rəsmi iradəsini, nə də türk xalqının qardaşlıq mövqeyini ifadə edir! Sarsılmaz “Bir millət, iki dövlət” birliyinə kölgə salmağı hədəfləyən bu hücumların arxasında türk adı altında gizlənən daşnak qalıqları, kənar kəşfiyyat şəbəkələri və regionda formalaşmış yeni reallığı həzm edə bilməyən anti-Azərbaycan mərkəzləri dayanır.

Bu təxribatların maliyyə mənbələri, idarəetmə mərkəzləri və problemin qaynaqlandığı konkret mənbələrin aşkarlanaraq ifşa edilməsi artıq zərurətə çevrilib. Bu məqsədlə təklif edirəm ki, strateji müttəfiqimiz olan dövlətlərlə, ilk növbədə Türkiyə ilə aidiyyəti hüquq-mühafizə və xüsusi xidmət orqanları da cəlb edilməklə parlamentlərin nəzarətində birgə Təhqiqat Qrupları formalaşdırılsın. Bu təxribatları törədənlər hüquqi məsuliyyətə cəlb olunmalı, onlara qarşı ən sərt cəza tədbirlərinin görülməsinə nail olunmalıdır. Ən azı Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin tələbidir ki, müttəfiqliyimiz yalnız diplomatik masada deyil, eyni zamanda informasiya cəbhəsində də eyni qətiyyətlə qorunmalıdır!”, - deputat qeyd edib.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmayıb: “Siz Türkiyədə “sistemli şəkildə” sözünü işlətdiniz. Orda səslənən fikirlərə sistemli şəkildə demək olmaz. Biz Azərbaycan xalqı adından buna “sistemli” deyə bilmərik”.

Nuranə Daxilqızı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Sentyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri