Icma.az
close
up
RU
“Onlar sanki yuxudakı kimi meydanda qaçdıqlarını etiraf etdilər”

“Onlar sanki yuxudakı kimi meydanda qaçdıqlarını etiraf etdilər”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həndbol üzrə Avropa kuboku turnirinin 1/32 final mərhələsində Avstiyanın “Yunion Kornoyburq” klubuna məğlub olaraq mübarizəni dayandıran “Azəryol”un baş məşqşisi Aleksandr Revva AHF-nin mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyətin səbəblərini açıqlayıb:

– Avropa kuboku turnirində Avstiya klubuna hər iki oyunda məğlub oldunuz. Həmin matçlar haqda nə deyə bilərsiniz?
– Bir məşqçi kimi ilk oyunda, xüsusən də müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi. Düşünürəm ki, rəqibimiz bizə münasib idi. Biz onlara qalib gəlməli idik. Komanda olaraq bu oyunlara hazırlaşdıq, rəqibin matçlarının videoyazısını izlədik. Onların güclü və zəif tərəflərini təhlil etdik.

– Belə olan halda məğlubiyyətin əsas səbəbi nə idi?
– Hesab edirəm ki, məğlubiyyətin əsas səbəbi ikinci hissədə komandanın çox zəif müdafiə olunması idi. Çox güman ki, oyunun gec, yəni Bakı vaxtı ilə saat 21-də keçirilməsi komandanın çıxışına mənfi təsir etdi. Bəzi oyunçular ikinci yarıda çox zəif təsir bağışladı. Onlar sanki yuxudakı kimi meydanda qaçdıqlarını etiraf etdilər. İkinci görüşümüzdən, xüsusən də həmin qarşılaşmanın ikinci hissəsindən razı qaldım. Lakin bu mərhələ adlamağımız üçün yetərli olmadı.

– Komandanın gələcək hədəfləri nədir?
– Hazırda komandanın növbəti planlarına noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri