Icma.az
close
up
RU
Onlarla həkim işsiz qaldı: “Ağ xalatımızın əynimizdən çıxarılmasına imkan verməyin...”

Onlarla həkim işsiz qaldı: “Ağ xalatımızın əynimizdən çıxarılmasına imkan verməyin...”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla diş həkimi Bakıya gələrək, yanvarın 7-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) qarşısında etiraz aksiyası keçirib. Onlar kütləvi şəkildə ixtisara salınıb, işdən çıxarılmalarına etiraz ediblər.

Bizimyol.info xəbər verir ki, həkim-stomatoloqlar ixtisarlar barədə ötən ildən məlumatlandırılıblar. Onlar bu qərarın qanunsuz olduğunu deyərək, müxtəlif qurumlara məktublar göndəriblər.

Etirazçılar bildirirlər ki, 150-200 min nəfər əhalisi olan rayonlarda cəmi 2-3 stomatoloq ştatı saxlanılıb.

Etiraz edən həkimlərdən Xavər Babayeva Yevlaxda fəaliyyət göstərir. Onun 33 ildən çox iş stajı var. Pensiya yaşına çatmasına hələ 5 il var. İşini itirməsi onu çarəsiz vəziyyətə salır:

“Rayonun 5 stamatoloqu vardı, üçünü ixtisara salıblar. Xahiş edirəm, müvafiq qurumlar, prezident, vitse-prezident bizə kömək eləsin, ağ xalatımızın əynimizdən çıxarılmasına imkan verməsinlər”.

Etirazçılarla söhbət zamanı o da məlum olub ki, qalıb işləmək istəyənlərdən dövlət tibb müəssisələrində stomatoloji kabinetlərin saxlanmasına görə aylıq ödəniş tələb olunur. Onların sözlərinə görə, regionlarda bu məbləğ bir stomatoloq üçün 1200 manat, paytaxtda isə 1800 manatdır:

“Biz onsuz da kabinetləri öz hesabımıza təmir edirdik. Dərmanları, başqa avadanlıqları öz pulumuza alırdıq. Bu qədər xərcdən sonra hələ kabinetə görə əlavə bu qədər pul ödəmək mümkün deyil”.

Hələ noyabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov stomatoloqların kütləvi ixtisarı ilə bağlı narazılıqlardan danışarkən bu qərarı xidmətin keyfiyyətinin aşağı olması ilə əlaqələndirmişdi. O bildirmişdi ki, bu məsələ aylar öncə müzakirə edilib, diş həkimlərinə ciddi xəbərdarlıq olunub:

“Deyilmişdi ki, onlar keyfiyyətin artırılması ilə bağlı ciddi işlər həyata keçirsinlər. Biz ilin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, ora bir il ərzində 1 nəfər də müraciət etmir. Demək ki, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil”.

Vüqar Qurbanov əlavə etmişdi ki, təkcə stomatoloqlar deyil, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir.

Etiraz aksiyasında iştirak edən həkimlərdən Ülkər Qazıyeva bildirib ki, Zaqatalada 22 stomatoloq vardı, onlardan 19-nu ixtisara salıblar.

Digər regionlardan olan etirazçılar da rayonlardakı diş həkimlərinin 80-90 faizinin ixtisara düşdüyünü deyirlər.

Yanvarın 7-də həkimlərin etirazından sonra TƏBİB mediaya açıqlamasında bəyan edib ki, bəzi regionlarda stomatoloqların sayı real ehtiyacı üstələyir, bu da əlavə maliyyə yükü yaranmasına səbəb olub:

“Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib.

Eyni zamanda bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərmişdir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranmışdır”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri