Icma.az
close
up
RU
Onlayn alış veriş: Müsbət və mənfi cəhətləri nələrdir?

Onlayn alış veriş: Müsbət və mənfi cəhətləri nələrdir?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan elektron ticarəti inkişaf etdirmək üçün sahibkarlar arasında onlayn satışlar istiqamətində maarifləndirmə işləri həyata keçirilməlidir. 

Bu sözləri News24.az-a açıqlamasında elektron ticarət üzrə ekspert Vasif Qəhrəmanov deyib. 

Onun sözlərinə görə, onlayn ödəmə sistemlərinin faizinin aşağı salınması və ya bu cür imtiyazların artırılması inkişafa kömək edə bilər.

“Digər məsələ isə sahibkar və satıcı tərəfindən deyil, eyni zamanda, alıcı prizmasından da diqqətlə yanaşmalıyıq. 

Nəyə görə, alıcı birbaşa mağazaya gedib məhsula fiziki şəkildə baxıb almasın, ancaq onlayn alış-veriş etsin? Buna sövq edən tərəf isə endirimlər və aksiyalardır", - deyə o əlavə edib. 

Ekspert vurğulayıb ki, müştərini onlayn alış-veriş etməyə vadar digər məsələ isə vaxta qənaət və rahatlıq hissidir. 

"Bunun üçün də logistikanı inkişaf etdirməliyik. Hazırda Azərbaycanda logistikada əsas sistem çatışmazlığı var. Ancaq Amazon kimi onlayn satış platformaları var ki, satıcının məhsulunu öz deposunda saxlayır, sifariş olunduğu zaman məhsulu çatdırır, eyni zamanda məhsulu geri qaytarır. Və bu zəncirin heç birində sahibkar özü iştirak etmir. Bu sahibkar üçün də üstünlükdür, müştəri üçün də rahatlıqdır. İndi Azərbaycanda sistem belədir ki, sifariş gəlir, sahibkar kuryer axtarır, məhsul çatdırılır, geri qayıtma olanda yenə özü iştirak edir", - deyə o qeyd edib.

Vasif Qəhrəmanov onu da bildirib ki, Azərbaycanda fulfillment sistemi ilə işləyən şirkətlər demək olar, yoxdur. 

"Ona oxşar bir neçə şirkət var, ancaq onlar da sistem kimi tam deyil. Onlar gedib məhsulu mağazadan və ya depodan götürür və müştəriyə çatdırırlar. Düzdür, sürət yaxşıdır, vaxtında çatdırılma var, yenə də sistem fulfillment deyil. Burda da müəyyən çatışmazlıqlar gündəmə gəlir. Stok şirkətin özündə deyil, sahibkarlar məhsulların siyahısını yeniləmir deyə, həmin platforma tam nəzarət edə bilmir. Ancaq fulfillment sitemi olanda daxili komanda olur ki, stoka baxan, anbara baxan, çatdırılma sisteminə nəzarət edən əməkdaşlar saat mexanizmi kimi çalışırlar”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri