Icma.az
close
up
RU
Onlayn detal alarkən aldanmamaq üçün nə etməli? FOTO

Onlayn detal alarkən aldanmamaq üçün nə etməli? FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təəssüf ki, Azərbaycan bazarında böyük həcmdə saxta ehtiyat hissələri mövcuddur. Bu əslində qlobal tendensiyadır və tam aradan qaldırılması mümkün deyil. Lakin, paralel olaraq ölkəmizdə kifayət sayda vicdanlı satıcı da fəaliyyət göstərir. Bazarın bütövlüklə saxta detallardan ibarət olduğunu iddia etmək yanlış və qərəzli olar. 
Yerli bazarda kimin keyfiyyətli, kiminsə keyfiyyətsiz detal satdığını sürücülər yaxşı bilirlər.  Real bazarda olduğu kimi, onlayn ticarətdə də həm standart, həm də saxta detal satanların sayı çoxdur. Onlayn detal alanların da sayı durmadan artır. Xüsusən də gənc sürücülər arasında. Bəs  aldanmamaq üçün nə etməli?

Avtosfer.az rusiyalı ekspertlərə istinadla xəbər verir ki, aldanmamaq üçün ilk növbədə məhsulu avtomobil və ya detal istehsalçısının saytından əldə etmək lazımdır. Demək olar bütün böyük istehsalçılar onlayn satış həyata keçirir.

Sifariş verilən detalın nömrəsinin orijinal detalla və maşının VİN kodu ilə uyğunluğunu yoxlamaq zəruridir. “Analoq” adı ilə təklif edilən detallardan isə ümumiyyətlə qaçmaq lazımdır. Orijinal detalların qablaşdırması, üstündəki yazılar aydın və yüksək keyfiyyətli olur. Saxta detallarda isə bunu görə bilmirik.
Onlayn satıcının reputasiyası da vacib amildir. Əgər hansısa satıcıdan kütləvi şikayət gəlirsə, vəziyyət məlumdur.

Bir klassik qaydanı da unutmaq olmaz. Satıcı orta bazar qiymətindən daha aşağı qiymət təklif edirsə, deməli keyfiyyət məlumdur. Bu qayda bəşər övladları arasında iqtisadi münasibətlər qurulduğu dövrdən dəyişmir.

Bir də, onlayn satış platformalarında “anbarı boşaltmaq”, “qalıq detalları aşağı qiymətə satmaq” kimi elanlara qətiyyən inanmaq olmaz. Avtomobil detalı geyim əşyası deyil ki, 1 mövsüm sonra dəbdən düşsün və yenisi ilə əvəzlənsin.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 İyul 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri