Icma.az
close
up
RU
Onlayn məhsul alanların NƏZƏRİNƏ

Onlayn məhsul alanların NƏZƏRİNƏ

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Vətəndaşlar internet üzərindən alqı-satqı həyata keçirərkən ilk olaraq satıcı barədə zəruri məlumatları əldə etməlidirlər. Belə ki, müvafiq satıcı barəsində şikayətlərin olub-olmamasına, həmin onlayn mağazadan daha öncə alış-veriş etmiş istehlakçıların rəylərinə diqqət yetirilməsi vacibdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov bildirib.

Agentlik rəsmisi əlavə edib ki, istehlakçılara satıcının əlaqə məlumatlarının (telefon, elektron poçt ünvanı və s.) paylaşılmadığı satış platformalarından alış-veriş etməmələri məsləhət görülür:

"Elektron ticarət zamanı alıcı və satıcı arasındakımüqavilə elektron sənəd formasında bağlanılır. Müqavilənin şərtləri dəqiq və başa düşülən şəkildə tərtib edilməlidir. Mal alarkən müqavilənin bütün şərtlərini diqqətlə nəzərdən keçirmək və bundan sonra alqı-satqını həyata keçirmək lazımdır.

"Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa görə, satıcının əsas öhdəliklərindən biri alıcıların zəruri məlumatlarla tanış olmasına imkan yaratması ilə bağlıdır.

Belə ki, satıcı özü barədə aşağıdakı zəruri məlumatları alıcılara təqdim etməlidir:

- hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;

- əlaqə məlumatları;

- satıcının qeydiyyatda olduğu reyestrin adı, qeydiyyat nömrəsi və digər identikləşdirmə məlumatı;

- sahibkarlıq fəaliyyətinə xüsusi razılıq tətbiq olunan halda belə razılığın olması barədə məlumat;

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

- malların, xidmətlərin və işlərin qiymətinə verginin və çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat;

- ödənişlərin POS-terminal, internet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar.

Elektron ticarət zamanı əksər hallarda ödəniş sifarişin verildiyi anda həyata keçirilir. Ödəniş tamamlandıqda istehlakçıya qəbz və ya ödənişi təsdiq edən başqa bir sənəd təqdim edilməlidir. Bəzi hallarda istehlakçılar ödənişi öz bank kartlarından başqa bir şəxsin bank kartına (card to card) köçürməklə edirlər. Lakin nəzərə alınmalıdır ki, belə ödənişlər malla bağlı hər hansı problem yarandığı halda istehlakçının satıcıya müraciət etməsini və hüquqlarının qorunmasını çətinləşdirir.Həmçinin bu cür əməliyyatlar satıcı tərəfindən vergi qanunvericiliyinin pozulmasına səbəb ola bilər və qanunvericilikdə buna görə məsuliyyət tədbirləri müəyyən edilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:501
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri