Icma.az
close
up
RU
Onlayn ticarətə təzyiqlər artır: Ekspertdə KONKRET

Onlayn ticarətə təzyiqlər artır: Ekspertdə KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İndi də onlayn ticarətin üzərinə getmək istəyirlər, xaricdən sifarişlərin artmasından, insanların daha ucuz və keyfiyyətli malları internet üzərindən almağa öyrəşməsindən narahatdırlar. Elektron ticarətin genişlənməsi guya hüquqpozma yaradır. Bəs bu hüquqpozma nədir, kimin hüquqları pozulur? 21-ci əsrdə yaşayırıq, elektron ticarət dövrüdür, indi siz kimin marağını qoruyursunuz – əhalinin, yoxsa mərkəzdəki mağazaların?”

KONKRET.az xəbər verir ki, bu sözləri Natiq Cəfərli deyib. O, onlayn ticarətə qarşı son dövrlər artan tənzimləmə təşəbbüslərini və gömrük sahəsində sərtləşdirilən qaydaları tənqid edib.

Cəfərli bildirib ki, taksi sektorunda olduğu kimi, hökumətin müdaxilələri nəticəsində vaxtilə rəqabət hesabına ucuzlaşan xidmətlər bahalaşıb və indi eyni proses elektron ticarət sahəsində də müşahidə olunur. Onun sözlərinə görə, vaxtilə taksi bazarında rəqabət qiymətləri aşağı salmışdı, lakin tənzimləmələrdən sonra qiymətlər artdı. İndi isə oxşar yanaşma online ticarətə tətbiq olunur.

İqtisadçı ekspert qeyd edib ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı-nın “elektron ticarətin genişlənməsi hüquqpozma sayını artırır” fikri ciddi suallar doğurur. Onun fikrincə, internet üzərindən edilən sifarişlər əsasən şəffafdır, ödənişlər rəsmi sistemlər üzərindən aparılır və burada kütləvi hüquq pozuntusundan danışmaq real əsaslara söykənmir.

Natiq Cəfərli vurğulayıb ki, əhali son illər online platformalar vasitəsilə daha ucuz və keyfiyyətli məhsullar almağa başlayıb və bu, insanların ailə büdcəsinə qənaət etməsinə imkan verir. Lakin hazırkı tənzimləmə siyasəti bu imkanları məhdudlaşdırmağa yönəlib. Onun sözlərinə görə, məqsəd istehlakçını qorumaq deyil, ənənəvi ticarətlə məşğul olan və əsasən iri məmurlara məxsus mağaza və ticarət mərkəzlərinin maraqlarını müdafiə etməkdir.

Ekspert qeyd edib ki, dünyanın bütün ölkələrində ənənəvi ticarət elektron ticarət qarşısında geri çəkilir və bu, bazar iqtisadiyyatının normal inkişaf mərhələsidir. Onun fikrincə, fiziki mağazalar yeni şəraitə uyğunlaşmalı, rəqabət aparmağı öyrənməlidir, bazarı süni yollarla qorumaq düzgün deyil.

Cəfərli bildirib ki, son bir ildə xaricdən edilən sifarişlərin çatdırılma xərclərinin artması, tariflərin yüksəldilməsi və həcm məhdudiyyətlərinin tətbiqi təsadüfi deyil. Onun fikrincə, bu addımlar daxili bazarda müəyyən qrupların maraqlarını qorumaq məqsədi daşıyır. İqtisadçı hesab edir ki, iri vəzifəli şəxslərin sahib olduğu ticarət obyektlərinin boş qalması, icarə və satışdan gəlirlərin azalması bu qərarların əsas səbəblərindən biridir.

REAL Partiyasının sədri, iqtisadçı ekspertin sözlərinə görə, onlayn ticarətdə qiymət artımının səbəbi nə istehsalçılar, nə də çatdırılma şirkətləridir. Qiymətlərin bahalaşması əsasən Azərbaycanda tətbiq olunan tariflər, sərtləşdirilən gömrük qaydaları və əlavə rüsumlarla bağlıdır.

O vurğulayıb ki, elektron ticarətin məhdudlaşdırılması əhalinin rifahına mənfi təsir göstərir, bazarda rəqabəti zəiflədir və uzunmüddətli perspektivdə iqtisadi inkişafı ləngidir. Cəfərlinin fikrincə, hökumət online ticarəti sıxışdırmaq əvəzinə, şəffaf qaydalar yaratmalı, rəqabətli mühiti dəstəkləməli və istehlakçı maraqlarını əsas prioritet kimi qəbul etməlidir.

Sonda ekspert qeyd edib ki, müasir dövrdə elektron ticarət artıq alternativ deyil, iqtisadiyyatın əsas tərkib hissəsidir və onun qarşısını inzibati yollarla almaq mümkün deyil. Bu sahəyə qarşı sərt müdaxilələr isə yalnız qiymət artımına və əhalinin narazılığına səbəb olacaq.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Fevral 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri