Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Onu şirnikdirdim dərhal əyildi... Con Miltonun İblisi niyə cəlbedicidir?

Onu şirnikdirdim dərhal əyildi... Con Miltonun İblisi niyə cəlbedicidir?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

9 dekabr tanınmış ingilis şair Con Miltonun doğum günüdür.

Kulis.az bu münasibətlə Ülviyyə Səfərovanın "Con Miltonun "İtirilmiş cənnət" əsərində demon obrazı" yazısını təqdim edir.

Con Milton hələ gənc yaşlarından ingilis xalqını mədh edən dini xarakterli, epik poema yazmağı qarşısına məqsəd qoymuş, lakin ictimai-siyasi sferada üzləşdiyi müəyyən hadisələrin nəticəsi olaraq bu istəyinə yaradıcılığının son dövrlərində nail ola bilmişdir.

Dünyanın ən qədim dastanları Qurtuluş, yoxsa məhv? - Dibsiz və üfüqsüz qaranlığın rəqsi Azərbaycan maarifçiliyinin gizli memarı - Ona niyə qəzet açmağa icazə vermədilər?

On iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət “İtirilmiş cənnət” əsərini yazarkən müəllif bibliya əfsanələrindən bəhrələnmişdir. Bu səbəbdəndir ki, tədqiqatçılar poemanı tədqiq edərkən inqilab pərdəsi altında təsvir olunan tarixi ümumiləşdirməni nəzərə almadan əsəri “dini epopeya” hesab etmişlər. “Poemada təsdiq olunur ki, bəşəriyyətin ağır, daşlı-kəsəkli yolu labüd şəkildə ictimai inkişafa aparır”.
Poema İblisin məğlubiyyətdən sonra “Velzevul” adıyla tanınan əzəli və əbədi dostu ilə qurduğu dialoqla başlayır. O, Ulu Yaradana qarşı çıxaraq uğradığı məğlubiyyətdən nəinki peşman olmamış, hətta qəzəbi və nifrəti daha da alovlanmışdır. Bu səbəbdəndir ki, o “üsyankar ruhların qoşunları”nı “ Uca Qadir”ə qarşı ayağa qaldırmaqla öz şərəfini və qürurunu mühafizə etmək qərarına gəlir: "Yox, mən əyilmərəm, yox mən bilmərəm,/ Tövbə nə olan şey, peşmanlıq nədir, /Ondansa şəfəqim sönsə yaxşıdır..."
İctimai-siyasi həyatda qarşılaşdığı bəzi hadisələr müəllifin psixologiyasında iz qoymuş və nəticədə onu şər qüvvələrin əbədi rəhbəri olan İblis obrazını yaratmağa sövq etmişdir. “Bu obrazın başlıca səciyyəsi azadlıq yanğısıyla hər şeyi itirən İblisin şərə necə qovuşması, süqutundan qürur duyması və cəhənnəmin girdablarında mərəkə (pandemonium) qurması, oradan göylərə hədələr göndərməsidir”.
Bədii ədəbiyyatda demon və demonlaşmış obrazların təsvirinə bir çox dünyaca məhşur yazıçıların əsərlərində rast gəlmək olar.

Məsələn, Alman yazıçısı Höte “Faust” əsərində yaratdığı İblis obrazını Mefistofel, Bayron “Qabil” əsərində Lütsifer, Milton “İtirilmiş cənnət” əsərində məhz İblis adlandırmışdır. Lakin adları sadalanan yazıçıların təsvir etdiyi demon obrazlarının isimləri müxtəlif olsa da, onların amalı, xisləti birdir; insanı nəfsinə qul edərək öz iradəsinə tabe etmək, onun qəlbinə hakim olaraq Yaradana özünün qüdrətini sübut etmək.

Xeyir və Şər arasındakı qarşıdurma haqqında rəvayətləri Con Milton Bibliyadan götürmüşdür. Bir puritan kimi o, həyatda daim xeyir və şər qüvvələri arasında baş verən mübarizəni izləmiş və gəldiyi qənaətlərə əsasən “İtirilmiş cənnət” əsərində simvolik olaraq Allah və İblis obrazlarını yaratmışdır.

İnsan obrazını – Adəmi isə bu iki varlıq arasında seçim etmək üçün əsərə daxil edir, onun timsalında xeyirin və yaxud şərin ardınca gedəcək insanların seçimini göstərməyə çalışır. “Puritan üçün həm İblis, həm də Adəm Allaha qarşı günah işlətməkdə eyni dərəcədə günahkardırlar. Lakin Milton insanla İblis arasında qəti fərq qoyur. İblis paxıllıqdan və qürurdan Allaha qarşı üsyan qaldırırsa, Adəm insan naminə, sevgi naminə Allaha asi olur”.
Əsərdə Milton Yaradanı varlığın başlanğıcı kimi mədh etmişdir. İblis isə şər qüvvələrin hökmdarı kimi öz çirkin məqsəd və məramını həyata keçirmək üçün yaradılmış mifik obraz kimi təsvir olunmuşdur.

Bibliyada olduğu kimi, “İtirilmiş cənnət”də də İblis Adəm və Həvvanın həyatında faciəvi dönüş nöqtəsi yaradır. O, Həvvanın qulağına fısıldadığı sözlərlə onu uca Qadirin qoyduğu qadağaya məhəl qoymamağa və “İdrak ağacı”nın meyvəsindən yeməyə təhrik edir: "Ölümdən qorxmayıb Xeyiri, Şəri, / İnsan dərk etməyə addım atarsa, / Niyə bundan ötrü Tanrı coşurmuş? Dərk etmək xeyiri ədalətlidir..."
İblisin ilan cildinə girərək öz natiqlik bacarığı ilə gah odlu-alovlu, gah da incə bir siyasətlə söylədiyi nitqi sonda Həvvanı itaətdən çıxmağa və yasaq olunmuş meyvənin dadına baxmağa inandıra bilir: "Haqqa, ədalətə qalarsa əgər, / Cəza verə bilməz Tanrı sizlərə. / Yox, əgər verərsə, O, haqlı deyil, / Haqsız Tanrı olmaz bilin bir kərə!"


İblisin fitnə-fəsadından qurtula bilməyən cənnətin daimi sakinləri Tanrı qəzəbinə düçar olaraq cənnətdən yer üzünə qovulur. Bununla da Adəm və Həvvanın cəzası bitmir, onların ölümsüzlüyü də etdikləri günahın cavabı olaraq Tanrı tərəfindən götürülür: "Odur ki, süquta məhkumdur insan, /Heç nəylə yuyammaz xəyanətini; /Həm onu, həm ondan törəyənləri /Ölüm izləyəcək həmişə yəni..."
Əsərdə müəllif səmavi kitablarda qeyd olunduğu kimi, Adəm və Həvvanın cənnətdən qovulmasının səbəbkarı olaraq İblisi günahlandrır. Lakin İblisin məkrli əməllərinin qurbanı olan İnsan məgər bütün baş verənlərdə günahkar deyildimi?

Cənnətlə müjdələnmiş, hər cür dərddən, qüssədən uzaq xoşbəxt və firavan ömür sürən bu ilk cütlüyün Tanrı hökmündən çıxmasında, onun iradəsinə və hökmünə qarşı gəlməsində bütünlüklə İblisi günahlandırmaq doğru olmazdı. Əgər Tanrı istəsəydi, İblisin cənnətə daxil olmasının, Adəm və Həvvanın qəlbini öz məkrli əməlləri ilə ələ almasının qarşısını ala bilərdi. Lakin Tanrı onlara iradə azadlığı bəxş etmiş, doğrunu yalnışı müəyyən etməyi onların öz öhdəsinə buraxmışdı.

Poemada baş vermiş bu hadisələrdə özlərini qismən günahkar hesab edən Gözətçi Mələklər cənnətin qapılarını lazımınca mühafizə etmələrini, öz işlərində ayıq-sayıq olduqlarını sübut etmək üçün göylərə üz tutduqda Tanrı bu işdə onların qəbahətinin olmadığını bildirir: “Tanrı onlara bəraət verir və bildirir ki, İblisin cənnətə soxulmasının qarşısını almaq hökmü onlara verilməmişdi”. İnsan iradə zəifliyi nümayiş etdirmiş və bundan istifadə edən Cəhənnəm Şahı sonda məqsədinə yetişmişdi.

Əsərdə şair İblisin dili ilə onun qələbə sevincini bu cür ifadə edir: "Bizim məğlubiyyət hesabına o, / Sonsuz xoşbəxt idi, firavan idi. / Haqqın yasağını pozmaqdan ötrü / Onu şirnikdirdim – dərhal əyildi..."
“İtirlimiş cənnət” əsəri ilk nəzərdə oxucusunda sırf dini mövzuda yazılmış əsər təəssüratı yarada bilər. Lakin burada müəllifin yaşadığı dövrün siyasi-ictimai hadisələri ilə bağlı şəxsi düşüncələri də əks olunmuşdur.

Şairin bu əsəri yazmasında ingilis-burjua inqilabının məğlub nəticələri də öz təsirini buraxmışdır. Burada şairin oxucusuna çatdırmaq istədiyi ideyalardan biri də odur ki, bəşər nəslinin addımladığı həyat yolu nə qədər çətin və məşəqqətli olsa da, o, bu yolla təkmilləşərək inamla, cəsarətlə addımlağa qadirdir.

Milton İlahi nüfuzun qüdrəti qarşısında üsyankar İblisin və asi insanların gücsüz olduğunu ön plana çəkir, bununla da irtica əleyhinə üsyana yox, mənəvi və əxlaqi təkamülə, mənəvi qüvvələrin bir yerə toplanmasına çağırır. Poemanın inqilabi ruhu, şairin irtica əleyhinə inqilabi düşüncələri İblis obrazında cəmləşmişdir.


Dini ədəbiyyatlarda qiyamçı, Yaradanına qarşı çıxan şər qüvvə - İblisdən fərqli, Con Miltonun “İtirilmiş cənnət” əsərində demon obrazı “İtirilmiş cənnət” əsərindəki eyni adlı obraz əsərdəki digər obrazlardan daha canlı, daha cəlbedici çıxmışdır.

Bəlkə də elə bu səbəbdəndir ki, müəllif döyüşkən, mübariz, üsyankar feodal mütləqiyyətinə qarşı çıxan xalq kütlələrinin obrazını məhz İblisin timsalında yaratmağa çalışmışdır. Əsərə başqa bir mövqedən yanaşdıqda poemanın baş obrazı kimi verilmiş İblis surətini təmamilə mənfi obraz kimi səciyyələndirmək də doğru olmazdı.

Poemanın əksər hissələrində özünün qeyri-adi gücü, qərar vermək bacarığı, əyilməzliyi ilə o, gizlənmiş və gecikmiş peşmanlıq kimi hissləri büruzə verir. Bəlkə də elə bu səbəbdəndir ki, əsəri oxuyan oxucuda bu obraza qarşı nifrət hissi oyanmır.

Dünyanın ən qədim dastanları Qurtuluş, yoxsa məhv? - Dibsiz və üfüqsüz qaranlığın rəqsi Azərbaycan maarifçiliyinin gizli memarı - Ona niyə qəzet açmağa icazə vermədilər?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:423
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri