Icma.az
close
up
RU
“Onun iki ən yaxın dostu var idi: biri mən, biri isə…” Tanınmışlar Ənvər Həsənovun bilinməyən tərəflərindən DANIŞDILAR KONKRET

“Onun iki ən yaxın dostu var idi: biri mən, biri isə…” Tanınmışlar Ənvər Həsənovun bilinməyən tərəflərindən DANIŞDILAR KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Ənvər Həsənov dünən 75 yaşında vəfat edib. Bu xəbər həm Azərbaycan xalqını, həm də kinocameəsini, eləcə də Ənvər Həsənovun səhnə dostlarını dərin kədərə qərq edib.

Aktyorun vəfatı ilə əlaqədar tanınmış incəsənət xadimi Cəmil Quliyev öz təəssuratlarını KONKRET.az-la bölüşüb.

“1965-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan film kinostudiyasında kino aktyor kursuna 600 yaxın ərizə verilmişdi. Yalnız 53 nəfər qəbul olundu. Bu insanların içində Ənvər Həsənov da var idi. O, həmin vaxtlar çox gənc idi. Eyni zamanda Fəhlə gənclər məktəbində də təhsil alırdı. Bir neçə ildən sonra bu kursları cəmi 8 nəfər bitirdi. Onların da içində Ənvər Həsənov oldu. Bu kurslarda oxuyarkən Adil İsgəndərovdan, Hüseyn Seyidzadədən, Həsən Seyidbəylidən, Kamil Rüstəmbəyov kimi görkəmli şəxslərdən dərslər alırdı. İlk dəfə o kinoda Əli Səttar Atakişiyevin “İstintaq davam edir” filmində kiçik bir epizodda rəqqas rolunda çəkilib. Bu roldan sonra kinorejissor Arif Babayev onu “İnsan məskən salır” bədii filminə rejissor köməkçisi kimi yanına götürüb və gənc aktyorun həmin filmdə aldığı təcrübə sonralar onun rejissor fəaliyyətinə dəstək olub. İnstituta daxil olandan sonra Ənvər rejissor Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” bədii filmində rol alır. O, gənc əsgər rolunda çıxış edir. Ənvərlə rejissor Arif Babayev İçərişəhərdə yaşayırdılar. Həm də qonşu idilər. Sən demə Arif Babayev gənc aktyorla kursda oxuduğu vaxtdan ona göz qoyub. Ənvəri 18 yaşında yazıçı Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi” ssenarisi əsasında çəkilmiş eyni adlı filmə Murad roluna dəvət edib. Həmin gecə sevincindən yata bilmirdi. Öz xatirələrində deyirdi. “Ssenarini bir nəfəsə oxudum. Çəkiliş çəkilməmiş artıq təsəvvür edirdim ki, bu rolu necə ifa edəcəm. Arif Babayevin köməyi ilə mən bu rolun öhtəsindən gələ bildim.“

“1 aydan sonra kinostudiyanın bədii şurası Ənvəri Murad roluna təsdiq etdi. Bütün çəkiliş prosesində nə çətinliklər çıxırdısa, gənc aktyor rejissorun tapşırıqlarını böyük həvəslə yerinə yetirirdi. Murad obrazının uğurlu alınması üçün gecə-gündüz çalışırdı. Bu film Ənvərə çox böyük uğur gətirdi. 1969-cu ildə “Uşaqlığın son gecəsi” Kiyevdə keçirilən kino festifalında nümayiş etdirildi. Bir neçə diplom və ən yaxşı kişi aktyor roluna görə müsiflər heyətinin diplomuna layiq görüldü. 1969-cu ildə aktyor kursunu bitirəndən sonra sənədlərini Azərbaycan Dövlət incənəsət institutuna verir.
Universiteti bitirdikdən sonra rejissor Eldar Quliyevin “Biri vardı, biri yoxdu” filmində rejissor köməkçisi kimi işləyir. Ənvərə ikinci şöhrət gətirən film “Yeddi oğul istərəm” filmi olur. Qeyd edim ki, Cəlal roluna 18 nəfər namizəd var idi. Onların içində Ənvər Həsənov bu rola təsdiq olundu. Tamaşaçı tərəfindən sevilən filmlərdən biri olan “Dərviş Parisi partladır” filmində Şahbaz bəy obrazını yaratdı. Həmin filmdə Şərəfnisa rolunda incəsənət institutunun tələbəsi Mömünat Qurbanova çəkilmişdi. Gələcəkdə Mömünat xanım Ənvər Həsənovun həyat yoldaşı oldu.“

Cəmil Quliyev qeyd edir ki, Aktyor və rejissor Ənvər Həsənov milli kino tariximizdə öz layiqli yerini tutub. Bugün tamaşaçılarımız onun canlandırdığı obrazları çox sevir. Artıq Ənvər Həsənov son mənzilə yola salınır. O, bizim qəlbizimdə əbədi yaşayacaq.

Xalq artisti Firəngiz Mütəllimova da saytımıza açıqlamasında bildirib ki, ən istedadlı və dəyərli aktyorlardan biri olan Ənvər Həsənovun yoxluğu ilə barışmaq çox çətindir:

“Allah rəhmət etsin. Ailəsinə səbr diləyirəm. Onunla mən “Atları yəhərləyin” filmində tərəf müqabili olmuşam. Deməyə söz tapmıram. Məkanı cənnət olsun. Çox sevdiyi həyat yoldaşına qovuşdu. Hər ikisinin ruhu şad olsun. Çooox gözəl insan idi”.

Mərhum aktyor haqqında kitab yazan mədəniyyət yazarı Vasif Ayan da Ənvər Həsənovla bağlı xatirələrini bölüşüb:

“Ənvər müəllim haqqında əvvəlvə onu deyim ki, 2023-cü ildə “Ənvər Həsənovun xatirələri” haqqında kitab yazmışam. Bu müddət ərzində Ənvər müəllimlə görüşmüşük. O, öz xatirələrini deyib. 2023-cü ildə kitab çapdan çıxıb, 2023-cü ilin oktyabrında mədəniyyət nazirliyinin təşkilatçılığı ilə kitab sərgisində təqdimat keçirilib. 2024-cü ilin may ayında böyük təqdimat mərasimi etmişəm. Geniş formada bütün sənət adamları orda iştirak edib. Ənvər müəllimlə təxminən 5 ilə yaxındır sıx dostluq edirdim. Onun iki ən yaxın dostu var idi. Əlizamin müəllim və mən. Demək olar ki, hər həftə görüşürdük. Hər həftənin bazar günü də mən mütləq şəkildə onu ziyarətə gedirdim. Oturub 4-5 saat söhbət edirdik. Keçmiş dövrdən, filmlərdən, həyatdan və s. Bizim söhbətlərimiz tükənmirdi”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri