Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Onuncu Türk Dil Qurultayından xatirələr

Onuncu Türk Dil Qurultayından xatirələr

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il 10-cusu təşkil edilən Türk Dil Qurultayında çıxış edənlərdən biri də mən idim. İllərdir, Türk Dil Qurultayı haqqında eşidirəm. İlkinci toplantı Türk Dil Qurumu yaradılarkən Atatürkün əmri ilə keçirildiyi üçün, yəni Atatürk ilə mənəvi bağl olduğu üçün bu qurultayın əhəmiyyəti böyükdür.

Odur ki, elektron poçtuma gələn bir dəvət məktubu ilə qurultaya qatılmaq qərarı verdim.

Mən əslində folklorşünasam və dil qurultayında nə ilə çıxış edə bilərəm deyə düşünməyin. Qumuq türklərini araşdırarkən rus dilinə çevrilmiş mətnləri tapdım.

Açığı heç məmnun qalmadım. Folklorşünasın araşdırma apara biləcəyi ən böyük qaynaq mətnlərdir. Mətnlər təhrif olunubsa, mən onun orijinallığına inana bilmərəm. Odur ki, durub getdim Dağıstana və qapı-qapı düşüb folklor materialı topladım.

Həmin ərəfədə qumuqların danışıqlarında bəzi təhriflər gördüm. Müəyyən ifadələr sanki ruscadan hərfən tərcümə edilmişdi. Bu da diqqətimi çəkdi və kalkalar üzərinə bir araşdırma apardım. Zamanla bu halın Azərbaycanda da mövcud olduğunu gördüm. Türk Dil Qurultayından elektron poçtuma dəvət məktubu gəldikdə, dərhal “Ruscadan Türkçəyə keçmiş kalkalar” mövzusunda bir özət göndərdim.

Nə yalan deyim, minlərlə müraciətin içindən özətimin qəbul olunacağına ümidim yox idi. Ancaq qəbul edildi və məruzə yazılması tələb olundu. Məruzəmi də yazdım və yenə keçəcəyinə ümidim yox ikən ikinci mərhələdə də artıq məruzə qəbul edilmişdi. Təşkilatçılıq çox yüksək səviyyədə idi; ay yarım öncədən dəvət məktubu və proqram hazırlanmışdı. Bir ay öncədən də biletlər alınmışdı.

Bura qədər hər şey əla idi. Gedənə yaxın hava limanından otelə transfer olmayacağını bildirdilər. Doğrusu, ilk dəfə belə bir hal ilə qarşılaşırdım, bunu dəvətli sayının çox olması ilə əlaqələndirdim. Bu barədə məlumat alan Əlövsət müəllim vəziyyətə müdaxilə etdi və “universitetin nümayəndəsinin hava limanında qalmasına icazə vermək olmaz” deyərək bizə transfer ayarladı, sağ olsun.

Əlövsət Əmirbəyli Xəzər Universitetinin Nizam-intizam komissiyasının sədridir və hər zaman olduqca məşğul biridir. İşinin-gücünün arasında vaxt tapdığı üçün heyranlıq və minnətdarlıq duyğularım da çoxalmışdı.

Vaxt-vədə çatdı və mən Heydər Əliyev adına hava limanına getdim. Əvvəlcədən proqramda da gördüyüm kimi Azərbaycandan təxminən 10-12 nəfərlik bir böyük heyət var idi. Atatürk Mərkəzinin başqanı, türkoloq, professor Nizami Cəfərov, AMEA Nəsimi adına Dilçilik İnstitutu başqanı professor Nadir Məmmədli, Azərbaycan Dövlət Dil komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, bir zamanlar müəllimim olmuş, hazırda Bakı Slavyan Universiteti (BSU) Azərbaycan dili kafedrasının müdiri professor Şəhla Əhmədova və başqa alimləri hava limanında gördüyüm zaman çox qürurlandım, həm də sevindim.

Ölkəmin alimlərinin beynəxalq simpoziumlarda görünməsi innovativlikdir və mən bundan ancaq qürur duya bilərəm. Biletimizi AJetdən almışdılar və həyatımın ən bərbad uçuşunu gerçəkləşdirdim. Dar salon, daha çox adam oturda bilmək üçün sıx yerləşdirilmiş və açılmayan kreslolar. Olduqca yorucu, üzücü 3 saatdan sonra Ankara hava limanına düşdük.

Bəlkə də indi bu sətirləri oxuyanlar deyəcək ki, üç saatda kreslo açılmasa nə olasıdır ki? Qısa müddətdir və o qədər də yorucu olmaz.

Ancaq elə deyil, təəssüf ki. Havaya qalxdıqda təzyiq oynayır, bunu sakitləşdirmək üçün də yatmaq gərəkdir. Açılmayan narahat kresloda da yatmaq olmur, zülmə çevrilir.

Üstəlik hər şey də pulludur. Mən də tərslikdən o gün səhər yatıb qalmışdım, işə vaxtında çatmaq üçün oyanıb, təcili evdən çıxdım. Ard-arda iki dərs keçdim və nahar etməyə vaxtım olmadı. Dərsdən də çıxıb təcili hava limanına getdim. Düşündüm ki, təyyarədə nahar edərəm. Heyhat! Hər şey pullu idi. Çarəsiz qaldım, dadsız, duzsuz sendviçə 10 avro verməli oldum. Suya isə 3 avro. Təsəvvür edirsiniz? Suyu belə pullu ediblər. Deməli, birinin ürəyi susuzluqdan yansa, üstündə 3 avro olmasa ölməlidir?

Çox çətin keçən yolçuluqdan sonra Ankara hava limanına endik. Bizi Xəzər Universitetinin Türkiyə təmsilçisi Murat hoca qarşıladı. Məni və professor Şəhla Əhmədovanı Başkent Öğretmenler evinə apardı. Çantalarımızı yerləşdirdik və Murat hocanın çox ciddi təkidi ilə restorana gedib olduqca ləzzətli "İskender" yedik. Saatlardır ac qaldığım üçün idimi, yoxsa gerçəkdənmi ləzzətli idi, bilmədim, ancaq yediyim ən ləzzətli dönər deyə bilərəm.

Türkiyədə xidmət anlayışına heyranam. Qonaqla çox mehriban və səmimi davranılır. Məncə, postsovet məkanının Türk toplumlarına Türkiyədəki xidmət anlayışından dərs keçilməlidir.

Açılış toplantısı rəsmi keçdi. İlk olaraq sözü nazir müavininə verdilər. Daha sonra sıra ilə TDK başqanı və başqalsrı çıxış etdilər. Açılış toplantısının sonunda Türk dilinə xidmət ödülü də verildi. Seksiyalar başladı. Bir-birindən maraqlı məruzələr dinlədik. Paraleldə 4 toplantı salonu var idi və təəssüf ki, məruzələrin hamısını dinləyə bilmirdim, ancaq dinlədiklərim arasında özəlliklə alban, macar alimlərinin məruzələri mənim üçün olduqca maraqlı idi. Bu toplantı sayəsində mən albancada, macarcada türk dilindən çoxlu sözlərin işləndiyini bildim. Maraqlı, əyləncəli, gözəl iki elmi toplantılı gün keçirdik. Üçüncü gün sərbəst qalmışdıq. Adətən simpoziumlarda üçüncü gün gəzinti təşkil edilir və tarixi muzeylərə aparılırdı. Bu dəfə belə bir şey olmadı. Odur ki, mən də fürsətdən istifadə edib Ankaradakı dostlarımla görüşməyə qərar verdim. İlk olaraq Kafkas Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay ilə görüşdük. Qafqazın, Rusiyanın, İranın və Türkiyənin siyasi durumundan danışdıq, gələcək strateji məsələlər haqqında Hasan hocamızdan olduqca dəyərli bilgilər aldıq.

Daha sonra Nilgün Aydın ilə görüşdük. Nilgün ilə ilk tanışlığım 2013-cü ildə Moskvada Karaçaylar haqqında bir toplantıda olmuşdu. Səmimi, mehriban insanlar bir birilərini dərhal tanıyırmışlar, qaynayıb-qarışırmışlar. Nilgün ilə də belə olmuşdu. Sanki illərdir tanışıqmış kimi qaynadıq qarışdıq və bir daha da qopmadıq. Zamanla, bir-birimizin ailəsinə gedib gəldik və birevli kimi olduq. İndi də fürsət var ikən Nilgünü çağırdım. Ondan rica etdim ki, məni uyğur restoranına aparsın. Güldü, dedi:"Sən Ankarada nə vaxtsa başqa yemək yeyəcəksən?" Dedim ki, yox, çünki uyğur yeməklərini ancaq Ankaraya gələndən-gələnə yeyirəm.

Dostlar, Ankarada bir uyğur restoranı var, Nilgün illər öncə məni ora apardı və o gündən bəri mən Ankarada başqa restorana getməz oldum. Nilgün məni yenə Kızılaydakı həmin restorana apardı. Daha sonra Nilgünün ailəsini, qohum-əqrabalarını ziyarət etdik. Sonra dost dostu çəkər misalı, Nilgün məni dostu professor Ayşe Özkan ilə tanış etdi. Ayşe hoca ilə də çox xoş, gözəl zaman keçirdik.

Türkiyədə ən sevdiyim şey südlü tatlılardır. Doğrudur, bu tatlıları artıq Bakıda da tapmaq olur, ancaq Türkiyədəki dadı vermir. Ürəyimcə qazandibi, sütlaç yedim. Əgər uzun zaman tatlı yeməsəydim, yəqin hərəsindən bir porsiya daha yeyərdim. Ancaq şəkərin bir anda qanımda çox yüksəlib uzaq məmləkətdə başıma iş açmasından çəkindim. Gecə saat 22-yə qədər Ankara küçələrində gəzdikdən sonra otelimə qayıtdım və səhər tezdən məşəqqətli AJet ilə yolçuluq etmək üçün vaxtında yatıb durmağa qərar verdim.

Məşəqqətli AJet yolçuluğundan sonra ölkəmin, Bakımın gözəl havasını udub sakitləşdim. Yolçuluğun necə keçməsindən asılı olmadan çox gözəl bir qurultaydan xoş xatirələr ilə qayıdırdım...

Dos. Aynur Qəzənfərqızı, folklorşünas

Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri