Onurğa əyriliyi hansı əlamətlərlə özünü göstərir və necə müalicə olunur?
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Skolyoz onurğanın yan tərəfə "S" və ya "C" formasında anormal əyriliyi ilə xarakterizə olunan sağlamlıq problemidir.
Pravda.az bildirir ki, əsasən yeniyetməlik dövründə meydana çıxan bu vəziyyət, bəzən doğuşdan gələn səbəblərlə və ya sinir-əzələ xəstəlikləri nəticəsində inkişaf edə bilər. Skolyozun ilk əlamətləri arasında çiyin, bel və bud-çanaq asimmetriyası, duruş pozğunluğu, kürək ağrıları və ciddi hallarda nəfəs darlığı yer alır.
Skolyozun növləri arasında idiopatik (səbəbi məlum olmayan), konjenital (doğuşdan), neyromüsküler (sinir və əzələ mənşəli), degenerativ (yaşla əlaqəli) və funksional (müvəqqəti) formalar var. Diaqnoz üçün əsasən fiziki müayinə, rentgen və lazım olduqda MRT və KT kimi görüntüləmə üsullarından istifadə olunur.
Müalicə isə əyriliyin dərəcəsinə görə dəyişir. Yüngül hallarda sadəcə mütəmadi izləmə və idmanla idarə olunarkən, orta dərəcəli skolyoz üçün ortopedik korsetlər tətbiq edilir. Şiddətli skolyozda isə cərrahi müdaxilə zəruri ola bilər.
Mütəxəssislər xüsusi fizioterapiya proqramları və düzgün duruş vərdişlərinin skolyozun gedişinə müsbət təsir etdiyini bildirir.
Əminə Bayramova


