Icma.az
close
up
RU
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? AÇIQLAMA KONKRET

“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “OPEC+” üzvlərinin neft hasilatını artırmaq barədə qərarının Azərbaycanın neft gəlirlərinin xeyli azalmasına səbəb olacağı kimi şərh edilməsinə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, İ.Şaban pravda.az-a açıqlamasında deyib ki, “OPEC+”un oktyabr ayından gündəlik hasilatı 137 min barrel artırmaq qərarı əslində texniki xarakter daşıyır və “təklifin bazar ehtiyacına uyğunlaşdırılması” çərçivəsində qəbul olunub.

“Burada bir neçə məqam var. “OPEC+” mexanizmi – iyulda qəbul olunmuş plan əsasında hər ay hasilat, təxminən, 400 min barrel/gün artırılmalı idi. Amma faktiki olaraq bəzi ölkələr, xüsusilə də Rusiya, Qazaxıstan, Nigeriya və Anqola tam kvotalarını yerinə yetirə bilmirlər. Buna görə də real artım kağız üzərində nəzərdə tutulandan daha az olur. Müzakirələrdə bildirilən 137 min barel/gün rəqəmi məhz texniki düzəlişdir. Yəni ümumi artımın bölgüsündə olan paya uyğunlaşdırma. Hazırda Brent sentyabrın əvvəlində olan 66–68 dollar/barrel səviyyəsindəki qiymət diapazonunda ticarət edilir. Qiymətlərin ciddi şəkildə 60–65 dollar diapazonuna enməsi üçün qlobal bazarda neftə tələb artımı azalmağa meylli olmalıdır. Məsələn, ABŞ və Çində iqtisadi aktivliyin azalması, yüksək faiz dərəcələrinin təsiri və s. Qərarın Azərbaycana təsirlərinə gəldikdə isə, cari ilin I yarısında ixrac neftimizin orta qiyməti Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 73,8 dollar təşkil edib. Bu isə dövlət büdcəsində proqnoz edilən göstəricini 5,6% üstələyib. İlin ikinci yarısında qiymət hazırkı göstəricilər ətrafında olarsa, faktiki olaraq büdcədəki proqnoz və ya ona yaxın qiymətdə bərqərar olacaq. Bu isə o deməkdir ki, dövlət bu il üçün qarşısına qoyduğu məsələləri həll etməklə bağlı hansısa əlavə maliyyə borclanmasına getməyəcək. Bununla belə, qlobal bazarda neft qiymətlərinin büdcəmizə risk dərəcəsini azaltmaq üçün ilk növbədə büdcə vəsaitləri daha rasional xərclənməli və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişaf tempi artırılmalıdır”, o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri