“OpenAI” yeni brauzerini təqdim etdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“ChatGPT” süni intellekt platformasının yaradıcısı olan “OpenAI” şirkəti özünün ilk tam funksional veb-brauzerini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilir ki, “ChatGPT Atlas” adlanan yeni brauzer istifadəçilərə daha fərdi veb təcrübə təqdim etmək və onların adından müxtəlif tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Bu tapşırıqlara sənədlərin redaktəsi, təyyarə bileti sifarişi və digər oxşar əməliyyatlar daxildir.
Brauzerin saytına daxil olduqda istifadəçilərə “ChatGPT”yə soruş” adlı seçim imkanı təqdim olunur. Şirkətdən verilən məlumata görə, hazırda yeni proqram yalnız “macOS” əməliyyat sistemləri üçün əlçatandır. Lakin yaxın zamanda “Windows”, “iOS” və “Android” versiyalarının da istifadəyə veriləcəyi gözlənilir.


