Icma.az
close
up
RU
Operativ məlumat: Taxıl zəmilərinin 58,6 faizi biçilib, sahələrdən 1,85 milyon ton taxıl yığılıb

Operativ məlumat: Taxıl zəmilərinin 58,6 faizi biçilib, sahələrdən 1,85 milyon ton taxıl yığılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 iyun, AZƏRTAC

Respublikada taxıl biçini davam edir. İyunun 30-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 58,6 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu günədək biçin aparılmış 546 min 787 hektar sahədən 1 milyon 849 min 872 ton taxıl yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir.

Qeyd edək ki, bu il ölkə üzrə 932 min hektardan çox sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 505 min 696 hektarı buğda, 426 min 623 hektarı arpa sahələridir. İyunun 30-dək buğda sahələrinin 38,8 faizində, arpa sahələrinin isə 82,2 faizində biçin tam yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha təşkil edir. Hazırda ümumi məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.

Artıq 14 rayonda arpa biçini tam başa çatıb, 17 rayonda isə başa çatmaq üzrədir. Yevlax rayonunda buğda biçininə yekun vurulub, Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucarda isə buğda biçini yaxın günlərdə yekunlaşacaq.

Bu günədək buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb - 55 sent/ha. Samux rayonunda buğda üzrə orta məhsuldarlıq 49,5 sent/ha, Bərdə, İmişli və Sabirabad rayonlarında isə arpa üzrə orta məhsuldarlıq 39,4 sent/ha təşkil edib.

Hazırda zəmilərdə biçin prosesində 1526 kombayn iştirak edir. Bunlardan 565 ədədi “Aqroservis” ASC-nin, 961 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.

Taxıl biçininin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri