Icma.az
close
up
RU
Taxıl zəmilərindən 900 min tondan çox məhsul yığılıb operativ məlumat

Taxıl zəmilərindən 900 min tondan çox məhsul yığılıb operativ məlumat

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 iyun, AZƏRTAC

Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb.

AZƏRTAC xəbər verir ki, buğda sahələrinin 8,6 faizi, arpa sahələrinin isə 55,3 faizi biçilib. Buğda üzrə orta məhsuldarlıq 34.7 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 32 sent/ha təşkil edir. Taxıl üzrə orta məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.

Bu günədək sahələrdən 904 min ton məhsul yığılıb. Hazırda respublikanın 50 rayonunda aktiv biçin prosesi gedir. Biçinə 1534 kombayn cəlb olunub. Kombaynlardan 585-i “Aqroservis” ASC-nin, 949-u isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.

Artıq Ağdam, Bərdə, Füzuli, Cəlilabad, Lənkəran, Neftçala, Saatlı, Sabirabad, Salyan və Yevlax rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir. Bu rayonlar üzrə arpa sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb. Bir çox rayonlarda isə arpa biçini ilə paralel buğda biçininə də start verilib. Hazırda ən çox buğda biçini Yevlax (86%) və Masallı (33%) rayonlarında aparılıb.

Qeyd edək ki, biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Biçin prosesinin başlamadığı rayonlarda olan kombaynlar əvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planı əsasında aktiv biçin bölgələrinə göndərilir. Bu mexanizm kombayna olan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımını təmin edir.

Respublikada gələn həftədən başlayaraq buğda sahələrində kütləvi biçinə start veriləcək. Ümumilikdə biçin prosesinin optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri