Icma.az
close
up
RU
Oqtay Qasımov: Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir

Oqtay Qasımov: Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Rusiya son bir ay ərzində Şərqi Avropa və Baltikyanı ölkələrin, eləcə də qitənin digər ərazilərinin dərinliklərində hava sərhədlərini pozub. Rusiya belə təxribatlarla Avropa cəmiyyətlərini gərginlik altında saxlamağa çalışır. Rusiya bununla Avropa cəmiyyətlərinə mesaj verir ki, “məhz onların hakimiyyətləri Ukraynada müharibənin uzanmasının səbəbkarlarıdır, müharibənin davam etməsi Avropada insanların sosial-iqtisadi vəziyyətini çətinləşdirir”. Bu baxımdan, ilk hədəf ondan ibarətdir ki, cəmiyyətlərin dəstəyi ilə bu ölkələrin Ukraynaya yardımlarını dayandırsın”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi analitik Oqtay Qasımov Rusiya və NATO arasında müşahidə edilən gərginliyin səbəb və nəticələrindən danışarkən deyib.
O. Qasımovun fikrincə, Rusiya belə təhdidlərlə avropalıları öz hakimiyyətlərindən Ukraynaya yardımın dayandırılmasını və öz əhalisinin təhlükəsizliyi ilə bağlı addımlar atmasını tələb etməsinə nail olmaq istəyir. Eyni zamanda Rusiya bu təxribatlarla NATO-nun müəyyən sirlərini, onun müdafiə qabiliyyətini və texnoloji durumunu öyrənməyə cəhd göstərir.
O. Qasımov əmindir ki, Rusiyanın bu təxribatları bəzən Avropa ölkələrinin də maraqlarına cavab verir: “Onlar Rusiya təhdidini bir qədər də qabardaraq hərbi xərclərin artırılması ilə bağlı cəmiyyətdəki narazılığı söndürməyə çalışırlar. Göstərmək istəyirlər ki, Rusiya təhlükəsi realdır, onu dəf etmək üçün müdafiə xərcləri artırılmalıdır. Bunun xalqın güzəranına mənfi təsirinin anlayışla qarşılanmasına nail olmaq istəyirlər. Eyni zamanda Ukraynaya dəstək və yardımlar da məntiqlidir, çünki onlar hazırda rusların qarşısındakı əsas qaladır”.
Bütün bunların gələcəkdə böyük bir müharibəyə gətirib çıxarması riskinə gəldikdə, müsahibimiz belə bir təhlükəni ciddi saymır: “Rusiyanın Ukraynadakı müharibəsi bir azdan dördüncü ilinə daxil olacaq. Yəni onsuzda Ukraynada böyük savaş gedir. Düşünmürəm ki, Rusiyanın hazırkı potensialı onun ikinci cəbhədə müharibə aparmasına imkan yaratsın. Rusiyanın imkan və potensialı yüksək olsa da, sonsuz deyil. Ukraynadakı müharibə Rusiyanın potensialına ciddi təsir göstərib və onu zəiflədib. Qənaətimcə, indi Avropanın məqsədi Ukraynaya daha ciddi dəstək vermək və Amerikanı bu prosesin içində tutmaqla Rusiya daxilinə daha ciddi zərbələr endirməklə onu öz sərhədləri daxilində saxlamaq və Ukraynada qarşısını kəsməklə Avropanın təhlükəsizliyini təmin etməkdir”.
O. Qasımov qeyd edib ki, Ukraynanın son dövrlər Rusiya daxilində həyata keçirdiyi effektiv həmlələr və endirdiyi zərbələr Rusiya üçün həssas durum yaradıb və potensialına təsir göstərib: “Xüsusilə, Rusiyanın enerji sektoruna vurulan zərbələri nəzərdə tuturam. Odur ki, yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağını ehtimal etmirəm, çünki Rusiyanın bütün Avropa və NATO ilə savaşmaq potensialı yoxdur. Çin bu proseslərdə Rusiyanı dəstəkləsə də, aktiv şəkildə proseslərə qoşulmaq niyyətində deyil. Çünki Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşıdır. Yəni hazırda böyük bir savaş Çinin maraqlarına xidmət etmir. Çinin öz niyyət və strategiyası var. Bu da Çinin iki qlobal qütbdən birinin lideri olaraq rəqabətə davamlı vəziyyətdə qalmaq və özünə yaxın ölkələri müdafiə etməkdir. Çinin yaxın bir neçə ildə böyük müharibədə maraqlı olmasına inanmıram. Çin hərbi qüdrətini artırsa da, hələlik böyük müharibəyə hazır deyil”.
Nemət ORUCOV
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see244

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see234

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see223

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see197

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see192

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see177

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see166

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see162

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see160

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see148

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see145

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see141

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see131

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see130

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see129

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see124

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri