Icma.az
close
up
RU
Orada gizli seyf olubmuş “Nazir və müşaviri nəzarət edirdi...”

Orada gizli seyf olubmuş “Nazir və müşaviri nəzarət edirdi...”

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəməsi davam edir.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Şahidlər Xamis və Xəyyam Süleymanovlar qardaşdır. Onlar ikisi də həmin bankda işləyiblər. Xamis bankda müştəri seyf xidmətləri və inkassassiya bölməsinin rəhbəri olub. O, istintaq vaxtı ətraflı ifadə versə də, hakim qarşısında qarışıq danışıb. Şahid təqsirləndirilən şəxsi heç vaxt görmədiyini, ona pul köçürdüyünü də xatırlamadığını deyir. Tərəflər xeyli çək-çevir etsələr də, şahid bilərəkdən ya, bilməyərəkdən gördüyü işi başadüşülən formada izah edə bilməyib.

Bu səbəbdən sədrlik edən hakim Novruz Kərimov şahidin Dövlət Təhlükəsizliyi Xidmətində müstəntiqə verdiyi ifadəsini elan edib.

Həmin ifadədən görünür ki, Xamis "AtaBank”a mərhum vergilər naziri Fazil Məmmədov vasitəsilə işə düzəlib. Özünü etibarlı işçi kimi göstərdiyi üçün də nazirlə arası yaxşı olub. Onun sözlərinə görə, bankda iki əsas pul seyfi olub. Birinci seyfdə rəsmi olaraq bank əməliyyatlarının aparıldığı pullar saxlanılıb.

Qeyri-rəsmi əməliyyatlarla bağlı olan ikinci əlavə seyf isə zirzəmidə yerləşib. Həmin seyfə onun və vergilər naziri Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin girişi olub: "Bu seyf Fazil Məmmədovun və Mahir Rəfiyevin xüsusi tapşırıqları ilə bağlı seyf idi. Həmin seyfdəki pullarla bağlı gündəlik olaraq Mahir Rəfiyevlə kontaktda olmuşam. Mahir Rəfiyev nəzarət edir, telefonla ona adlarını xatırlamadığı və tanımadığı şəxslərin pul vəsaitlərini gətirib təhvil verəcəyini deyirdi. Mən həmin şəxslərdən vəsaitləri qəbul edib, seyfə yerləşdirmişəm. Bir daha deyirəm, bu seyfin bankın rəsmi kassası və seyfinə aidiyyəti yox idi. Həmin seyfdə olan pulları lazım gəldikdə Mahir Rəfiyevin tapşırığı və göstərişi ilə aparıb ayrı-ayrı adamlara çatdırmışam. Amma indi pulların çatdığı şəxsləri xatırlamıram”.

Şahid qeyd edib ki, bəzi hallarda pulları aparıb Vergilər Nazirliyində Mahir Rəfiyevin köməkçisinə xidməti otağında çatdırıb. Qeyri-rəsmi kassaya vəsaitlərin hansı mənbədən daxil olduğunu da bilməyib: "Mənim işim sadəcə Mahir Rəfiyevin tapşırığı ilə vəsaitləri qəbul edib bankda qeyri-rəsmi seyfə yerləşdirmək və daha sonra onun tapşırığı ilə müəyyən adamlara çatdırmaqdan ibarət idi. Son olaraq onu deyə bilərəm ki, "AtaBank" ASC fəaliyyət göstərdiyi müddətdə "Odela Investment" MMC, "Aikon Construction" MMC, "Şahin-CO" MMC-yə bank qanunvericiliyi pozularaq xüsusilə külli miqdarda kreditlər verilməsi barədə heç bir məlumatım olmayıb”.

Xamisdən fərqli olaraq qardaşı Xəyyam təqsirləndirilən şəxsi tanıyır. O, Zahid Niftəliyevi bankda gördüyünü deyir: "Mən həmin vaxt bankın baş ofisində müştəri xidmətləri departamentinin baş xəzinədarı işləyirdim. Bu şəxsi də (Zahid Niftəliyevi işarə edir-red) bankın müştərisi kimi tanıyıram. Bankla "Şahin-CO" MMC arasındakı müqavilə əsasında ona kredit vermişik”.

Niftəliyev şüşə qəfəs arxasından şahidin dediklərini təkzib edib. Onu yalan danışmaqda ittiham edib.

Prosesin sonunda "Şlyapa Zahid”in vəkili müvəkkilinin yaxın günlərdə təcridxanada gözündən əməliyyat ediləcəyini bildirib. Bu səbəbdən növbəti iclasın nəzərdə tutulandan gec tarixə təyin edilməsini xahiş edib. Müdafiəçinin xahişi nəzərə alınaraq növbəti proses 21 gün sonraya təyin edilib. 

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see197

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see146

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see142

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see139

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see138

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see136

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see129

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see125

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see124

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see122

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see121

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see119

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see117

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri