Fars körfəzində partlayış: İki milyon bareldən çox neft daşıyan tanker batdı
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Fars körfəzinin cənubunda mina partlayışı nəticəsində iki milyon bareldən çox neft daşıyan supertanker batıb.
Moderator.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə gəminin Hörmüz boğazından icazə verilməyən cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd göstərdiyi zaman baş verib.
Partlayış və güclü yanğın nəticəsində tanker batıb. Eyni marşrutla hərəkət edən daha bir gəmidə də yanğın baş verdiyi bildirilir.
İran tərəfi bölgədəki balıqçıları təhlükəsizlik tədbirlərinə riayət etməyə, gəmi sahiblərini və şirkətləri isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Noyabr 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















