Icma.az
close
up
RU
Orban Oreşnikə görə qorxuya düşüb: Ümidimi Trampa bağlamışam

Orban Oreşnikə görə qorxuya düşüb: Ümidimi Trampa bağlamışam

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstanın Baş naziri Viktor Orban Qərb ölkələrinə xəbərdarlıq edib.

Sfera.az bildirir ki, o, bu barədə “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib. Orban qeyd edib ki, Qərb ölkələrindən olan hərbçilərin Ukraynada görünməsi son dərəcə narahatedicidir.

Onun sözlərinə görə, son günlər Ukraynada hərbi əməliyyatlarla bağlı “iki şok xəbər” olub.

“Birincisi, Rusiyanın məlumatlarına görə, rusların Ukrayna ərazisinə endirdiyi aviazərbələr nəticəsində Amerika və Fransa əsgərləri ölüb. Bu o deməkdir ki, həmin əsgərlər oradadır. Əvvəlcə siz müharibəni dəstəklədiyinizi deyirsiniz, sonra ora silah göndərirsiniz və gec-tez orada ölə biləcək əsgərlər peyda olur. Bu isə narahatedici məqamdır. Düzdür, bu məlumatlar əlavə yoxlama tələb edir, lakin Avropa ölkələrinin liderləri buna diqqət yetirməlidirlər”.

Baş nazirin sözlərinə görə, digər həyəcanverici xəbər Rusiyanın Ukraynanın hərbi-sənaye kompleksinə hücum etmək üçün yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik olan ən son “Oreşnik” ballistik raketindən istifadə etməsidir. Orban hesab edir ki, Qərb Ukrayna münaqişəsində iştirakını daha da genişləndirsə, bu raket yeni dünya müharibəsi təhlükəsini artıraraq Avropadakı hədəflərə yönələ bilər. 

O, xəbərdarlıq edib ki, Qərb liderləri də bu barədə düşünməlidirlər: “Biz çətin və eyni zamanda qəribə vəziyyətdəyik. Çünki biz sülhə heç vaxt bu qədər yaxın olmamışıq və hərbi vəziyyət heç vaxt indiki qədər təhlükəli olmayıb”.

Orban son olaraq ABŞ-nin yeni prezidenti Donal Trampa ümid etdiyini bildirib: “Savaşla bağlı bütün ümidlərimi yanvarın 20-də vəzifəyə gəldikdən sonra bu problemi həll etmək niyyətini bildirən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa bağlamışam”.

Günay 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri