Icma.az
close
up
RU
Orbandan sonrakı Macarıstan TDT dən çəkiləcək? AÇIQLAMA

Orbandan sonrakı Macarıstan TDT dən çəkiləcək? AÇIQLAMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Viktor Orbanın 16 illik hakimiyyətindən sonra Macarıstanda hökumətin dəyişməsi Budapeştin xarici siyasətinin bir sıra istiqamətləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) ilə münasibətlərinin gələcəyi barədə də suallar yaradıb. Macarıstan Orban dövründə TDT ilə əlaqələri fəallaşdırıb, 2018-ci ildən təşkilatda müşahidəçi statusu daşıyıb və 2025-ci ildə TDT-nin ilk sammitinə ev sahibliyi edib.

2026-cı ilin mayından Péter Magyarın rəhbərlik etdiyi yeni hökumətin TDT siyasətində əvvəlki kursu davam etdirib-etdirməyəcəyi, Budapeştin təşkilat daxilində fəallığının hansı səviyyədə qalacağı və xüsusilə Azərbaycanla münasibətlərin bu çərçivədə necə inkişaf edəcəyi maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Macarıstan Parlamentlərarası İşçi Qrupunun üzvü Fariz İsmayılzadə bildirib ki, Türk dünyasında inteqrasiya və əməkdaşlığın daha da möhkəmlənməsi əsas gözləntilərdən biridir:

“Türk dünyasının inteqrasiyasının və əlaqələrinin daha da möhkəmlənməsində maraqlıyıq. Son 10 ildə bu istiqamətdə proseslərin inkişaf etdiyini, türk dövlətləri arasında inteqrasiya və əməkdaşlığın genişləndiyini müşahidə etmişik. Macarıstan da bu prosesdə iştirak edib. Təbii ki, hazırda Macarıstanda yeni hökumət formalaşıb və yeni siyasi xətt ortaya qoyulub. Seçkidən çox vaxt keçmədiyinə görə bunun nəticələrini tam şəkildə qiymətləndirmək hələ tezdir".

Deputat qeyd edib ki, bununla belə, Türk dünyasının, eləcə də Azərbaycanın arzusu Macarıstanın bu istiqamətdəki siyasətindən geri çəkilməməsi və inteqrasiya proseslərinin daha da möhkəmlənməsinə töhfə verməsi yönündədir:

"Bu əməkdaşlıq həm Türk dünyası, həm də Macarıstan üçün faydalıdır. Çünki Türk dünyası ilə iqtisadi, enerji və digər sahələrdə yeni əməkdaşlıq imkanları yaranır. Bu baxımdan, əlaqələrin genişlənməsi Macarıstan iqtisadiyyatı üçün də mühüm imkanlar yaradır”.

Macarıstanlı beynəlxalq məsələlər üzrə ekspert Attila Demko isə Budapeştin Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı və hökumətin təşkilata münasibəti ilə bağlı konkret proqnoz verməkdən çəkinib.

O,  bildirib ki, dövlət əməkdaşı kimi Macarıstan hökumətinin siyasəti barədə fərziyyə yürütməsi doğru olmaz:

“Bu məsələlərə onsuz da şərh verməzdim. Dövlət əməkdaşı kimi Macarıstan hökumətinin siyasəti ilə bağlı fərziyyələr irəli sürmək haqqım yoxdur. Açığı, hökumətin niyyətinin nə olduğunu mən də bilmirəm. Bununla bağlı hökumət rəsmilərindən soruşmaq daha məqsədəuyğundur”.

Attila Demko TDT-yə üzv və müşahidəçi ölkələrlə münasibətlərin inkişaf etdirilməsini müsbət istiqamət kimi qiymətləndirib. O, xüsusilə Azərbaycanla tərəfdaşlığın enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb:

“Əhəmiyyətli ölkələr ilə münasibətlər qurmaq faydalıdır. Xüsusilə Azərbaycanla tərəfdaşlıq enerji mənbələrinin şaxələndirilməsi baxımından çox önəmlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri