Icma.az
close
up
RU
Macarıstan TDT dən çıxmayacaq AÇIQLAMA

Macarıstan TDT dən çıxmayacaq AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası “Tisza”nın qələbəsilə yekunlaşdı. Bununla da müxalifət hazırkı Baş nazir Orbanın 16 illik hakimiyyətinə son qoyub. “Tisza” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına iqtidar qurmaq imkanı əldə edib.
Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Peter Madyar indi Avropada diqqətləri özünə çəkib.

Maraqlı olan məsələlərdən biri də Macarıstanın Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusu ilə bağlıdır. 

Sabiq Baş nazir Viktor Orbanın türk dünyasına inteqrasiyada olduqca maraqlıydı. Yeni Baş nazirin daha çox Avropa Birliyinə meyilli olması və daha çox Avropa sisteminin bir parçası olmaq siyasətini hədəfləməsi Macarıstanın yeni dövrdə TDT ilə münasibətləri məsələsini ciddi sual altına alır.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Macarıstan Parlamentlərarası İşçi qrupunun və Türk Dövlətləri Assembliyasının üzvü Fazil Musatafa bildirib ki, Orbanın hakimiyyətdən getməsi Azərbaycanın xeyrinə bir hal deyil:

“Əlbəttə, macar xalqı demokratik seçkilərdə öz iradəsini nümayiş etdirərək yeni bir qüvvəni hakimiyyətə gətirdi. Təbii ki, əbədi hakimiyyət yoxdur. Viktor Orban 16 il Macarıstanın Baş naziri olub. Orbanın Azərbaycana, Türk Dünyasına, Türkiyəyə münasibəti olduqca yüksəkdir. Azərbaycanlılar macar xalqının nöqteyi-nəzərindən məsələyə yanaşıb, sanki Orbanın gedişinə sevinirlər. Belə bir düşüncə yaranıb ki, yeni hökumət Orban hökumətindən fərqli olaraq, Ukraynaya guya yardım edəcək. Amma daha çox Azərbaycan mərkəzli düşünən insanlar kimi məsələyə yanaşdıqda Viktor Orbanın hakimiyyətdən getməsini bizim xeyrimizə olan hadisə olmadığını düşünürük. Çünki Macarıstanın türk dünyasına inteqrasiya siyasətində yer almasını faydalı hesab edirdik. Çünki Avropa İttifaqı içərisində türk dövlətlərinin marağını təmsil edən, ona qarşı olan addımlara öz sözünü deyən bir lider görürdük. Digər yandan, Orbanın Ramil Səfərovun qaytarılması, Macarıstanın TDT-yə müşahidəçi üzv kimi iştirakı ilə əlaqədar addımları hər halda müsbət yanaşma idi. Hesab edirəm ki, bu aspektdən Orbanın xidmətlərini unutmaq olmaz. Hər halda bu Macarıstanın daxili şərtlərini əlaqələndirən bir seçkidir. Xalq da bu cür uyğun görübsə, deməli, dəyişiklik labüd sayılıb”.

F.Mustafa Orbanın Türk Dünyası ilə əməkdaşlıq xəttini Peter Madyarın yenə də davam etdirəcəyinə ümid edildiyini söyləyib:

“Təbii proses əvvəlki tempdə olmasa da, hər halda yeni Baş nazir bu siyasətin dəyişməsinə imkan verməyəcək”.

Politoloq Natiq Miri isə qeyd edib ki, Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələrinin tamamilə kəsilməsinə ehtiyac yoxdur:

“Madyar da bunu anlayacaq. Ona görə ki, TDT Avroasiyada getdikcə güclənir və bu gün bəlkə də, ən güclü birlikdir. Yəni prespektivi olan milli birlikdən söhbət gedir. Digər yandan bu gün həm ticarət, həm nəqliyyat-logistika, həm də enerji transferi nöqteyi-nəzərdən bu coğrafiya cəlbedicidir. Bundan başqa, TDT-nin üzvü olan əksər türk dövlətləri enerji mənbələrinə sahibdir. İstər Azərbaycan, istər Qazaxıstan, istərsə də Türkmənistan Xəzər dənizi vasitəsilə rahatlıqla Avropanın enerji təhlükəsizliyinin təminatında iştirak edə bilir. Bu Macarıstana böyük üstünlük qazandıran amildir. Belə birlikdə iştirak, düşünürəm ki, nə Avropa Birliyinin, nə də Macarıstanın əleyhinə olan prosesdir. Əksinə, hər cəhətdən öz təminatını şaxələndirmək imkanıdır. Üstəgəl prespektivdə çox böyük güc mərkəzinə çevrilən bir birliklə normal münasibətlərin saxlanılması, Macarıstana niyə ziyan olsun? Bütün bunlar ehtimallardır. Çünki Madyarın TDT ilə bağlı konkret siyasəti və açıqlaması yoxdur. Yeni Baş nazir fəaliyyətə başladıqda Azərbaycan və digər dövlətlərlə normal dostluq münasibətləri də qurulduqdan sonra düşünürəm, Macarıstanın yeni rəhbərliyinin münasibəti də bu prosesə müsbət olacaq. Bu Macarıstan dövlətinin maraqlarına xidmət edən məsələdir. Türkiyənin dünyanın mərkəzində yerləşdiyini unutmamaq lazımdır. Türkiyə, Cənubi Qafqazda həlledici dövlət olan Azərbaycan, o cümlədən Orta Asiya türk dövlətləri ilə münasibətlərin yüksək səviyyədə qurulması, Macarıstanın ziyanına ola bilməz. Əksinə bu, ölkə üçün geosiyasi və geoiqtisadi üstünlüklər vəd edir. Bundan başqa bir də Macarıstan TDT-nin tamhüquqlu üzvü yox, sadəcə müşahidəçi rolunda ittifaqda çıxış edir. Burada da hər hansı məhdudiyyət Macarıstan üçün mövcud deyil”.

             

Politoloq Macarıstanın TDT ilə əməkdaşlığının Avropanın da maraqlarına xidmət etdiyini deyib:

“Bu gün TDT-yə müşahidəçi üzv olmaq istəyən bir sıra ölkələr var. Ona görə də, Macarıstan üçün bu məsələ ən azından müşahidəçi statusunda həll olunmuşkən yeni Baş nazir bu əməkdaşlığı niyə ləğv etsin. Bu yöndə Avropa Birliyinin də Macarıstana hər hansı təzyiqlər edəcəyini düşünmürəm. Çünki bu AB üçün müəyyən mənada təsir imkanı deməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Aprel 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri