Orbanı hədəf alan əməliyyat! Torpağın altından sərvət çıxdı
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə vəzifə tutmuş sabiq nazirə qarşı korrupsiya istintaqı çərçivəsində milyonlarla dollar nağd pul aşkarlanıb.
Turkustan.az xəbər verir ki, BBC-nin məlumatına görə, ölkənin müxtəlif ucqar ərazilərində iki gün davam edən axtarışlar zamanı ferma tikililərində, seyflərdə gizlədilən və meşəlik ərazilərdə torpağa basdırılan təxminən 20 milyon dollar nağd pul tapılıb.
İstintaqın mərkəzində Viktor Orbanın 16 illik hakimiyyəti dövründə dörd il Milli İnkişaf naziri vəzifəsində çalışmış Mikloş Sesztak dayanır.
Keçmiş nazir dövlətə məxsus nəqliyyat şirkətinin də iştirak etdiyi korrupsiya sxemi çərçivəsində rüşvət almaqda ittiham olunur. Sesztak isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Əməliyyatdan sonra Macarıstanın yeni Baş naziri Peter Magyar hadisəyə münasibət bildirərək, “Bu, mafiyanın sonudur” deyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















