Ordumuzun polkovnikinə vəzifə veriləcək
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Polkovnik Rəşad Əhmədova yeni vəzifə veriləcək.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, polkovnik Rəşad Əhmədovun Milli Müdafiə Universiteti ilə Elm və Təhsil Nazirliyi arasında koordinator vəzifəsinə təyin olunması nəzərdə tutulur.
Məlumata əsasən, o, yaxın vaxtlarda bu vəzifədə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Rəşad Əhmədov hazırda Milli Müdafiə Universitetinin rektor müşaviri vəzifəsində çalışır.
O, daha əvvəl Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini vəzifəsində xidmət edib. Attaşelik sahəsində də təcrübəyə malik olan polkovnik ABŞ və Böyük Britaniyada müxtəlif hərbi attaşelik vəzifələrində fəaliyyət göstərib.
Rəşad Əhmədov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur.
Murad İsmayıl
Baxış sayı:104
Bu xəbər 03 Avqust 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















