“Ordunu Çin və ya Rusiya ilə potensial münaqişəyə hazırlayın”..?
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
...ABŞ-ın Müharibə Naziri Pete Heqset dünən yüzlərlə general və admirala müraciət edərək silahlı qüvvələrin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb. O, ordunun Çin və ya Rusiya ilə potensial münaqişəyə hazırlanmasının vacibliyini vurğulayaraq, sürət və qətiyyətin hər şeydən vacib olduğunu bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The National Interest yazır.
...Düşmənlər toplaşır. Təhdidlər artır. Oyunlara vaxt yoxdur. Müharibənin qarşısını almaq üçün indi hazır olmalıyıq.
Bunu Heqset qeyd edib.
O, hərbi qulluqçuların döyüş qabiliyyətinə və fiziki hazırlığına xüsusi diqqət yetirib.
Piyadalar, zirehlər, mühəndislər və xüsusi təyinatlılar da daxil olmaqla hər bir hissədən bütün döyüş ixtisasları üzrə kişilərin fiziki hazırlığının ən yüksək standartlarına cavab verməsi tələb olunacaq.
Heqset vurğulayıb ki, fiziki standartlar həyat və ölümün hazırlıqdan asılı olduğu xidmətin tələblərinə cavab verməlidir. ...Standartlar nəinki qarşılanmalıdır, əksinə onları aşmalı, uğrunda rəqabət aparmalı və daim təkmilləşdirilməlidir.
Bunu da Heqset dyib.
...Qadınlara əvvəllər 2016-cı ildə döyüş vəzifələrində xidmət etmək icazəsi verilmişdi. İndi yeni qaydalar cinsindən asılı olmayaraq bütün hərbi qulluqçuların cəbhə əməliyyatlarına xas olan fiziki tələblərə hazır olmasını təmin edəcək. Ekspertlər hesab edirlər ki, bu yanaşma döyüşün real tələblərinə diqqət yetirməklə ordunun döyüş hazırlığını gücləndirir.
Heset müharibənin zəifliyi bağışlamadığını və standartların xidmətin tələbləri ilə müəyyən edilməli olduğunu söyləyib. Tədbirlərin qadınların iştirakını məhdudlaşdırmaq məqsədi daşımadığı, əksinə, bütün hərbi qulluqçuların müasir döyüşün ekstremal şəraitinə hazırlığının təmin edilməsinə yönəldiyi vurğulanır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















